05 Fevral 2020 01:05
1347
İQTİSADİYYAT
A- A+
İqtisadi artımın dayanıqlığı əsasən investisiya qoyuluşu ilə bağlıdır

İqtisadi artımın dayanıqlığı əsasən investisiya qoyuluşu ilə bağlıdır


Ötən il ölkə üzrə sərmayə yatırımının həcmi 17,1 milyard manatdan çox olmuşdur


Ölkə iqtisadiyyatının inkişaf dinamikasına diqqət yetirdikdə görürük ki, bunun başlıca səbəbi onun fasiləsiz kapitallaşmasıdır. Yəni iqtisadiyyatın bütün sahələrinə qoyulan sərmayə sonda öz müsbət bəhrəsini verir.

Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə infrastruktur sahəsinə yatırılan sərmayə sayəsində Azərbaycanda mükəmməl infrastruktur yaranıb. Bu, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiq edilir. Beləliklə, ölkəmiz hazırda bu sahə üzrə dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada qərarlaşıb.

Son dövrlər isə iqtisadiyyatın real sektoruna kapital qoyuluşuna xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, ölkənin hərtərəfli inkişafı real sektorun istehsal qabiliyyətindən asılıdır. Çünki istehsal və ixrac ölkənin dayanıqlı inkişafının başlıca şərtidir. Dünya təcrübəsi də göstərir ki, hansı ölkələr daha çox məhsul ixrac edərsə, hətta yaranan böhrandan daha az ziyanla çıxır. İdxalçı ölkələr isə belə böhran vəziyyətində daha çox ziyan çəkirlər.

Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş müşavirədə bununla bağlı demişdir: "İnvestisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməlidir. O cümlədən bu infrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir.

Misal üçün, yeni infrastruktur tutaq ki, bu və ya digər rayonda iqtisadiyyatın real sektoruna nə dərəcədə müsbət təsir göstərmişdir”.

Həmin müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, iqtisadi inkişafı təmin etmək üçün real sektora istər dövlət sərmayələrinin, istərsə də özəl sərmayənin cəlb edilməsini əsas şərt kimi görür. Dünyanın iqtisadi tarixi və Azərbaycanın yaxın keçmişdəki təcrübəsi göstərir ki, iqtisadi artımın sürəti və dayanıqlığı investisiya qoyuluşu ilə bağlıdır. Ötən il əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib. Cari ildə bu rəqəmin 25 faizə çatdırılması nəzərdə tutulub. Digər əsas faktor isə dövlət investisiyalarının iqtisadi səmərəliliyinin artırılması, həmçinin dövlət investisiyalarının resipiyentləri qarşısında səmərəlilik tələblərinin sərtləşdirilməsi və bu investisiyaların prioritet sektorların inkişafı ilə üzvi şəkildə uzlaşdırılmasıdır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 184,3 milyon manat vəsait yönəldilib. Həmin dövrdə neft-qaz sektoruna yatırılan investisiya azalsa da, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 1,9 faiz artıb.

Qeyd etdiyimiz kimi, son dövrlər real sektora daha çox investisiya yatırılır. Ötən il ümumi sərmayənin 11393,4 milyon manatı məhsul istehsalı sahələrinin investisiyalaşdırılmasına sərf edilib, 4432,6 milyon manatı xidmət sahələrinin, 1358,3 milyon manatı isə yaşayış yerlərinin tikintisinə yatırılıb. Statistik rəqəmlərdən aydın olur ki, ötən il qoyulan sərmayənin 66,3 faizi real sektora yatırılıb.

Hesabat dövründə ümumi sərmayənin 48,3 faizi dövlət, 51,7 faizi qeyri-dövlət sektoru sərmayədarları tərəfindən qoyulub. Həmin dövrdə sərmayə qoyuluşunda daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 69,8 faizini təşkil edib. Beləliklə, əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 8942,6 milyon manat, bank kreditləri 2061,8 milyon manat, büdcə vəsaitləri 4857,2 milyon manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 207,6 milyon manat, əhalinin şəxsi vəsaitləri 980,9 milyon manat və s. vəsaitlər isə 134,2 milyon manat olub. Həmçinin ötən il əsas kapitala yönəldilən ümumi vəsaitin 50,2 faizi sənaye sektorunun inkişafı üçün qoyulub.

Dünyada baş verən məlum iqtisadi və siyasi səbəblərdən kapital qoyuluşu azalıb. Buna baxmayaraq, ölkəmizdə mövcud investisiya mühiti əcnəbilər üçün cəlbedici olaraq qalır. Bu üzdən hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 4344,7 milyon manatı və ya 83,7 faizi Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran, Norveç və Fransa sərmayədarlarına məxsus olub.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda duzun emalı bərpa olunub

20:39
30 Aprel

Bakıda WUF13 çərçivəsində nəqliyyat monitorinqi keçiriləcək

20:34
30 Aprel

Qoxu hissinin yaranması ilə bağlı kəşf 

20:21
30 Aprel

Kolumbiyada təhlükəsizlik yenidən əsas müzakirə mövzusudur

20:12
30 Aprel

Autizmli uşaqlar üçün ümidverici araşdırma

20:06
30 Aprel

Şimali Koreyada şiddətli quraqlıq hökm sürür

19:59
30 Aprel

Mamdani Kral III Çarlzdan Koh-i-Nur almazını Hindistana qaytarmağı tələb edir  

19:51
30 Aprel

Donald Tramp: Nüvə proqramından imtina etmədən İranla razılaşma mümkün deyil

19:43
30 Aprel

Avropa İttifaqı üzvləri təhlükəsizlik üçün alternativlər axtarırlar

19:34
30 Aprel

Qazaxıstan iqtisadiyyatında Rusiya prioritet tərəfdaş mövqeyini qoruyur  

19:27
30 Aprel

ABŞ-də “uçan taksi” dövrü başlayır

19:18
30 Aprel

Körfəz liderlərinin görüşü: Xarici təhdidlərə qarşı ortaq güc nümayişi 

19:16
30 Aprel

Dünyada neft bahalaşıb

19:07
30 Aprel

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

19:00
30 Aprel

ABŞ viza qaydalarını sərtləşdirir  

18:58
30 Aprel

Pekində dron satışına qadağa tətbiq olunur

18:51
30 Aprel

Hindistanda rəqəmsal fırıldaqçılıq böhranı   

18:41
30 Aprel

Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

18:38
30 Aprel

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

18:37
30 Aprel

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

18:21
30 Aprel

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olunub

18:12
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!