31 Mart 2024 08:20
658
SİYASƏT
A- A+
İnsanlığa qarşı törədilmiş ən qəddar cinayət 

İnsanlığa qarşı törədilmiş ən qəddar cinayət 

 

Ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımını alman arxiv sənədləri də təsdiq edir

 

Azərbaycan Ermənistanın işğalına son qoyub, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsinə baxmayaraq, Ermənistanda və onun havadarı olan ölkələrdə qisasçılıq və ölkəmizə qarşı iftiralar, əsassız iddialar davam etməkdədir. Belə bir şəraitdə, XIX əsrin ilk qərinəsində qonşu dövlətlərin ərazisindən köçürülərək Azərbaycanın tarixi torpaqlarına yerləşdirilmiş ermənilərin XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımlarını unutmamaq, tarixi yaddaşımızı oyaq və ayıq saxlamaq bu dövlətin bir vətəndaşı kimi mənəvi borcumuzdur.
I Dünya müharibəsinin yaratdığı mürəkkəb şəraitdən istifadə edərək ermənilər qonşu xalqların hesabına özlərinə dövlət yaratmaq iddialarını gerçəkləşdirməyə başladılar. Bu iddianın həyata keçirilməsi üçün isə yeganə yol bu ərazilərdə yaşayan yerli əhalinin məhv edilməsi idi. 
Ermənilərin Azərbaycanda, İranda (Cənubi Azərbaycanda) və Şərqi Anadoluda əliyalın, dinc türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən olub, dünyanın bir çox arxivində, o cümlədən Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi Arxivində (Politisches Archiv des Auswatrigen Amts der Bundesrepublik Deutschland) (bundan sonra - Siyasi Arxiv) qorunub saxlanılan sənədlərdə də öz əksini tapmışdır. Onlarca sənəddə silahsız, əliyalın türk-müsəlman əhalinin, o cümlədən qocalar, qadınlar, uşaqlar və hələ dünyaya göz aşmamış ana bətnindəki körpələrin belə insanlığa sığmayan vəhşiliklər, tarixdə görünməmiş işgəncələr yolu ilə məhv edilməsini izləmək mümkündür. Arxasında böyük güc mərkəzlərinin dayandığı ermənilərin əsas məqsədi nə yolla olursa-olsun əhalini məhv edib, torpaqların boşaldılmasına nail olmaq idi.
Bu gün xalqımıza, dövlətimizə qarşı Qərb dünyasında ikili standartların davam etdiyi bir dönəmdə Siyasi Arxivin xronoloji baxımdan Birinci Dünya müharibəsi (1914-1918) dövründə baş vermiş hadisələri əks etdirən sənədlərin mühüm əhəmiyyəti vardır. Həmin sənədlərdəki materialların qeyd olunan vaxtı məhz Almaniya hökumətinin Cənubi Qafqazda və Osmanlı ərazisində fəaliyyət göstərmiş rəsmi nümayəndələri tərəfindən qeydə alınması xüsusi əhəmiyyət kəsb edir. 
Siyasi Arxivin "Russland 97a" fonduna məxsus sənədlər qeyd edilən dövrdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda və İranda baş verən siyasi, qismən də iqtisadi vəziyyətdən, eləcə də ermənilərin həyata keçirdikləri qanlı cinayətlərdən xəbər verir. Brest-Litovsk sülh müqaviləsi (3 mart 1918) Rusiya ilə Mərkəzi Avropa ölkələri arasında diplomatik və konsulluq əlaqələrinin bərpasını müəyyən etdi. Bu zamandan başlayaraq Almaniyanın Cənubi Qafqazdakı nümayəndə heyətinin başçısı baron Kress fon Kressenşteyn oldu. O, karyerasına Tiflisdə başlayıb, eyni zamanda Almaniyanı Azərbaycan Xalq Cümhuriyyətində təmsil edirdi.
Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad olunduqdan sonra (15 sentyabr 1918) Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Tiflisdən Bakıya köçürüldü. Baron Kress fon Kressenşteyn öz nümayəndəsi Fridrix fon der Koltsu Azərbaycan hökumətində Kayzer nümayəndə heyətinin təmsilçisi kimi Bakıya göndərdi. Erməni işğalına qarşı çıxış edən alman nümayəndəsi Bakı və onun ətraf kəndlərində baş verən soyqırımını 19 dekabr 1918-ci il tarixli məruzəsində azərbaycanlı əhaliyə qarşı erməni vəhşilikləri kimi qiymətləndirmişdir.
