“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
ABŞ-da çıxan “Jewish Journal” nəşrində Xocalı qırğınının şahidi, bu dəhşətli qətliamdan möcüzəli şəkildə salamat qalmış Dürdanə Ağayevanın “Ermənistanın sabiq prezidenti Koçaryanın həbsi və Xocalı soyqırımı” adlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarlarından birinin – Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsinə münasibətini bildirib. Məqalədə deyilir ki, o, iki həftə əvvəl bu xəbəri eşidəndə, yaxşı mənada təəccüblənib. Yerevanda həbs olunan Koçaryan konstitusiya quruluşunun devrilməsinə cəhddə və 2008-ci ilin martında Ermənistanda seçkilərin nəticələrindən sonra 10 nəfərin öldürülməsində ittiham olunub.
D.Ağayeva yazır: “Mən Koçaryanı təkcə varisi Serj Sarkisyanın hakimiyyətinin təsdiq edilməsi naminə öz həmvətənlərinin qətlində günahkar olan Ermənistanın sabiq prezidenti (1998-2008-ci illər) kimi deyil, həm də, ilk növbədə, Azərbaycan ərazilərinin işğalında, həmvətənlərimin doğma ata-baba yurdlarından didərgin salınmasında və qətlə yeririlməsində, soyuq müharibə başa çatandan sonra Avropada ilk soyqırımının - Xocalı soyqırımının törədilməsində xüsusi rol oynamış bir şəxs kimi tanıyıram”.
Dinc Azərbaycan vətəndaşlarının qətlində Ermənistan rəhbərliyinin rolundan danışan D.Ağayeva vurğulayır: “Koçaryanın həbsi bir daha sübut edir ki, özgə xalqa qarşı cinayət törətmiş şəxs heç vaxt öz xalqına xoşbəxtlik gətirə bilməz. Təəssüf ki, Koçaryanı yalnız Ermənistan qanunlarını pozduğuna görə həbs ediblər, 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionunda Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlər törətməsi, xüsusən dəhşətli Xocalı soyqırımında iştirak etməsi ilə bağlı ittihamlar isə irəli sürülməyib”.
Sonra Xocalıda törədilən faciəli hadisələri təsvir edən müəllif 613 silahsız azərbaycanlının, o cümlədən uşaqların, qadınların, qocaların kütləvi qətliamının, habelə erməni hərbçilərinin əsir götürülmüş dinc xocalılıların başına gətirdiyi vəhşiliklərin təfərrüatını açıqlayır. O bildirir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatı Xocalı cinayətini Ermənistan-Azərbaycan münaqişəsinin “ən böyük qırğını” adlandıraraq, Azərbaycan vətəndaşlarının kütləvi qətlinə görə məsuliyyəti bilavasitə erməni hərbçilərinin üzərinə qoyub.
Avropa İnsan Haqları Məhkəməsi də 2010-cu il tarixli qərarında Xocalı barəsində faktları təsdiq edib, 10-dan çox ölkə və ABŞ-ın 23 ştatı isə öz qətnamə və proklamasiyalarında bu soyqırımını rəsmi surətdə pisləyib. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın bütün Qarabağ regionunun Ermənistan tərəfindən işğalını və burada aparılan etnik təmizləmə siyasətini pisləyən, habelə Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.
D.Ağayeva daha sonra yazır ki, Koçaryanın həbsi onu bir qədər təəccübləndirib, amma bu həftə onun həbsdən azad edilməsi barədə xəbər onu əsla təəccübləndirməyib, çünki bu fakt aydın şəkildə nümayiş etdirir ki, Ermənistan hələ də qanunlara riayət etməyə və uzun illər onun özünə və bütün Cənubi Qafqaz regionuna böyük ziyan vurmuş cinayətkarları təqib etməyə hazır deyildir. Koçaryan isə azadlığa çıxandan dərhal sonra Ermənistan siyasətinə qayıtmaq qərarını açıqlayıb.
Müəllif məqalənin sonunda qeyd edir ki, Xocalı soyqırımının günahkarları məhkəmə qarşısında durmalıdırlar, çünki nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən daim yaxa qurtara bilməyəcəklər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!