14 Yanvar 2026 15:27
133
İQTİSADİYYAT
A- A+
bp Xəzərdə qazma məhlullarının təkrar emalı üçün innovativ yanaşma tətbiq edir

bp Xəzərdə qazma məhlullarının təkrar emalı üçün innovativ yanaşma tətbiq edir


bp, Azərbaycan-Gürcüstan-Türkiyə bölgəsindəki əməliyyatlarında qazma məhlulunun təkrar emalı üçün tətbiq etdiyi innovativ yanaşma nəticəsində tullantıları əhəmiyyətli dərəcədə azaldıb və əməliyyat xərclərini optimallaşdırıb.

bp-dən AZƏRTAC-a bildirilib ki, Xəzərdə qazma əməliyyatları mürəkkəb çöküntü qatlarından keçərək 7000 metrədək dərinliyə çata bilir. Bu mürəkkəb qazma şəraiti həm qazma yolunda, həm də quyunun keçdiyi laylar boyunca dəqiq nəzarət tələb edir. Xüsusi hazırlanmış qazma məhlulları təzyiqin idarə olunmasında, şlamların daşınmasında, qazma baltasının soyudulmasında və yağlanmasında mühüm rol oynayır. Bu məhlullar bp-nin qabaqcıl qazma məhlulları müəssisəsində (AFF) qarışdırılır, sınaqdan keçirilir və idarə olunur. Tullantı qazma məhlulu da toplanaraq emal və utilizasiya üçün bu müəssisəyə qaytarılır.

bp mütəxəssisləri məhz bu tullantı qazma məhlulunun təkrar emal və təkrar istifadə üçün yararlı olub-olmadığını müəyyən etmək üçün məlumat əsaslı metod hazırlayıblar. Bu metodda ağıllı sınaq və avtomatik təhlildən istifadə olunur. Bu yeni proses tullantı məhlulun təhlil müddətini 90 dəqiqədən cəmi 15 dəqiqəyə endirir və beləliklə sürətli və etibarlı nəticələr əldə edilməsinə və qazma əməliyyatlarının cədvələ uyğun davam etməsinə imkan yaradır. Əldə olan keçmiş məlumatlar və yalnız 2-3 əsas keyfiyyət göstəricisindən istifadə etməklə bu proqnozlaşdırıcı model 93–94 faiz dəqiqliklə işləyir və buna görə də məhlulun təkrar istifadə yararlılığı haqqında əminliklə və vaxtında qərar qəbul etməyə imkan yaradır.

Bu yanaşma 2023-cü ildən bəri xeyli faydalar gətirib:

∙ 20 min bareldən çox qazma məhlulu təkrar emal edilib;

∙ Doklarda tullantıları gözləyən gəmilərin boş dayanma vaxtı azalıb;

∙ Tullantının tərkibindəki neft təkrar istifadə üçün ayrılıb;

∙ Bu yanaşma bp-nin qlobal əməliyyatlarında tətbiq edilməyə başlayıb.

Bu layihə innovasiya və əməkdaşlığın necə tullantıları azaldaraq, xərclərə qənaət edərək və səmərəliliyi artıraraq əməliyyatlarda real dəyərlər əldə etməyin mümkünlüyünü nümayiş etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Son 20 ildə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb  

17:29
14 Yanvar

Yaponiya alimləri unikal təbii dəri transplantı hazırlayıblar  

17:28
14 Yanvar

Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad edilib  

17:27
14 Yanvar

Azərbaycanın aviasiya sektorunun ötənilki nəticələri açıqlanıb  

17:26
14 Yanvar

“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur  

17:25
14 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib - Sərəncam  

17:24
14 Yanvar

“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməsi tənzimlənir SƏRƏNCAM  

17:17
14 Yanvar

Azərbaycan ilə Somalinin diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib  

17:12
14 Yanvar

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək  

17:01
14 Yanvar

Dövlət Xidməti vətəndaşlara saxta saytlarla bağlı xəbərdarlıq edib  

16:57
14 Yanvar

ABŞ neft qiymətlərinə dair proqnozunu yüksəldib

16:47
14 Yanvar

Vəkillər Kollegiyasının rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkillərlə görüş keçirib  

16:44
14 Yanvar

“Lego” yubileyinə hazırlaşır  

16:33
14 Yanvar

“Google”da valideyn nəzarəti qaydaları sərtləşdirilib  

16:25
14 Yanvar

Su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır  

16:11
14 Yanvar

NASA-nın Ay missiyasında yeni dövrü  

16:09
14 Yanvar

Bu il qlobal neft təklifi sutkada 107,6 milyon barel təşkil edəcək  

16:08
14 Yanvar

“Apolitical” platforması Azərbaycanın sosial sahədə rəqəmsal uğurlarına dair məqalə dərc edib  

16:07
14 Yanvar

Mədəniyyət naziri Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib  

16:06
14 Yanvar

Azərbaycanın su təhlükəsizliyi siyasətində yeni strateji mərhələ  

15:58
14 Yanvar

Vyanada “Türk həftəsi” çərçivəsində qala-konsert keçirilib  

15:53
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!