21 Noyabr 2023 09:00
22240
SİYASƏT
A- A+
İşğalçının zəncirlənməsi

İşğalçının zəncirlənməsi

 

Qudurmuş iti zəncirdə saxlayırlar!
Çünki buraxılanda sahibini də qapır!
Bəzən iti qorumalı olduğu yerdə zəncirləyirlər.
Qaçıb başqa yerə getməsin, oturduğu yerdən muğayat olsun!
Bütün hallarda itin zəncirlənməsi yaxşı əlamət deyil!
Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər çalmadı.
Həm də müharibənin gedişini, dəqiq zərbələrlə düşmən obyektlərinin, zirehli texnikasının və canlı qüvvəsinin necə məhv edildiyini televiziya vasitəsilə xalqımıza nümayiş etdirdi.

Sonra isə Bakıda Hərbi Qənimətlər Parkı yaradaraq məhv edilən və  qənimət götürülən düşmən silahlarını, zirehli texnikasını, tank və raketlərini hamının görməsinə imkan yaratdı.
Açıq havada muzey kimi fəaliyyət göstərən bu parkda düşmənin altıqatlı müdafiə mövqe və xətləri, yeraltı bunkerləri, səngər və  atəş nöqtələri olduğu kimi yaradılmışdır.
Ən maraqlı eksponatlardan biri Azərbaycan Ordusunun sürətli və qətiyyətli hücumları qarşısında qorxub qaçmasın deyə komandirləri tərəfindən zəncirlə səngərə  bağlanan erməni əsgərlərinin mumdan hazırlanmış müqəvvaları idi.
Qəhrəman ordumuzun əsgərləri aldıqları mövqelərdə geri qaçmasınlar deyə səngərlərə, toplara zəncirlə bağlanan ölmüş erməni əsgərlərinə dəfələrlə rast gəlmişdilər.
"Məğlubedilməz erməni ordusu" bizimlə bu sayaq "döyüşürdü".

Doğrudur, sonradan ermənipərəst (oxu: erməni diasporu vasitəsilə gizli maliyyələşdirilən rüşvətxor və  korrupsioner) beynəlxalq hüquq müdafiə təşkilatları həmin müqəvvaları "insan hüquqlarının pozulması" kimi dəyərləndirdilər.
Neynək, razılaşdıq...
Amma axı ermənilər özləri öz əsgərlərini fərarilik etməsinlər deyə səngərlərə, toplara zəncirləmişdilər...
Bunu biz etməmişdik, özləri etmişdilər!
Biz yalnız baş verənlərin "surətini" yaratmışdıq.

Olsun...
Bu gün də Ermənistanı və Ermənistan ordusunu "zəncirləyirlər".
Ancaq ermənilər özləri yox!
* Ermənistanı silahlandıran Fransa.
* Dünya erməniliyinin  " böyük Ermənistan" xülyasını dəstəkləyən ABŞ.
* Ermənistana NATO-nu dürtüşdürmək istəyən Avropa İttifaqı.
* Və erməni revanşizmini dəstəkləyən digərləri.
Daha anlamırlar ki,  nə qədər silah versələr də, onlardan insanlar istifadə etməlidir!
Məgər darmadağın edilərək başı əzilən orduda "yeni silah"lardan istifadəyə hal qalıb?!
PUA-ların "vızıltısı" qulağından hələ də getməyən on iki min fərari erməni əsgəri yenidən silah götürüb üstümüzə gələ bilər?!

Şuşanı yalın əllə alan igidlərdən qisas ala bilərlər?!
Heç bunu yuxularında da görməzlər!

***
Biz artıq öz torpağımızın üstündəyik!
Biz həsrət qaldığımız və bizə həsrət qalan torpağımıza qovuşmuşuq!
Biz Vətən adlandırdığımız bu torpaqdan güc-qüvvət alırıq!

Bu gücü yeni  "ağıllı" kənd, şəhər və qəsəbələr salınmasına yönəldirik!
Bu gücü "yaşıl enerji" istehsalına sərf edirik!
Bu gücü insanlarımızın 30 il uzaq düşdükləri dədə-baba yurdlarında rahat və firavan yaşamalarına istiqamətləndiririk!

* Daha heç kəs bizi bu torpaqdan ayıra bilməz!
* Daha heç kəs bu torpağa xain niyyətlərlə qədəm basa bilməz!
* Daha heç kəs bizə üstün gələ, gücümüzə güc çatdıra bilməz!
Bizim qəhrəman ordumuz, xüsusi təyinatlılarımız var!
Bizim bu torpağı işğaldan azad etmiş şəhid övladlarımız var!
Bizim İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanımız var!

