Kağız qəbzlərin dövrü sona çatır
Texnologiyanın və "yaşıl iqtisadiyyat"ın sürətli inkişaf etdiyi bir dövrdə hələ də kağız qəbzlərdən istifadə etməyimiz təəccübləndiricidir. Elə o üzdən "bu qəbzlərdən necə imtina etmək olar" sualı ilə yola çıxan "Recepta"nın təsisçisi Rauf Heydərli komandası ilə birlikdə kağız qəbzləri elektron qəbzlərlə əvəz edən platformanı yaratmışdır.
Kağız qəbzlərin istehsalı və çapı hər il 180 milyon ağacın kəsilməsi hesabına başa gəlir və atmosferə 103 milyard kiloqram karbon qazı emisiya edilir. Bundan əlavə, ticarət müəssisələri kağız qəbzlərə hər il milyonlarla vəsait xərcləyirlər. Yaradılan "Recepta" platforması vasitəsilə istifadəçilər alış-veriş zamanı tətbiqdə qeydiyyatdan keçirdikləri kartlarla ödəniş edərkən alış-verişlərinin qəbzi saniyələr içində mobil telefon tətbiqlərinə gələcək. Deməli, qəbzin çap edilməsinə ehtiyac qalmayacaq. Həmçinin istifadəçilərin ƏDV-lərinin bir hissəsini geri almaq üçün qəbzi skan etmələrinə də ehtiyac olmayacaq. Yaradılan yeni funksiya sayəsində istifadəçilər bir toxunuşla ƏDV-lərinin bir hissəsini geri ala biləcəklər. "Recepta" tətbiqi istifadəçilərin xərclərini qruplaşdıraraq hesabat şəklində onlara təqdim edəcək. Bununla da istifadəçilər öz xərclərinə daha yaxşı nəzarət edə biləcəklər.
Onu da qeyd edək ki, 2022-ci ildə yaradılan "Recepta" həmin ilin may ayında keçirilən "Teknofest" festivalında "Take off Baku" startap sammitinin qalibi seçilmişdir. "Recepta" komandasının mükafatını Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Cümhurbaşkanı Rəcəb Tayyib Erdoğan şəxsən təqdim etmişlər.
Layihə ilə bağlı Azərbaycanda işlər artıq başlanılıb. Dövlət Vergi Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə ilə bağlı Azərbaycanın bir sıra bankları ilə danışıqlar aparılmış və əməkdaşlıqla bağlı razılığa gəlinmişdir. Sonrakı mərhələdə isə "Paşa Holding" şirkətindən həm investisiya, həm də layihəni Azərbaycanda başlamaq üçün böyük dəstək almışdır.
Bu il üçün hədəf məhsulu Azərbaycan bazarında uğurla tətbiq etmək, onu Amerika və Türkiyə bazarına daşımaqdır.
Fərid NƏSİRLİ,
"Recepta" əməkdaşı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!