14 Yanvar 2026 15:58
193
SİYASƏT
A- A+
Azərbaycanın su təhlükəsizliyi siyasətində yeni strateji mərhələ  

Azərbaycanın su təhlükəsizliyi siyasətində yeni strateji mərhələ  


Prezident İlham Əliyevin 2026–2035-ci illər üçün “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər müasir Azərbaycan dövlətçiliyinin formalaşma məntiqini, mərhələli inkişaf fəlsəfəsini və strateji idarəetmə modelini aydın şəkildə nümayiş etdirir. Dövlət başçısının çıxışı göstərdi ki, bu proqram təkcə su təsərrüfatı ilə bağlı texniki sənəd deyil, son iyirmi ildə həyata keçirilən genişmiqyaslı infrastruktur siyasətinin məntiqi davamı və növbəti mərhələsidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkədə əsas infrastruktur məsələləri artıq öz həllini tapıb və bu nəticə məqsədyönlü, ardıcıl və uzunmüddətli dövlət proqramlarının uğurla icrası sayəsində əldə edilib. Son iyirmi il ərzində qəbul edilən regional inkişaf proqramları nəticəsində həm Bakı şəhərində, həm də bütün bölgələrdə elektrik enerjisi, qaz təchizatı, yol-nəqliyyat infrastrukturu, su və kanalizasiya sistemləri yenidən qurulub. Bir zamanlar enerji qıtlığı yaşayan, elektrik və qaz idxalına məcbur olan Azərbaycan bu gün təkcə öz tələbatını ödəməklə kifayətlənmir, eyni zamanda enerji ixrac edən və bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verən dövlətə çevrilib. Təqribən 10 min meqavatlıq generasiya gücünün yaradılması, yarımstansiyaların, ötürücü xətlərin və paylayıcı şəbəkələrin vahid sistem halına salınması ölkənin dayanıqlı inkişafının fundamental dayaqlarını formalaşdırıb.

Əhalinin 96 faizinin təbii qazla təmin olunması sosial rifahın yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və bu göstərici Prezident İlham Əliyevin sosialyönümlü dövlət siyasətinin real nəticəsi kimi qiymətləndirilməlidir. Paralel olaraq, magistral və kənd yollarının, şəhərlərarası nəqliyyat xətlərinin, körpülərin və tunellərin inşası ölkənin vahid iqtisadi və sosial məkan kimi formalaşmasını təmin edib, işğaldan azad edilmiş ərazilərin də sürətlə ümumi infrastruktur şəbəkəsinə qoşulmasına şərait yaradıb. Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisi, qazlaşma, yol və su layihələrinin eyni vaxtda icra olunması dövlətin bərpa və reinteqrasiya siyasətinin sistemli xarakterini ortaya qoyur.

Prezidentin çıxışında xüsusi vurğulanan su təhlükəsizliyi məsələsi son illər ərzində həyata keçirilən qabaqlayıcı siyasətin mühüm istiqamətlərindən biridir. Son iyirmi ildə inşa edilən dörd böyük su anbarının, o cümlədən “Taxtakörpü” və “Şəmkirçay” su anbarlarının ölkənin su təminatında oynadığı rol göstərir ki, bu layihələr vaxtında reallaşdırılmasaydı, bu gün həm Bakının, həm də qərb bölgələrinin su təchizatı ciddi risklərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarının Samur çayının sularının “Ceyranbatan” su anbarına yönəldilməsinə imkan yaratması, “Ceyranbatan”ın tamamilə yenidən qurularaq müasir təmizləyici qurğularla təchiz edilməsi dövlətin strateji baxışının bariz nümunəsidir.

Prezident İlham Əliyevin Ermənistan tərəfindən illər boyu həyata keçirilən su terroruna toxunması bu məsələnin yalnız texniki və ya təsərrüfat xarakterli olmadığını, eyni zamanda siyasi və humanitar mahiyyət daşıdığını ortaya qoydu. “Sərsəng” və “Suqovuşan” su anbarlarından bir silah kimi istifadə edilməsi, suların məqsədli şəkildə kəsilməsi və ya daşqınlara səbəb olacaq formada buraxılması Azərbaycanın kənd təsərrüfatına, əhalinin yaşayışına və ekoloji tarazlığa ciddi zərər vurub. Bu gün həmin su anbarlarının tam bərpa edilməsi, Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay”, Laçın rayonunda “Zabuxçay” su anbarlarının yenidən qurulması, həmçinin “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinin planlaşdırılması Azərbaycanın suverenliyinin real məzmunla doldurulduğunu göstərir.

