19 İyun 2025 09:00
1072
Oxucu məktubları
A- A+
Kənd stadionlarından böyük arenalara

Kənd stadionlarından böyük arenalara


"Sağlam bədəndə sağlam ruh olar" - deyiblər. Bu baxımdan  ölkəmizdə  idmanın inkişafına göstərilən diqqət və qayğı olduqca təqdirəlayiqdir. Çünki fiziki sağlamlığın başlıca şərtlərindən biri məhz idmanla müntəzəm məşğul olmaqdır.

Ölkəmizdə idmanın inkişafı istiqamətində ciddi və ardıcıl  tədbirlər həyata keçirilir. Odur ki, indi Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın  olimpiada və digər  beynəlxalq yarışlarda əldə etdiyi uğurlar   Azərbaycanın idman ölkəsi kimi qazandığı imici  daha da möhkəmləndirir.

Bu sahədə aparılan dövlət siyasəti rayonumuzda da uğurla həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən idman sahəsinin inkişafı, xüsusilə uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün kəndlərdə mövcud stadionların yenilənməsi və təmiri istiqamətində işlər aparılır. Bu da təsadüfi deyil. Çünki  stadionlar   sağlamlığa xidmət edir. Elə böyük idmana aparan yolların çoxu da kənd stadionlarından başlanır.

Hazırda Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  Aşağı İmamqulukənd, Aşağı Ləgər, Gədəzeyxur, Atlıxan, Mucuqoba kənd stadionlarında təmir işləri görülür. İndiyəcən Aşağı Ləgər kənd stadionu üçün ayrılmış ərazi hasara alınmış, ot örtüyünün salınması üçün əlavə torpaq gətirilərək  meydança hamarlanmış, yer  yumşaldılmışdır. Stadionda geyinib-soyunma otağı tikilmiş, su anbarı təmizlənmiş və su xətti istifadəyə verilmişdir. Gədəzeyxur, Atlıxan kəndlərində  də  stadion üçün ayrılmış ərazi təmizlənərək hasarlanmışdır. Hazırda Gədəzeyxur və Aşağı İmamqulukənd  stadionlarında soyunub-geyinmə otaqları tikilir. Çubuqlu kəndində isə uzun müddətdir arzuolunan stadion üçün torpaq sahəsi ayrılmışdır.

Görülən bütün bu işlər son bir ilin töhfələridir. Bildiyimizə görə, rayon rəhbərliyi və idman ictimaiyyəti  birlikdə bu istiqamətdə  çox işlər görəcəklər. Çünki bu, qusarlı gənclərin sağlam böyüməsi üçün çox vacibdir. Sağlam gənclik yetişdirmək həyatın, ölkəmiz üçün idmançılar hazırlamaq isə dövrün tələbidir.   


Sənan XƏLİLOV,

Qusar Rayon  Ağsaqqallar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aran rayonlarında bu gün 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

22:14
13 İyul

Ukrayna öz yeraltı qaz anbarında Avropa üçün Azərbaycanın təbii qazının saxlanmasını təklif edir  

18:32
13 İyul

Ulu Öndərin ömür yolu müstəqil Azərbaycanın tarixidir

16:57
13 İyul

Avropa İttifaqı ABŞ məhsullarına qarşı planlaşdırılan əks-gömrük rüsumlarını avqustun əvvəlinədək təxirə salır  

16:43
13 İyul

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib  

13:41
13 İyul

Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərdə yağış yağacaq  

12:51
13 İyul

Xarici işlər nazirinin müavini Xorvatiyada beynəlxalq forumda iştirak edib  

12:36
13 İyul

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

12:01
13 İyul

DİM: Magistraturaya qəbulla bağlı ixtisaslaşma seçiminin vaxtı uzadılıb  

11:57
13 İyul

Ziyafət Əsgərov: Azərbaycan ilə Çin arasında əlaqələrin miqyası çox genişlənib  

10:56
13 İyul

Türkiyədə terrorçu kürdlər 40 ildən sonra silahı yerə qoymağa başlayıblar

10:45
13 İyul

Bilmək istəyirəm

10:40
13 İyul

Ağstafada Milli Qəhrəman, şəhid zabit Rafiq Alıcanovun 60 illiyi qeyd olunub

10:35
13 İyul

Klublarımızın reytinqdə mövqeləri

10:30
13 İyul

"Zirə"nin matçı yunanıstanlı hakimə tapşırıldı

10:25
13 İyul

Kris Kuaku "Qarabağ"da

10:20
13 İyul

Mikels ümidlidir

10:15
13 İyul

"Turan Tovuz"dan daha bir transfer 

10:10
13 İyul

"Hər şey yaxşılığa doğru gedir"

10:05
13 İyul

Milli Mətbuat Günü ilə bağlı yoldaşlıq oyunu keçirilib

10:00
13 İyul

Ustad rejissor

09:55
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!