İtaliya mətbuatında Azərbaycanda aparılan islahatlardan bəhs olunub
İtaliyanın nüfuzlu "Agenzia Nova” xəbər saytında "Azərbaycanın gömrük sistemində aparılan islahatlar və fiskal siyasət uğurlu nailiyyətlər qazandırıb” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, yazıda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin fikirlərinə istinad edilib.
Bildirilib ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin nəqli üçün dəhlizlərin rəqabətqabiliyyətliliyi və səmərəliliyini artırmaq məqsədilə 2018-ci ildə başlanan islahatlar prosesi bu il də davam edəcək. Nəqliyyat və tranzit dəhlizlərinin yaradılması insan və malların daşınması çevikliyini təmin etmək, yüklərin çatdırılma müddətini minimuma endirmək və sərhəd keçidləri yaxınlığında prosesləri sürətləndirmək baxımından vacib prosedurdur.
Qeyd olunub ki, Azərbaycanda vergi siyasəti çərçivəsində həyata keçirilən və xüsusilə kölgə iqtisadiyyatına qarşı yönəlmiş islahatlar müsbət nəticələr verməkdədir.
Diqqətə çatdırılıb ki, Dövlət Gömrük Komitəsi 2018-ci ildə dövlət büdcəsinə 3,434 milyard manat köçürüb ki, bu da proqnoz tapşırığını 141 faiz üstələyib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
Gələcəyin sualtı qayıqları “görünməz” olacaq
29 Aprel
Pakistanın şimal-qərbində 2 terrorçu məhv edilib
29 Aprel
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
29 Aprel
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!