07 Avqust 2016 12:08
1178
CƏMİYYƏT
A- A+
İt gəzdirənlər

İt gəzdirənlər

 

Heyvanlara sevgi bəsləmək çox yaxşıdır, amma insansevərlik ondan da...

 

Bakı sürətlə inkişafda, müasirləşməkdədir. Özü də bu dəyişiklik təkcə şəhərin simasında, infrastrukturunda deyil, insanların sosial münasibətlərində, məişət şəraitində, bütövlükdə həyat tərzində də müşahidə olunmaqdadır. Müasir həyat dəbi, yeniliklərlə ayaqlaşmağa çalışanlar kifayət qədərdir. Şəhər əhlinin canlılara, o cümlədən ev heyvanlarına münasibəti də yeni səviyyəyə yüksəlib. Heyvanlara qayğı göstərənlərin, evdə it və pişik bəsləyənlərin sayı xeyli artıb. Doğrudur, əvvəllər də Bakıda evdə heyvan saxlayan ailələr olub. Ətrafdakılar da buna əsasən loyal yanaşıb. Ən azı ona görə ki, bu, bir kimsəni narahat etməyib. İndi isə...
Paytaxtımızın elə mərkəzi küçə, meydan, park və ya xiyabanı olmaz ki, istirahətə gələnlər orada ev heyvanları ilə rastlaşmasınlar. Xüsusilə itlərlə. Aralarında döyüş cinsləri də kifayət qədərdir. Amma acınacaqlı və təhlükəli hal odur ki, bu heyvanlar ictimai yerlərdə ağızlıqsız, bəzən isə xaltasız gəzdirilir. İtinin xaltasını açıb onu sərbəst gəzintiyə buraxanlar da az deyil.
Təəssüf ki, bu heyvanların sahibləri ətrafdakı insanlar üçün nə qədər ciddi təhlükə yaratdıqlarının fərqinə varmırlar. Bunu onlara xatırladıb iradını bildirənlərə də “Qorxmayın, o sizə heç nə etməz” deyə öz sevimli canlılarının tərbiyəsinə əminlik ifadə edirlər. Ola bilər. Bəllidir ki, bəzi cins itlər ümumiyyətlə aqressiv deyillər. Bununla belə, elə cinslər də var ki, tərbiyəsindən, şəcərəsindən, boynundakı medalların əyarından və sayından asılı olmayaraq onlar hər an ətrafdakı insanlara, hətta öz sahibinə belə hücum edə bilər.
Baxın, Bakı küçələrində ağızlıqsız gəzdirilən bu it - pitbul cinsi kimi.
Yəni itin sahibi saxladığı itin xüsusiyyətlərini bilmirmi? Bilmirsə, çox pis! Hər halda it saxlamayanlar belə pitbul cinsinin dünyanın müxtəlif ölkələrində törətdiyi fəsadlar, insanlara hücumları haqqında mütəmadi xəbərlər alır. Ağızlıqsız gəzdirilən digər cinslərdən olan itlərin ətrafdakı başqa heyvanlara və insanlara hücumu vaxtaşırı qeydə alınmaqdadır. Ölkəmizdə də belə insidentlər baş verir. İt sahibləri ilə münaqişələr, qarşıdurmalar da yaşanır. Hətta kriminalla - vətəndaşların həyatlarını və ya sağlamlıqlarını itirməsi ilə nəticələnən hadisələr də olub. Beləcə, cəmiyyət qarşısına ciddi suallar çıxıb: ev heyvanları necə saxlanılmalıdır, onlar necə, harada gəzdirilməli, təhlükəsizlik hansı formada təmin olunmalıdır?
Bəri başdan qeyd edək ki, bütün bu suallara əslində qanunvericilikdə cavab verilib: müvafiq qanunlar, hökumət qərarları, tərəflərin hüquq və səlahiyyətlərini müəyyənləşdirən hüquqi aktlar var. Faktlar və şəhərdə hər gün müşahidə olunan “mənzərə” isə qanunvericiliyin tələblərinin kifayət qədər işləmədiyinə dəlalət edir. Əfsuslar olsun ki, bir çoxları onların varlığından belə xəbərsizdir. Bəzi şəxslər elə zənn edirlər ki, istədikləri heyvanı saxlamağa, istədikləri yerdə, istədikləri formada gəzdirməyə haqları var. Əslində isə belə deyil. “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na əsasən, “Ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar”. Qaydaların heyvanların saxlanma şərtlərində deyilir: “Baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir”. Təəssüf ki, bu şərtə əməl etməyənlərə rast gəlinir. Mənzillərini heyvan sığınacağına çevirən bəzi şəxslər orada onlarca canlını bir arada saxlayırlar. Hər halda, belə bir şəraitdə yaşamağa məhkum qonşuların halını təsəvvür etmək çətin deyil. Halbuki paytaxtımızda dövlət tərəfindən yaradılmış və müvafiq şəraiti olan heyvan sığınacaqları fəaliyyət göstərir. Heyvansevərlər bir qədər də insansevərlik nümayiş etdirib küçələrdən topladıqları heyvanları mənzillərinə yığmaq əvəzinə bu sığınacaqlara təhvil versələr, bu həm onların özləri, həm heyvanlar, həm də ətrafdakı insanlar üçün daha məqbul və faydalı olar.
Ən aktual və kəskinləşən problemlərdən biri itlərin gəzdirilməsi ilə bağlıdır. Bəli, it sahibləri “... insanların sağlamlığının qorunması məqsədilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək” hüququna malikdir. Göründüyü kimi, bu hüququn şərtləri var: kiçik itlər cilovda, iri cins itlər isə həm də buruntaqla - ağızlıqla gəzdirilməlidir!
