07 May 2026 23:48
163
İQTİSADİYYAT
A- A+
İslam İnkişaf Bankı bu günədək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard ABŞ dollarından artıq vəsait ayırıb  

İslam İnkişaf Bankı bu günədək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard ABŞ dollarından artıq vəsait ayırıb  


Mayın 7-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə İİB arasında əməkdaşlığın cari vəziyyəti, mövcud layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Nazir Sahil Babayev İİB ilə əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, 2026-cı ilin 16–19 iyun tarixlərində Bakıda keçiriləcək Bankın 51-ci İllik Toplantısı əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün əhəmiyyətli platforma olacaq. Bildirilib ki, Bank tərəfindən bu günədək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard ABŞ dollarından artıq vəsait ayrılıb.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə toxunan S.Babayev Bank ilə əməkdaşlıq çərçivəsində icra olunan “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsinin regionun dirçəldilməsi, sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynadığını qeyd edib. Eyni zamanda, bu layihə çərçivəsində genişmiqyaslı suvarma infrastrukturunun yenilənməsinin regionlarda kənd təsərrüfatının inkişafına, su resurslarının səmərəli idarə olunmasına və məhsuldarlığın artırılmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.

Öz növbəsində, Məhəmməd Əl-Casir Azərbaycan ilə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, Bankın ölkəmizdə sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib və bu çərçivədə su və meliorasiya, nəqliyyat infrastrukturunun inkişafı və dəmir yolu layihələri üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin Texniki Əməkdaşlıq Proqramı çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi, kənd təsərrüfatı, su idarəçiliyi və rəqəmsal transformasiya sahələrində texniki yardım və birgə təşəbbüslərin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

23:54
07 May

İslam İnkişaf Bankı bu günədək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard ABŞ dollarından artıq vəsait ayırıb  

23:48
07 May

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən konsert proqramı təşkil olunub  

22:08
07 May

Zelenski: Ukrayna Rusiyaya atəşin dayandırılmasını təklif edib

21:26
07 May

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış  

20:59
07 May

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibləri mükafatlandırılıb 

20:41
07 May

Azərbaycan - İtaliya münasibətləri qarşıdakı dövrdə daha da genişlənəcək  

20:41
07 May

Azərbaycanda kənd təsərrüfatı kreditlərinə faiz subsidiyası tətbiq olunacaq

20:34
07 May

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb  

20:31
07 May

Hörmüz boğazında diplomatiya ümidi birjalarda qiymətləri yüksəltdi

20:24
07 May

Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb  

20:17
07 May

Rəqəmsal dövlət platformasında vətəndaşların sosial kreditinin qiymətləndirilməsinə dair araşdırmalar aparılır  

20:07
07 May

Maliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirib

20:06
07 May

Türkiyəli nazir: Qardaş Azərbaycanı Beynəlxalq Nəqliyyat Forumuna uğurlu sədrliyi münasibətilə təbrik edirik  

19:53
07 May

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib  

19:47
07 May

Azərbaycan və Monqolustan arasında məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi diqqətdədir  

19:41
07 May

Sahibə Qafarova: Parlament diplomatiyası fikir ayrılıqları olduğu hallarda da konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir

19:37
07 May

Monqolustanın Baş prokuroru: Memorandum iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır  

19:32
07 May

Kəlbəcərdə inşa olunan yüksəkhündürlüklü KES üzrə ölçmə işləri yekunlaşır

19:27
07 May

Dünya Bankı: Qlobal metal və mineral qiymətlərində artım gözlənilir

19:23
07 May

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır

19:13
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!