01 Dekabr 2023 14:59
289
CƏMİYYƏT
A- A+

İnklüziv Karyera Forumu keçirilir

 

Dekabrın 1-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində İnklüziv Karyera Forumunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova mərkəzin 2 ildir fəaliyyət göstərdiyini, bu müddət ərzində həssas əhali qruplarından 500-dən çox müraciətin daxil olduğunu bildirib. Onun sözlərinə görə müraciət edənlərin 470-dən çoxuna xidmət göstərmişik. Hazırda mərkəzdə 180-ə yaxın benefisiara 14 fəaliyyət istiqaməti üzrə xidmət göstərilir. Onların çox hissəsi əlilliyi olan şəxslərdir.

"Bu yaxınlarda ilk məzunlarımızı yola saldıq və onlara sertifikatlar təqdim etdik. Sevindirici haldır ki, sertifikatlaşma prosesində məhz Dövlət Məşğulluq Agentliyinin komandası da iştirak etdi. Bu o deməkdir ki, bu gündən start götürən İnklüziv Karyera Forumunun məqsədlərinə addım-addım yaxınlaşmağa başladıq. Mərkəzimizdə keçirilən sərgilər də forumun məqsədlərinə xidmət deməkdir. Həmin sərgilər beynəlxalq müstəvidə də keçirilməyə başlanılıb. Burada özəl-dövlət sektorların əməkdaşlığı çərçivəsində sərgilərin keçirilməsi nəticəsində mərkəzdə təhsil alan benefisiarların əl işləri fəaliyyət istiqamətlərindən asılı olaraq xalq arasına, özəl sektor, beynəlxalq qurumlarının nümayəndələrinin qarşısına çıxarılır. Bu o deməkdir ki, biz inklüziv cəmiyyətin qurulmasına yaxınlaşır, onun inkişafı yönündə böyük işlər aparırıq", - deyə N.Məmmədova bildirib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Ülvi Abasquliyev istər beynəlxalq səviyyədə, istərsə də daxili qanunvericilikdə əlilliyi olan şəxslərin hüquqları ilə bağlı kifayət qədər tənzimləmələr mövcud olduğunu diqqətə çatdırıb: "Əmək münasibətləri, məşğulluq sahəsində əlilliyi olan şəxslərin digər şəxslərlə müqayisədə hüquqlarının hər hansı bir şəkildə məhdudlaşdırılmasına yol verilmir. Bu, qanunvericiliyin tələbidir. Digər tərəfdən bu məsələ ilə bağlı bizim öz üzərimizə də sosial məsuliyyət düşür. İşəgötürənlər qanunvericiliyin tələblərinə riayət etməklə yanaşı, mənəvi borc olaraq həmin kateqoriyadan olan şəxslərə də diqqətlə yanaşmalıdırlar".

Tədbir panel sessiyalarla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video