Siyasi arxivin sənədləri içərisində 
17 may 1918-ci il tarixli bir teleqramda deyilir: "Bakıda hökmranlıq edən bolşeviklər əsasən erməni partiyaları tərəfindən dəstəklənir. Bakıdakı ...31 mart qırğınında (bu, 10000 insan idi, çoxsaylı qadınlar və uşaqlar öldürülmüşdür) ermənilər öz vəhşilikləri ilə seçilirlər. Bakıda ..mötəbər komissar və deparatament rəhbərlərinin böyük əksəriyyəti ermənilərdir. ...Matroslar, inandırılmış bolşeviklər, Bakı idarəçiliyindəki ermənilərin təsiri altındadır.
Ermənilərin əhvali-ruhiyyəsi müsəlman-türk ordusunun gəlməsi haqqındakı xəbərdən sonra korlanmışdır. Ciddi qəbul edilən erməni rəhbərləri mənim tanışıma izah ediblər ki, onlar artıq məğlubiyyətə məhkum olacaqlarını bilirlər. Ancaq Bakı əldən çıxarsa, onda nəinki Bakıdakı bütün dirilər, hətta ölülər də (məzarlıqlar nəzərdə tutulur - G.N.) məhv ediləcəkdir".
Alman arxiv sənədlərində erməni quldur dəstəsinin başçısı Andronikin Qarabağda həyata keçirdiyi cinayətlər haqda məlumatlar da yer almaqdadır. 30 iyul 1918-ci il tarixdə Almaniya Xarici İşlər Nazirliyinə alman nümayəndələri tərəfindən göndərilən, fransız dilində olan bir sənəddə Andronikin Gorusda öz hərbi dəstələrinə verdiyi təlimatlardan ibarətdir [PAAA, RuBland №97a, R11064, Telegramm. Goris, den 30. Juli 1918]. Almaniya Xarici İşlər Nazirliyinə almanların Tiflisdəki nümayəndəliyindən göndərilən 23 sentyabr 1918-ci il tarixli teleqramda isə erməni quldur dəstəsinin başçısı Andronikin öz bandasına çağırışı haqqında məlumat verilmiş və həmçinin bu məlumatın əlahəzrət reyxkansler cənab Hertlingin diqqətinə çatdırılması xahiş olunurdu. Burada həmçinin erməni cəlladı Andronikin Qarabağ və Gorusun Azərbaycan hökumətinə aid olduğunu qəbul etmədiyi üçün dinc türk-müsəlman əhalini məhv etməyi qərara alması haqqında məlumat verilmişdir.
Yerlərdəki alman nümayəndələrinin öz dövlətlərinə göndərmiş olduğu rəsmi məlumatlar həmçinin ermənilərin Cənubi Azərbaycanda həyata keçirdikləri vəhşilikləri izləməyə imkan verir. General Hans fon Seeckt 1918-ci il aprelin 30-da səfir Bernştroff yazırdı: "Xoy şəhərinin işğalı ilə birlikdə erməni bandaları Salmas və Urmiya bölgəsindəki dinc müsəlman əhalinin də qətliamına başlamışlar. Qətliamdan canını qurtara bilən sakinlər Xoya qaçmışdır. Talan, yağma və qətliama qatılan bir çox erməni və aysor dəstələri Xoyda gizlənərək müsəlman əhalini məhv etməkdə davam edirlər. Erməni bandalarının qırğınları qarşısında İrəvandan qaçan bir çox müsəlman əhali Bəyazidə pənah aparmışdı".
Dünya müharibəsi zamanı Osmanlı dövləti Kayzer Almaniyası ilə müttəfiq olduğundan alman diplomatik və konsulluq nümayəndələri Osmanlı ərazisində kifayət qədər təmsil edilirdi. 1914-cü ilin ortalarında Almaniyanın İstanbuldakı səfirliyindən başqa, Türkiyənin müxtəlif ərazilərində 37 konsulluq nümayəndəliyi fəaliyyət göstərirdi. Berlindəki Xarici İşlər Nazirliyi Reyxin bütün diplomatik və konsulluq nümayəndəlikləri üzərində nəzarəti həyata keçirirdi. Müharibə illərində alman nümayəndələrinin Türkiyədəki fəaliyyəti siyasi və hərbi baxımdan son dərəcə əhəmiyyətli idi.
Siyasi Arxivin "Tuerkei 183" fonduna məxsus sənədlərdə (mikrofilmlər) qorunub saxlanılan materiallarda Osmanlı imperiyasınin siyasi vəziyyəti, o cümlədən burada yaşayan ermənilərin durumu, osmanlıların "sadiq təbəə" adlandırdıqları ermənilərin yaşadıqları dövlətə etdiyi xəyanətləri, Şərqi Anadoluda əliyalın dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərini izləməyə imkan verir. 