Bu torpaq da bizimdir!
Bu Vətən də bizimdir!
Bu qalib xalq da bizimdir!
Gözəl Qarabağ isə Azərbaycanındır!

***
Biz Qarabağ münaqişəsi davam edən dövrdə sifətlər gördük, simasızlıqlarla rastlaşdıq!
* Riyakarlıqlar gördük!
* Ağ yalanlar eşitdik!
* Saxta danışıqların, saxta hərəkətlərin şahidi olduq!
* Ədaləti əvəz edən ikili standartlarla çarpışdıq!
* Bizə dost deyib kürəyimizə bıçaq saplayan "din qardaşlarımız"ın xəyanətlərindən təəssüfləndik!
* Dünya erməniliyinin pul kisəsindən asılı olan prezidentlər, dövlət başçıları ilə rastlaşdıq.
* Erməninin rüşvətlə ələ aldığı,  "böyük Ermənistan" xülyasına qulbeçəlik edən senator, konqresmen, duma üzvləri, "assambleyalarda" təmsil olunan satılmış deputatları tanıdıq!
Gördük və ifşa etdik!
Gördük və onlara qalib gəldik!

Belələri bu gün də bizə uzaqdan baxaraq ulduza hürürlər!
Daha əllərindən heç nə gəlmir!
* Qoy ermənini qəbrəcən müdafiə etsinlər!
* Qoy Ermənistanı istədikləri qədər silahlandırsınlar!
* Qoy erməniyə dəstək verib xeyrinə istədikləri qədər qərar, qətnamə, bəyanat  çıxarsınlar!
* Qoy doyunca dünya erməniliyinin pulunu xərcləsinlər!
Əgər ermənilər öz əsgərlərini zəncirlə bağlamaqla da Qarabağda saxlaya bilmədilərsə, onda ABŞ, Fransa və Avropa İttifaqı yenidən onları geriyə qaytararaq bu torpaqda saxlamağı bacaracaqlarmı?!
Mümkün  olan iş deyil!
Ermənilər bizə hansı xəyanətləri, pislikləri, vəhşilikləri etdiklərini,  necə böyük ziyan vurduqlarını çox yaxşı anlayırlar!
Həm də gözəl başa düşürlər ki,  Azərbaycanın təkcə torpağı və çörəyi deyil, havası, suyu da onlara haramdır, boğazlarında qalaraq zəhərə, zəqquma çevriləcəkdir!
Cənablar, boş və mənasız xülyalarınızla özünüzü aldatmayın!
Üstəlik bir həqiqəti də heç zaman yaddan çıxarmayın:
İndiyədək İlham Əliyev heç vaxt hədə-qorxu, təhdid-təzyiq hərəkətləri qarşısında geri çəkilməyib!
Əksinə, daim irəli gedərək qələbə çalıb!

Artıq Qarabağ Azərbaycandır!
Kimsə bizə güc gələ bilməz!

Ermənistan isə qorxusundan bizimlə cəngə girə bilməz!
"Dəmir yumruq" daim hazır vəziyyətdədir!

***
* Azərbaycan xalqı torpaqların işğaldan azad edilməsi uğrunda mübarizəsində və müharibəsində uca Tanrıya güvəndi!
* Müstəqil dövlətini məhvolmadan xilas edərək yenidən ayağa qaldıran Ulu Öndər Heydər Əliyevə güvəndi!
* 44 günlük Zəfər müharibəsini şərəflə başa vuran, ölkənin ərazi bütövlüyünü və Konstitusiya əsaslarını bərpa edən, Şuşada və Xankəndidə Azərbaycan bayrağını qaldıran Müzəffər Ali Baş Komandan İlham Əliyevə güvəndi!
* Öz övladına, bu Vətən uğrunda döyüşlərdə daim şəhid getməyə hazır olan oğullarına güvəndi!
* Milli birliyinə, polad iradəsinə, məqsədə çatmaq uğrunda səfərbər etdiyi daxili imkanlarına güvəndi!
* "Bir millət, iki dövlət" saydığı qardaş Türkiyənin  etibarına və köməyinə güvəndi!
Biz beynəlxalq hüququn "hüquqsuzluğuna" çoxdan əmin olmuşuq!
İkili standartların yaradıcılarının əsl simalarına yaxşı bələdik!
Üzümüzə gülərək arxada düşmənə dəstək verənləri gözəl tanıyırıq!
Azərbaycan xalqının inandıqları və güvəndikləri rəhbərlər isə bu etimad və etibarı sonadək doğrultdular!
Tanrı da köməyini heç zaman xalqımızdan əsirgəmədi!
"Dəmir yumruğ"a dönən xalqımız ədaləti də, beynəlxalq hüququ da, ərazi bütövlüyünü də özü təmin etdi!
***
Biz ermənidən çox ermənilik edənlərin də əsl sifətlərini çox görmüşük.
ABŞ prezidentlərinin erməni diasporunun sözü ilə oturub-durduğunun, danışdığının şahidi olmuşuq.
Özünü "ədalət qoruyucusu" adlandıran ABŞ-nin işğalçı Ermənistan əvəzinə Azərbaycana qarşı Azadlığı Müdafiə Aktına "907-ci düzəliş" adlı ədalətsizliyinə şahidlik etmişik.
İndi isə ABŞ bizi hər il təsirini dayandırdığı həmin düzəlişi yenidən qüvvəyə mindirəcəyi ilə hədələyir!
Xox, qorxduq!!!