Küçələrdəki sahibsiz heyvanların artmasının bir səbəbkarı da elə onların yiyələridir. Bəziləri bu işi əyləncə bilib, it və ya pişik sahibi olduqdan sonra çətinliyə düşən kimi onlardan imtina edib küçəyə atırlar. Əslində, buna görə məsuliyyət daşıyırlar. Qeyd olunan qaydalarda deyilir: “Heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır”.
Heyvanların saxlanma qaydalarını pozanlar unutmamalıdırlar ki, onlar buna görə inzibati məsuliyyətə cəlb və əməllərinə görə yüksək məbləğdə cərimə oluna bilərlər. Görünür, elə inzibati tənbehə cəlb olunmadıqları üçün bir çox heyvan sahibi onların saxlama və gəzdirilmə qaydalarına əməl etmir, hətta ətrafdakıların buna dəvətini belə qulaqardına vurur. Ümumiyyətlə, it sahibləri cəmiyyət qarşısında nə adi qaydalara əməl edirlər, nə də ciddi tələblərə. Bilirsinizmi ki, qaydalara görə: “İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və “Təhlükəlidir” sözü yazılmış lövhələr vurmağa borcludurlar”? Doğrudur, bunu bilənlər və əməl edənlər var, amma olduqca az sayda.
Eyni zamanda xatırladırıq ki, “... ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması” ilə yanaşı, “... ev heyvanlarının ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlanması və gəzdirilməsi” qadağandır. Di gəl ki, bəzi heyvan sahibləri bu tələbə riayət etmək əvəzinə yeməkxanalarda, çimərliklərdə, ticarət obyektlərində başqa “hüquq”dan dəm vurur, insanları az qala borclu çıxarırlar...
Ümumiyyətlə, it sahibləri nəzərə almalıdırlar ki, insanlar fərqli olduqlarından onların heyvanlara münasibəti eyni ola bilməz. Fobiyası (heyvan qorxusu) olanlar da var və bu onların özündən, dünyagörüşündən asılı deyil. Xəstəliyi, heyvan tükünə və qoxusuna qarşı allergiyası olanlar da unudulmamalıdır. Qadınların bir çoxu, yaşlı-ahıl insanlar heyvanlardan çəkinirlər: onları görəndə, küçə və meydanlarda qəfil rastlaşanda xoflanır, stress keçirirlər. Uşaqların da heyvanlara reaksiyası fərqlidir - bir qismi təhlükə hiss etmədən heyvana sarı yürüyür, digərləri dərin ruhi sarsıntı keçirərək ağlayırlar və bu onların psixikasında ciddi iz buraxır. Gənclər də (özlərini sındırmasalar da) yanlarından iri və ağızlıqsız itlər keçərkən, yaxud ətraflarında qaçışarkən daxilən narahatlıq keçirdiklərini etiraf edirlər...
Təəssüf ki, indi şəhərin mərkəzində, xüsusilə insanların kütləvi keçdiyi, yığışdığı, istirahət etdiyi yerlərdə, məsələn, Nizami küçəsində - Fəvvarələr meydanında, həmçinin əksər park və xiyabanlarda xaltasız və ağızlıqsız gəzdirilən itlərin sayı xeyli artıb. Şəhər əhalisi və paytaxtımızın qonaqları bundan narahatdırlar. Son illər vaxtaşırı bu mövzuda müzakirələr aparılır, belə hallar ictimaiyyət tərəfindən qınanır. Amma vəziyyət düzəlmək əvəzinə ilbəil bir qədər də kəskinləşir.
Bəs nə etməli? Heyvanların saxlanma qaydalarına nəzarət etməli olan təşkilatların məsələyə münasibətilə yanaşı, heyvan sahiblərinin problemə baxışı dəyişməlidir. Birincilər qanun və qaydaların tələbinin icrasına nail olmalı, ikincilər ictimaiyyət qarşısında daşıdıqları məsuliyyəti nəhayət dərk etməlidirlər.
İstinad etdiyimiz hüquqi baza - Nazirlər Kabinetinin qərarı ilə (2011-ci ildə) təsdiqlənmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın sonuncu bəndi elə maariflənmə ilə bağlıdır: “Yerli icra hakimiyyəti orqanı, Dövlət Baytarlıq Xidməti ev heyvanlarının saxlanması, damazlığı, təlimi, ticarəti və himayəsi ilə məşğul olan şəxsləri maarifləndirməli və onlarla müvafiq təbliğat işi aparmalıdırlar”.
Ən səmərəli yol da budur - maarifləndirmə. Hər kəs öz hüquq, səlahiyyət və vəzifələrini bilməli, onlara ciddi əməl etməlidir. Doğrudur, tənbeh, cəza, cərimə də kifayət qədər çəkindirici təsirə malikdir. Deməli, həm maarifləndirmə - tərbiyə, izahat, təşviq işi genişləndirilməli, həm də hüquqi-inzibati tənbeh mexanizmi işə salınmalıdır. Belə olan təqdirdə canlılar arasında vəhdət də pozulmaz, hüquq və ictimai nizam, asayiş də!

Elxan QƏNBƏRLİ,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!