28 Mart 2024 16:36
230
DÜNYA
A- A+

İŞİD real təhlükədir - Blinken

 

"Azərbaycan" qəzeti "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu martın 26-da ABŞ dövlət katibi Entoni Blinken İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə Dövlət Departamentində görüşündən əvvəl deyib.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ötən həftə Moskvada törədilən terror aktı İŞİD-in "real təhlükə olaraq qaldığını" xatırladır.

"Bu təhlükə ilə mübarizə və onu əhəmiyyətli dərəcədə zəiflətmək üçün illər ərzində gördüyümüz çox yaxşı işə baxmayaraq, bir neçə gün əvvəl Moskva yaxınlığında baş vermiş dəhşətli hücum bizə İŞİD-in potensial güc olaraq qaldığını xatırladır. Biz çox sayda günahsız insanın həyatını itirməsinə kədərlənirik. Bu, çox təəssüfləndirici bir xatırlatmadır ki, biz İŞİD-lə mübarizə aparmağa davam etməli və onun dirçəlməyəcəyinə və bərpa olunmayacağına əmin olmalıyıq", - Blinken qeyd edib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video