01 Fevral 2020 03:37
1611
İQTİSADİYYAT
A- A+
İqtisadi inkişaf yeni iş yerlərinin açılması ilə müşayiət olunur

İqtisadi inkişaf yeni iş yerlərinin açılması ilə müşayiət olunur


Azərbaycanda aparılan islahatların iki əsas məqsədi var: iqtisadi inkişafı sürətləndirmək və əhalinin sosial rifahını yaxşılaşdırmaq. Ölkə rəhbəri çıxışlarında da dəfələrlə qeyd etmişdir ki, əsas məqsəd iqtisadi inkişafa nail olmaqla bərabər, əhalinin sosial rifahını yaxşılaşdırmaqdır.

Hər iki məqsədə xidmət edən bu amil isə yeni müəssisələrin, deməli, həm də yeni iş yerlərinin açılmasıdır.

Bu isə ilk növbədə sahibkarlığın inkişafından asılıdır. Bunun üçün ölkədə məqsədyönlü siyasət yürüdülür. Həmin siyasətin əsas istiqaməti sahibkarlığın inkişafına dəstək vermək və bu yolla əhalinin məşğulluğunu təmin etməkdir. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bu barədə demişdir: "Kiçik və orta biznesin inkişafı - bu da prioritet məsələdir. Biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun əsas hissəsini kiçik və orta sahibkarlıq təmin edir. Azərbaycanda biz bu istiqamətdə birinci addımları atırıq və burada kiçik və orta biznesə dəstək yüksək səviyyədə olmalıdır... Dövlət investisiya proqramının digər xüsusiyyəti ondan ibarətdir ki, bu, iş yerləri yaradan və mövcud olan iş yerləri saxlayan bir prosesdir. Keçən il ölkədə 98 min yeni iş yeri yaradılıb”.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sahibkarlığa verilən dəstək sayəsində keçən il statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 12,2 faiz artaraq cari il yanvarın 1-i vəziyyətinə 146233 olub. Yeni xidmət və istehsal sahələrində artım turistlərin yerləşdirilməsi, ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, ticarət, nəqliyyat vasitələrinin təmiri, emal sənayesi, daşınmaz əmlakla əlaqədar əməliyyatlar və digər sahələri əhatə edir. Bu sahədə ticarət, tikinti, kənd təsərrüfatı, balıqçılıq, nəqliyyat vasitələrinin təmiri üzrə statistik vahidlərin xüsusi çəkisi daha yüksəkdir.

Məlumatda o da qeyd edilir ki, cari il yanvarın 1-i vəziyyətinə görə, ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 92,5 faizini mikromüəssisələr təşkil edir və onların əsas hissəsi ticarət, xidmət, tikinti, kənd təsərrüfatı ilə məşğuldur. Bununla yanaşı, ötən il ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5 faizini kiçik müəssisələr təşkil edib ki, onların da əsas hissəsi ticarət, tikinti fəaliyyəti ilə məşğul olub.

Bu dövrdə xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi ticarət, xidmət, nəqliyyat vasitələrinin təmiri, tikinti, kənd təsərrüfatı, emal sənayesi və digər sahələrdə cəmlənmişdir. Bütün bunlara nəzər yetirdikdə görürük ki, ölkə üzrə sahibkarlara məxsus müəssisələrin çox hissəsi kiçik və orta sahibkarlıq subyektləri təşkil edir, eyni zamanda onların fəaliyyət sahələri də bir-birinə yaxındır.

Ötən il yeni yaradılan statistik vahidlərin 99,1 faizi xüsusi (o cümlədən, 17,5 faizi tam xarici investisiyalı, 2,2 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə, 0,8 faizi dövlət mülkiyyətli müəssisələrin payına düşür. Reyestr qeydiyyatından keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələrin çoxu Türkiyə, İran, Rusiya, Böyük Britaniya, ABŞ, Almaniyadan olan sahibkarlara məxsusdur.

Buradan aydın görünür ki, ölkəmizdə xarici investorlara yaradılan münbit şərait və yerli sahibkarlara verilən dəstək sayəsində özəl sektorda yeni birgə müəssisələr yaradılır. Dövlət bu yolla həm iqtisadi inkişafa, həm də məşğulluğun təmin edilməsinə nail olur.

Digər fakt: cari il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 914 min nəfərdən çoxdur. Qeyd edək ki, sahibkarlığın belə forması dünyada geniş yayılıb. Çünki sahibkar bu zaman vergi ödəyicisi kimi qeydiyyata düşsə də, bir sıra digər prosedurları sadə şəkildə həll edə bilir. Bu üzdən kiçik və mikrosahibkarlıq fəaliyyəti ilə məşğul olanlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa üstünlük verirlər. Dünyada olduğu kimi, Azərbaycanda da dövlət bu növ sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara şərait yaradır. Bu, həm işsizliyin, həm də yoxsulluğun aradan qaldırılmasında ən optimal yoldur.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!