"Demokratiya qoruyucusu" hesab olunan ABŞ-nin bu maska altında İraqda, Liviyada, Əfqanıstanda və digər ərəb ölkələrində "bahar"lar törədərək tökdüyü qanlardan kifayət qədər məlumatlıyıq!
"Avropada demokratiyanın atası" sayılan Fransanın neokolonializm siyasətini bu gün də davam etdirməsinin, Cənubi Afrika respublikaları əhalisinin qanını soraraq dilənçi vəziyyətinə salmasının şahidiyik.
Fransanın Əlcəzairdə və Ruandada törətdiyi soyqırımlarını heç kəs unutmayıb, Əlcəzairdə kəsilən başların kəllələri bu gün də Fransa muzeyində nümayiş olunur.
Cənubi Afrikadan qovulan Fransa indi Ermənistanı öz koloniyasına çevirməklə Rusiyadan əvəz çıxmağa çalışır.
Avropa İttifaqı sanki Ermənistanın filialına çevrilib, erməni parlamentindən dəfələrlə çox ermənilik edir, yaxa cırır!

Cozef Borrel, Okampo az qalırlar ki, silah götürərək Azərbaycanla təkbaşına dava etsinlər.
Dildə sülhdən danışıb, əməldə ermənidən daha artıq erməni olan Avropa İttifaqı "müşahidə missiyası" adı altında pensiyaya çıxan alman polisini və fransız jandarmlarını Azərbaycanla Ermənistan sərhədlərində casusluğa göndərib.
Hələlik durbinlə uzaqdan baxırlar...
İt baxandan!

Bir vaxtlar İrəvandan və Fransadan gələn TIR-lar da onların yanındaydı...
Sonrası necə oldu, bunu da bütün dünya gördü.
Əsl niyyətləri isə Azərbaycana təzyiq və təsir göstərmək, Ermənistanı silahlandırmaq, NATO-nu Cənubi Qafqaza gətirmək, Rusiyanı bu bölgədən çıxarmaqdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikrə düşənlərin cavabını dəfələrlə verib:
* Heç kim bizimlə təhdid, hədə dili ilə danışa bilməz!
* Heç kim bizim daxili işlərimizə qarışa bilməz!
* Heç kim bizi qorxuda, iradəmizə təsir göstərə bilməz!
* Heç kim bizimlə zarafat etmək fikrinə düşməsin!
* "Dəmir yumruq" həmişəki kimi hazır vəziyyətdədir!
***
Görünən odur ki, ABŞ, Fransa və Avropa İttifaqı əl-ələ verərək Ermənistanı Ukraynaya çevirmək istəyirlər.
Siyasətdən və diplomatiyadan başı çıxmayan, vəzifəsini qorumaq üçün hər şeyə hazır olan Paşinyan isə kim başını sığallasa, onun dabanlarını yalamağa hazırdır.
Əgər Ermənistanın hazırkı hakimiyyəti belə hesab edirsə ki, Rusiyanı və KTMT-ni ABŞ, Fransa və Avropa İttifaqı daha uğurla əvəz edəcək, məhvə doğru gedən Ermənistanı yenidən "qüdrətli", "işğala qadir" dövlətə çevirəcək, onda başladığı primitiv oyunları axıracan davam etdirsin!
Amma bir reallığı da heç vaxt yaddan çıxarmasın:
Azərbaycan müharibəyə başlayanda onu çox qısa müddətdə, həm də düşmənini yerlə yeksan etməklə başa çatdırır!
"Dəmir yumruğ"un qaydası belədir!

