13 Oktyabr 2025 18:18
2407
PARLAMENT
A- A+
İslamabadda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü keçirilib YENİLƏNİB  

İslamabadda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü keçirilib YENİLƏNİB  


Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabadda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşünün açılış mərasimi olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq parlament platformasının ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin daha da dərinləşməsi baxımından mühüm istiqamət olduğunu vurğulayıb. Milli Assambleyanın sədri Azərbaycan, Pakistan və Türkiyənin dost və qardaş ölkələr olduğunu qeyd edərək, taleyüklü məsələlərdə üç qardaş dövlətin daim bir yerdə olduğunu bildirib. Sərdar Ayaz Sadiq Kəşmir məsələsinə münasibətdə Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü ifadə edib və Pakistan xalqının bu dost münasibəti heç vaxt unutmayacağını diqqətə çatdırıb.

Xalqların və dövlətlərin beynəlxalq münasibətlər sistemində bəzən haqsızlıq və ədalətsizliklə üzləşdiyini deyən Sərdar Ayaz Sadiq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin, eləcə də xalqların firavanlığının təmin olunması üçün bu hallara son qoyulmalıdır.

O, hər üç ölkənin parlamentarilərinin bir çox sahələrdə, o cümlədən beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında parlamentlərimizin əməkdaşlığının ortaq tarixi, mədəni, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslandığını söyləyib. O vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər. Xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Qeyd edilib ki, Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib. Cari ilin may ayında Pakistan və Hindistan arasında gərginlik zamanı Azərbaycan ilk gündən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə edib. Ölkəmiz Kəşmir məsələsinin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini hər zaman dəstəkləyib və bunu bütün beynəlxalq platformalarda səsləndirib.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş beynəlxalq hüquqda mövcud olan problemlərin, xüsusilə ikili standartların müşahidə olunduğu bugünkü şəraitdə üç qardaş ölkə arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Numan Kurtulmuş qeyd edib ki, Türkiyə Azərbaycan və Pakistan parlamentləri ilə üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük önəm verir. Qeyd edilib ki, qlobal problemlərə qarşı ortaq həll yollarının müəyyənləşdirilməsində parlamentlərin rolu olduqca vacibdir.

Çıxışında terror təhdidlərinə qarşı mübarizənin əhəmiyyətinə toxunan Numan Kurtulmuş deyib ki, Türkiyə dövlətlərin suverenliyini və müstəqilliyini hədəf alan terrora qarşı mübarizəyə böyük önəm verir.

O, öz çıxışında Azərbaycan və Ermənistan arasında sülh gündəliyi istiqamətində əldə olunan nailiyyətlər münasibətilə ölkəmizi və xalqımızı təbrik edib.

Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani isə çıxışında parlamentlərin üçüncü görüşünün əhəmiyyətini vurğulayaraq, müasir geosiyasi şərait fonunda qardaş ölkələr arasında əməkdaşlığın vacibliyini, eləcə də parlamentlərarası əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın tranzit yolunda canlanma: Astarada yük axını sürətlənir

18:22
09 Oktyabr

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!