07 May 2026 20:59
142
SİYASƏT
A- A+
Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış  

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış  

Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

YAP-dan AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Ulu Öndər siyasi və ideoloji nöqteyi-nəzərdən bir-birindən fərqli iki dövrdə - istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək dövlətimiz üçün taleyüklü məsələlərin həllinə nail olmaqla millətimizin parlaq gələcəyini təmin edib. O, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın olduqca mürəkkəb sınaqlardan keçdiyini vurğulayıb. Qeyd edilib ki, Ulu Öndərin güclü siyasi iradəsi, sarsılmaz qətiyyəti və dərin strateji baxışı sayəsində ölkəmiz xaosdan və parçalanma təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoyub. Bildirilib ki, müasir dövlətçilik tariximizin ən qürurverici məqamı - Azərbaycanın şanlı Zəfər zirvəsinə yüksəlməsi də Ulu Öndərimizin tükənməz siyasi irsi ilə bağlıdır: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir”.

Tahir Budaqov vurğulayıb ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ölkəmizin keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlməsini şərtləndirib: “Qlobal proseslərə geniş təsir imkanına malik regional güc mərkəzinə çevrilən Azərbaycan öz ərazi bütövlüyü və mütləq suverenliyini təmin etdikdən sonra Cənubi Qafqazda faktiki sülh şəraitində qarşılıqlı etimad mühiti yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri aparılır və Böyük Qayıdış uğurla davam etdirilir ki, bu da Azərbaycanın iqtisadi gücünü, siyasi iradəsini və gələcəyə inamını aydın şəkildə nümayiş etdirir”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yalnız qüdrətli dövlət xadimi, uzaqgörən siyasətçi kimi deyil, həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu, mədəniyyətimizin və incəsənətimizin əsl hamisi kimi əbədi yaşayır.

Rektor əlavə edib ki, Ulu Öndər sənət adamlarını sadəcə yaradıcı insanlar kimi deyil, xalqın mənəvi sərvəti kimi dəyərləndirir, incəsənət xadimlərinə böyük ehtiram göstərir, onların yaradıcılığını yüksək qiymətləndirirdi.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, Azərbaycan dövlətinin söykəndiyi ideoloji və dövlətçilik prinsiplərinin əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Qeyd edilib ki, müasir Azərbaycan dövlətinin formalaşması, möhkəmlənməsi və inkişafı Ümummilli Liderin müəyyənləşdirdiyi strateji-siyasi kursun uğurla həyata keçirilməsinin nəticəsidir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi: “Onun adı yalnız siyasi iradə ilə deyil, həm də dövlətçilik təfəkkürü, milli ruh, strateji zəka və sabaha olan inamla bağlıdır. Ulu Öndərin dövlətçilik fəlsəfəsi təkcə idarəetmə modeli deyil, həm də azərbaycançılıq ideologiyasına söykənən strateji xətdir. Məhz bu fəlsəfə sayəsində Azərbaycan müstəqilliyini qorudu, dövlətçiliyini möhkəmləndirdi və gələcəyə inamla addımladı”.

Sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək" ordeni ilə təltif edilmiş Ədalət Fərəcova orden təqdim edilib.

Göstərilən diqqətə və fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısına təşəkkürünü bildirən Ədalət Fərəcov Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və Zəfər zirvəsinə yüksələrək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyaya atəşin dayandırılmasını təklif edib

21:26
07 May

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış  

20:59
07 May

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibləri mükafatlandırılıb 

20:41
07 May

Azərbaycan - İtaliya münasibətləri qarşıdakı dövrdə daha da genişlənəcək  

20:41
07 May

Azərbaycanda kənd təsərrüfatı kreditlərinə faiz subsidiyası tətbiq olunacaq

20:34
07 May

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb  

20:31
07 May

Hörmüz boğazında diplomatiya ümidi birjalarda qiymətləri yüksəltdi

20:24
07 May

Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb  

20:17
07 May

Rəqəmsal dövlət platformasında vətəndaşların sosial kreditinin qiymətləndirilməsinə dair araşdırmalar aparılır  

20:07
07 May

Maliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirib

20:06
07 May

Türkiyəli nazir: Qardaş Azərbaycanı Beynəlxalq Nəqliyyat Forumuna uğurlu sədrliyi münasibətilə təbrik edirik  

19:53
07 May

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib  

19:47
07 May

Azərbaycan və Monqolustan arasında məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi diqqətdədir  

19:41
07 May

Sahibə Qafarova: Parlament diplomatiyası fikir ayrılıqları olduğu hallarda da konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir

19:37
07 May

Monqolustanın Baş prokuroru: Memorandum iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır  

19:32
07 May

Kəlbəcərdə inşa olunan yüksəkhündürlüklü KES üzrə ölçmə işləri yekunlaşır

19:27
07 May

Dünya Bankı: Qlobal metal və mineral qiymətlərində artım gözlənilir

19:23
07 May

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır

19:13
07 May

SOCAR San-Marino ilə təbii qaz tədarükü və bərpaolunan enerji sahələrində əməkdaşlığı dəyərləndirib  

19:02
07 May

YAP nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

18:53
07 May

Avropa Komissiyası 2050-ci ilə qədər yoxsulluğu aradan qaldırmağı hədəfləyir

18:43
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!