05 Mart 2023 02:19
751
DÜNYA
A- A+
İranda məktəbli qızları nədən zəhərləyirlər? 

İranda məktəbli qızları nədən zəhərləyirlər? 

 

Artıq cinayəti törədənlərdən saxlanılanlar da var 

 

Son aylar İranın müxtəlif bölgələrində yüzlərlə məktəbli qız zəhərlənib. Zəhərlənmənin qurbanı olan bəzi şagirdlərin xəstəxanaya yerləşdirilməsi tələb olunur.
Əvvəlcə İran hakimiyyəti bu hadisələr barədə susdur, amma sonradan bunu gizlətmək mümkün olmadı, çünki media otuz məktəbdə zəhərlənmələr barədə xəbərlər yaydı. Bütün hallarda zərərçəkən məktəbli qızlar oldu. 
Bəzi jurnalistlər hətta bunun qızlar üçün məktəbləri bağlamaq və İranın qadın əhalisi üçün orta təhsili əlçatmaz etmək məqsədi daşıyan kampaniya olduğunu açıq şəkildə yazmağa cəsarət edirlər.
İran mediasının məlumatına görə, bu günə qədər ən azı 150 uşaq xəstəxanaya yerləşdirilib. İlk hadisə ötən ilin noyabrında Qum şəhərində baş verib. Oxşar hadisələr daha sonra Tehran, Borucerd, Ərdəbil və Sarı şəhərlərindəki məktəblərdə törədilib. 
Fars agentliyinin xəbərinə əsasən, indiyədək zəhərlənmələrlə bağlı 4 nəfər həbs edilib.
Bu arada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, İran məktəblərindəki silsilə zəhərlənmə hadisələri Qərbin müdaxiləsi ölkəyə qarşı hibrid müharibənin davamıdır.
Bundan əvvəl UNICEF iranlı məktəblilərin zəhərlənməsi ilə bağlı məlumatları izlədiyini və yardım göstərməyə hazır olduğunu bildirmişdi. BMT-nin Uşaq Fondu qeyd edib ki, belə hadisələr son onilliklərdə təhsil alan uşaqların, xüsusən də qızların sayının yüksək göstəricilərinə mənfi təsir göstərə bilər.
İranlı nazir vurğulayıb ki, ölkənin səlahiyyətli orqanları bu halları fəal və hərtərəfli şəkildə araşdırır.
İranın Səhiyyə Nazirliyi və İnformasiya (Kəşfiyyat) Nazirliyi 2022-ci il noyabrın sonundan qeydə alınmağa başlayan məktəblilərin kütləvi zəhərlənməsi halları ilə bağlı araşdırmalara başlayıb.
Ölkə parlamentinin təhsil, tədqiqat və texnologiya komissiyasının sədri Əlireza Monadi bildirib ki, məktəblərə tərkibində azot olan zəhərli birləşmə püskürülüb və bu, şagirdlərin zəhərlənməsinə səbəb olub. O, "Student News Network" qəzetinə verdiyi müsahibədə bu hadisələrdə əks-inqilabi qrupların əli ola biləcəyini qeyd edib, lakin heç bir təfərrüat verməyib.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar  

16:45
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

16:45
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb  

16:44
03 Aprel

Donald Tramp Kir Starmeri yenidən tənqid edib

16:43
03 Aprel

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib  

16:42
03 Aprel

Baş prokuror Tərtərdə vətəndaşların müraciətlərini dinləyib  

16:41
03 Aprel

MDB İqtisadi Şurasında bir neçə sənəd qəbul edilib

16:40
03 Aprel

Ədliyyə naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

16:39
03 Aprel

Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaqlar  

16:38
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!