08 Dekabr 2022 00:35
791
DÜNYA
A- A+
İranda azərbaycanlıya ölüm hökmü kəsildi

İranda azərbaycanlıya ölüm hökmü kəsildi

 

Soydaşlarımız Tehran rejiminin amansız repressiyasının əsas hədəfidir

 

İran hakimiyyəti hökumət əleyhinə etirazları xarici düşmənlərin təhrik etdiyi "iğtişaşlar" kimi göstərməyə çalışır. Son məlumata görə, ümummilli etirazlar zamanı "Bəsic" yarımhərbi qruplaşmasının üzvü Ruhullah Əcəmiyanı qətlə yetirən 5 nəfər edam cəzasına məhkum edilib. Bu barədə məhkəmə hakimiyyətinin mətbuat katibi Məsud Setayeşi məlumat verib. Daha 11 nəfər, o cümlədən üç uşaq uzun müddətə azadlıqdan məhrum edilib.
Ədliyyə Nazirliyinin "Mizan Online" saytı Əcəmiyanın noyabrın 3-də Tehranın qərbində yerləşən Kərəc şəhərində ölməsi ilə bağlı 15 nəfərin ittiham olunduğunu bildirib.
Prokurorların dediyinə əsasən, 27 yaşlı Əcəmiyan etirazçı Hədis Nəcəfinin (azərbaycanlı şairə sentyabrın 23-də qətlə yetirilib-red.) ölümünün 40-cı gününü qeyd etmək üçün toplaşan bir qrup nümayişçi tərəfindən lüt soyundurularaq öldürülüb.
"Bəsic" formal olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsidir, lakin praktikada bəzən yerli hakimiyyət orqanları tərəfindən idarə olunur. Təşkilat həm də sosial yardım göstərir, dini mərasimlər təşkil edir, siyasi əhvali-ruhiyyəyə və əxlaqa nəzarət edir.
Dövlət mediasına görə, İslam İnqilabı Keşikçiləri Korpusu çərşənbə axşamı "xarici agentlərlə əlaqədə olmaqda" və "təxribat fəaliyyətləri planlaşdırmaqda" ittiham olunan 12 nəfəri  həbs edib.
İİKK-nin bəyanatına əsasən "Almaniya və Hollandiyada yaşayan antiinqilabçı agentlərin rəhbərlik etdiyi bu şəbəkənin üzvləri hərbi silahlar almaq və milli təhlükəsizliyə zidd hərəkətlər etməklə təxribatçı fəaliyyətlər həyata keçirmək niyyətində olublar".
Bəyanatda bu şəxslərin milliyyəti göstərilmir və digər təfərrüatlar açıqlanmır.
İran ordusunun adı açıqlanmayan generalı ay yarımdır davam edən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin onlarla üzvü də daxil olmaqla 300-dən çox insanın həlak olduğunu bildirib.
Məlumata görə, 40 nəfəri əcnəbi və tanınmış aktyorlar, jurnalistlər və vəkillər də daxil olmaqla, yüzlərlə insan öldürülüb, minlərlə insan həbs edilib. 
İranda mövcud rejimə qarşı xalqın etirazına ordudan da dəstək verilib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.
Belə ki, İran ordusunun əsgəri vərəqəyə "mən onların rejiminin hərbi geyimini daşımağa məcburam, lakin sizi dəstəkləyirəm" sözlərini yazaraq etirazçılara dəstəyini ifadə edib.
 İrandan daxil olan daha bir məlumatda bildirilir ki, azərbaycanlı ər və arvada ağır cəza verilib. Belə ki, noyabrın 4-də həbs edilən həkim Həmid Qarahəsənli etiraz aksiyalarında  "Bəsic" qüvvələrinin üzvünün öldürülməsi ittihamı ilə edam cəzasına məhkum edilib. Onun həyat yoldaşı həkim-kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.
Qeyd edək ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqlarına görə tutulub, sonra onlara qarşı ağır ittihamlar irəli sürülüb.
Fransada yaşayan Cənubi Azərbaycandan olan tanınmış fotoqraf Rza Deqqəti instaqram səhifəsində yazıb ki, İran xalqı bu zalım rejimə qalib gələcək: "... Xalqın bir istəyi var, terror rejiminə son qoymaq. Xalqın qarşısında - İran xalqı aclıqdan ölərkən pul əldə etmək və cinayətlərinə bəraət qazandırmaq üçün ideologiyadan və dindən istifadə edən terrorçu liderləri, mafioz qrupları, girov götürənləri və narkotik alverçilərini müdafiə etmək üçün silahlanmış, beyinləri yuyulmuş insanlardan ibarət milis dayanır. Onlar bir kult kimi fəaliyyət göstərirlər, o kult ki, 1979-cu ildə "New York Times" tərəfindən "Qandiyə bənzər fiqur" kimi göstərilən bu adamla başladı və eyni media orqanı bir neçə gün əvvəl saxta xəbərlə rejimin təbliğat ortağına çevrilərək yenidən eyni səhvə yol verdi. Birləşən xalq bu zalım rejimə qalib gələcək".

R.HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!