Prezidentin vurğuladığı kimi, ölkənin su mənbələrinin təqribən dörddə bir hissəsinin məhz vaxtilə işğal altında olmuş ərazilərdə formalaşması bu torpaqların azad edilməsinin strateji əhəmiyyətini daha da artırıb. Bu amil Azərbaycanın xarici su mənbələrindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb və su təhlükəsizliyinin milli əsaslar üzərində qurulmasına imkan yaradıb. Eyni zamanda Kür, Araz və Samur çaylarının transsərhəd xarakteri su siyasətində həssas və məsuliyyətli yanaşmanın zəruriliyini gündəmdə saxlayır.

Dövlət başçısının çıxışında iqlim dəyişiklikləri ilə bağlı qlobal narahatlıqlara toxunması Azərbaycanın su siyasətinin beynəlxalq çağırışlarla uzlaşdığını göstərir. Su ehtiyatlarının qorunması, uçotun dəqiq aparılması, mövsümi suların yığılması, itkilərin azaldılması və dayanıqlı təminatın yaradılması dövlət başçısının strateji məqsədləri sırasında əsas yer tutur. Məhz bu yanaşma nəticəsində Bakı və Abşeron yarımadası üçün 2026–2035-ci illəri əhatə edən genişmiqyaslı Dövlət Proqramının hazırlanması zəruri hesab edilir.

Bu proqramın Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə etməsi, fasiləsiz içməli su ilə təminatın 95 faizə çatdırılması, sayğaclaşdırmanın 100 faiz təmin olunması, 30-a yaxın yeni su anbarının tikilməsi, 200 kilometrdən artıq magistral və paylayıcı şəbəkənin qurulması proqramın miqyasını və əhatəliliyini aydın şəkildə göstərir. İtkilərin hazırkı 40–45 faiz səviyyəsindən kəskin azaldılması məqsədi isə su təsərrüfatında səmərəliliyin artırılmasına yönələn prinsipial yanaşmanı əks etdirir.

Eyni zamanda, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması, kanalizasiya xidmətinin əhatə dairəsinin 95 faizə çatdırılması, dənizə buraxılan suların tam təmizlənməsi və Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi Prezident İlham Əliyevin ekoloji məsuliyyətə əsaslanan idarəetmə modelini ortaya qoyur. Abşeron yarımadasında ilk dəfə duzsuzlaşdırma zavodunun tikilməsi isə innovativ yanaşmanın, texnoloji tərəqqinin və xarici investisiyaların cəlb edilməsinin bariz nümunəsidir. Bakının artıq altı su mənbəyi hesabına təmin olunması şəhərin su təhlükəsizliyini keyfiyyətcə yeni mərhələyə çıxaracaq.

Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə və orada dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın su siyasətinin təkcə cari problemlərin həllinə deyil, növbəti onilliklərin dayanıqlı inkişafına hesablanıb. Dövlət Proqramı güclü iqtisadi əsaslara, dəqiq hədəflərə, effektiv nəzarət mexanizmlərinə və ictimai şəffaflığa söykənən, müasir Azərbaycan dövlətçiliyinin strateji sənədi kimi xüsusi əhəmiyyət daşıyır.


Vasif Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Son 20 ildə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb  

17:29
14 Yanvar

Yaponiya alimləri unikal təbii dəri transplantı hazırlayıblar  

17:28
14 Yanvar

Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad edilib  

17:27
14 Yanvar

Azərbaycanın aviasiya sektorunun ötənilki nəticələri açıqlanıb  

17:26
14 Yanvar

“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur  

17:25
14 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib - Sərəncam  

17:24
14 Yanvar

“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməsi tənzimlənir SƏRƏNCAM  

17:17
14 Yanvar

Azərbaycan ilə Somalinin diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib  

17:12
14 Yanvar

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək  

17:01
14 Yanvar

Dövlət Xidməti vətəndaşlara saxta saytlarla bağlı xəbərdarlıq edib  

16:57
14 Yanvar

ABŞ neft qiymətlərinə dair proqnozunu yüksəldib

16:47
14 Yanvar

Vəkillər Kollegiyasının rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkillərlə görüş keçirib  

16:44
14 Yanvar

“Lego” yubileyinə hazırlaşır  

16:33
14 Yanvar

“Google”da valideyn nəzarəti qaydaları sərtləşdirilib  

16:25
14 Yanvar

Su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır  

16:11
14 Yanvar

NASA-nın Ay missiyasında yeni dövrü  

16:09
14 Yanvar

Bu il qlobal neft təklifi sutkada 107,6 milyon barel təşkil edəcək  

16:08
14 Yanvar

“Apolitical” platforması Azərbaycanın sosial sahədə rəqəmsal uğurlarına dair məqalə dərc edib  

16:07
14 Yanvar

Mədəniyyət naziri Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib  

16:06
14 Yanvar

Azərbaycanın su təhlükəsizliyi siyasətində yeni strateji mərhələ  

15:58
14 Yanvar

Vyanada “Türk həftəsi” çərçivəsində qala-konsert keçirilib  

15:53
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!