Osmanlı dövlətində baş verən hadisələrlə bağlı siyasi arxivin materialları məhz Almaniyanın İstanbuldakı səfirliyinin və bölgələrdəki alman konsulluğunun rəsmi nümayəndələrinin, Almaniya hökuməti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsinə göndərilən hərbi müxbirlərin və digər mötəbər şəxslərin məlumatlarından ibarətdir. Başqa sözlə, rəsmi və dəqiq məlumatlardır. 
İstanbuldakı alman səfiri İohann Henrix fon Bernştroff ermənilərin Rusiya tərəfindən işğal edilən Osmanlı torpaqlarında türklərə qarşı həyata keçirdiyi basqın və zülmlərin hər gün artdığı haqda Almaniya Xarici İşlər Nazirliyinə bildirmişdir. Onun 2 fevral 1918-ci ildə Almaniya Xarici İşlər Nazirliyinə göndərdiyi yazısında "Rusiya ordusunun geri çəkilməsindən sonra bölgəni ələ keçirən erməni dəstələrinin Ərzurum, Ərzincan və Trabzon ətrafında yerli türk əhalisinə qarşı dəhşətli qırğınlar həyata keçirildiyi" haqqında məlumat verilmişdir.
"Nord deutschen Allgemeinen Zeitung" (Şimali Almaniya Ümumi Qəzeti) 12 fevral 1918-ci il tarixli səhər nəşrində yazırdı: "Erməni quldur dəstələri yenidən müsəlman əhaliyə hücum etdi və bu dəstələrin qanlı cinayətləri hər gün artmaqda davam edir və vəhşilikləri daha da kəskinləşir". Volfun teleqraf bürosu bu hadisələrə əsaslanan təfərrüatları bildirmişdir. Səfir İohann Henrix fon Bernştroff 27 fevral 1918-ci ildə Sivasdakı konsulluqdan Xarici İşlər Nazirliyinə bir teleqram göndərmişdir. Teleqramda bildirilir ki, erməni quldur dəstələrinin Ərzincanda törətdiyi qırğınlar genişmiqyaslıdır və kəndlərdəki müsəlman əhali tamamilə məhv edilmişdir.
Ermənilərin yandırıb külə çevirdiyi qəsəbə və kəndləri, xaraba qoyduğu şəhərləri, bölgənin türk-müsəlman əhalisinə verdiyi zülmləri, acnacaqlı vəziyyəti, bir sözlə, həyata keçirdiyi soyqırımını yerindəcə görmək üçün Osmanlı Baş Qərargahının dəvəti ilə Türkiyəyə gələn Almaniyanın cəbhə müxbiri Paul Vayts 1918-ci ilin aprelində Şərqi Anadolunu gəzmiş, canlı şahidi olduğu hadisələri qələmə almışdır. Bu dəhşətlərdən biri haqqında Paul Vayts yazır: "Tamamilə xarabalığa çevrilmiş Ərzurumun yandırılmış və dağıdılmış yerlərindən burunları yandıran kəskin bir çürümə qoxusu hələ də ətrafa yayılmaqdadır. Rusların geri çəkilməsindən sonra ermənilər 1918-ci il yanvarın sonlarından martın 
9-dək Ərzurumu işğal etdilər. Ermənilər polkovnik Morelin başçılıq etdiyi fransız zabitlərinin komandanlığı altında müsəlmanlara qarşı qeyri-insani vəhşiliklər etməyə başladılar. Ermənilər kişi, qadın və uşaqlardan ibarət 700 nəfərə yaxın müsəlmanı bir-biri ilə üzbəüz yerləşən iki malikanəyə doldurmuş və hər iki ev benzin tökülərək yandırılmışdı. Bu evlər bu günə qədər heç zaman açılmamışdı. Böyük hörmət bəslədiyimiz Ərzurum valisi Rəcəb bəyin icazəsi ilə bura ilk daxil olan biz olduq. Mən xarabalıqlar arasında yanmış, tamamilə kömürləşmiş insan cəsədlərini görəndə bir daha bu dəhşətli təsirdən heç vaxt qurtula bilməyəcəyimi anladım.
Bu sənədlərdəki faktlar göstərir ki, ermənilərin Azərbaycanda, İranda (Cənubi Azərbaycanda) və Şərqi Anadoluda türk-müsəlman əhalisinə qarşı soyqırımı dünyanın müxtəlif güc mərkəzlərinin dəstəyi ilə həyata keçirilmişdir. Ermənilərin həyata keçirdikləri soyqırımı öz miqyasına və qəddarlığına görə tarixboyu insanlığa qarşı törədilmiş, yaddan çıxarılması və bağışlanması mümkün olmayan cinayətlərdən biridir.

Güntəkin NƏCƏFLİ,
tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!