Cənubi Qafqazda Ermənistanın güvənəcəyi dövlət qalmayıb!
Rusiyaya dirsək göstərərək KTMT-dən çıxmaq, 102-ci bazanı ərazisindən qovmaq niyyətinə düşdüyündən növbəti sürprizlərə hazır olmalıdır...
İran isə ABŞ-nin onunla bir sərhədə gətirilməsinə görə haylara "sağ ol" deməyəcəkdir.
Azərbaycan ölkə ərazisini separatçılardan və işğalçılardan təmizləyərək sərhədlərini bağlayıb, "dəmir yumruğ"unu hazır vəziyyətə gətirib!
Yoxlamaq istəyənlər buyursunlar!

***
Bu gün ABŞ və Cənubi Qafqazda gözü olan bəzi Avropa dövlətləri Ermənistanın boynuna zəncir salaraq istədikləri səmtə sürüyürlər.
Vassal, satellit dövlət yenə özgələrin əlində alətə çevrilib.
Dalanda qalaraq dilənçi vəziyyətinə düşən, cavanları özgə torpaqlarını işğal etmək üçün ədalətsiz müharibənin qurbanlarına çevrilən, özü təcrid vəziyyətində qalaraq bütün inkişaf perspektivlərini itirən Ermənistan hələ də ağılsız siyasətinin altını çəkməkdədir.
Günü harada xoş keçərsə, oranı özünə Vətən sayan bu millət sürətlə ölkəni tərk etməkdədir.
Hələ ki qazanan Ermənistanı bu günə salan keçmiş və hazırkı rəhbərləri, Qarabağda separatçılara uzun illər başçılıq etmiş korrupsioner "prezidentlər"dir.
R.Koçaryan və S.Sarkisyanı Ermənistanda qapıları taybatay açılan həbsxana gözləyir.
B.Saakyan, A.Qukasyan və A.Harutyunyan isə Bakıda layiq olduqları yerdə oturaraq çay içirlər.
"Qonşuya ümid olan şamsız qalar" - qədim Azərbaycan atalar sözüdür.
Ermənistan kimlərəsə arxalanaraq otuz il Qarabağı işğalda saxladıqdan sonra "dəmir yumruq" tərəfindən ərazimizdən  it kimi qovuldu!
Yenə əvvəlki xislətindən əl çəkməyib!
İndi Rusiyadan küsərək Qərbə yaxınlaşır.
Hesab edir ki, qərbdəkilər itirdiklərini geri qaytarmağa kömək edəcəklər.

Amma ən ağılsız heyvan sayılan uzunqulaq belə bir dəfə palçığa batdığı yerə ikinci dəfə girmir.
Erməni isə şalvarını çırmalayaraq yenidən palçıqlı yerə yaxınlaşmaqdadır.

"Qozbeli qəbir düzəldər"- demişlər.
Ermənistan xülyalarla yaşayaraq ərazisini Qarabağın hesabına genişləndirə bilməsə də, Yerablurun ərazisi xeyli genişlənib!

Necə deyərlər, can sizin, cəhənnəm Tanrının!
Ağıllanmaq vaxtıdır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib YENİLƏNİB 

15:22
08 Oktyabr

Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub

15:19
08 Oktyabr

Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub YENİLƏNİB - 2 

15:18
08 Oktyabr

Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub

15:15
08 Oktyabr

Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

15:03
08 Oktyabr

Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir

14:32
08 Oktyabr

Oktyabrın 15-dən “Vahid tələbə kartı”nın verilməsinə başlanılır

14:32
08 Oktyabr

Fransız dilinin mövqeyi zəifləyir

14:23
08 Oktyabr

Sabahın havası: Günəş də var, yağış da var, külək də...

14:22
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır  

14:14
08 Oktyabr

Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində yan tədbir keçirib

14:13
08 Oktyabr

Doqquz ayda 25 mindən çox şəxsə yaşa görə əmək pensiyası təyin olunub

14:11
08 Oktyabr

Taha Ayxan: İstərdik ki, Azərbaycan halal biznes və turizm sahəsində öz liderliyini qoruyub saxlaya bilsin

14:01
08 Oktyabr

Cari ilin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 900 milyard dolları ötüb  

13:56
08 Oktyabr

10 milyon hektar bitki örtüyü məhv oldu  

13:45
08 Oktyabr

Aydın Kərimov: Şuşa şəhər xəstəxanasının tikintisi yaxın vaxtlarda başa çatacaq  

13:45
08 Oktyabr

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır  

13:21
08 Oktyabr

Səhiyyə naziri: İKT-nin tətbiqi TDT çərçivəsində sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir  

12:36
08 Oktyabr

Nazir müavini: Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq  

12:35
08 Oktyabr

Nazir: Tələbələr təhsil dövründə işaxtaran deyil, iş yeri yaradan şəxslər olmalıdır

11:59
08 Oktyabr

Alimlər: XXI əsrdə 100 yaşına çatan insanların sayı azalacaq

11:53
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!