07 Iyun 2022 00:27
2039
Oxucu məktubları
A- A+

Kəndimiz susuz qalıb

 

Son vaxtlar bizim Şəmkir şəhərinin siması başdan-başa dəyişib. Aparılan abadlıq və quruculuq işləri kənd və qəsəbələrdə də hiss olunur.

On illərlə sürən problemlər demək olar ki, öz həllini tapıb. Yol infrastrukturu yenilənməklə yanaşı, qaz, su, yanacaq təminatı da qaydaya düşüb. Əhalinin güzəranı da xeyli yaxşılaşıb.

Bu məktubu yazmaqda məqsədim bəzi çatışmazlıqları diqqətə çatdırmaqdır. Yaşadığım Yeniyol kəndi rayon mərkəzindən o qədər də uzaqda deyil. Kənddə əvvəllər mövcud olmuş problemlər əsasən aradan qaldırılıb. Lakin bir məsələdən başqa. O da kəndin su problemidir. Yazmadığımız, müraciət etmədiyimiz təşkilat qalmayıb.

Hazırda yaz-tarla işlərinin qızğın çağıdır. Kənd sakinlərinin yüz hektarlarla əkin sahəsi susuz qalıb. Doğrudur, dövlət başçısının sərəncamı ilə keçən il kənddə subartezian quyusunun qazılmasına başlanıldı. Lakin nədənsə işlər yarımçıq qaldı. 

Hörmətli redaksiya! Bəlkə bu işdə bizə siz kömək edəsiniz. Artezian quyusunun qazıntısını yarımçıq qoyan təşkilatın yadına salasınız ki, kənd sakinləri onları gözləyir.

 

Polad VƏLİYEV,

Şəmkir rayonu Yeniyol kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video