22 Noyabr 2024 08:00
2875
SİYASƏT
A- A+
İlham Əliyevin “yaşıl missiya"sı

İlham Əliyevin “yaşıl missiya"sı


Azərbaycanın urbanizasiya probleminin həlli yolları COP29-da təqdir olundu


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ötən günlərdən biri  urbanizasiya, nəqliyyat və turizm  məsələlərinə həsr olunmuşdu. Bununla belə urbanizasiya mövzusu bütövlükdə bu mötəbər tədbirdən qırmızı xətlə keçir. 

Urbanizasiya mövzusunda keçirilmiş tədbirlərdən bir neçəsini xatırlatmaq kifayətdir. Götürək elə BMT-nin İnsan Məskunlaşmaları Proqramı və COP29-a evsahibliyi edən Azərbaycanın birgə təşkilatçılığı ilə keçirilən "Bakıdan Bələmə: Şəhərlər, urbanizasiya və çoxsəviyyəli iqlim gündəliyi" adlı tədbiri. Burada "Şəhər, Çoxsahəli və Çoxsəviyyəli İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyası"nın təqdimatı olub, iqlim fəaliyyətinə dair nailiyyətlər nəzərdən keçirilib və COP30-a uyğun olaraq şəhər və çoxsəviyyəli iqlim fəaliyyəti üçün yol xəritəsinin hazırlanması məsələsinə baxılıb. Həmçinin şəhər və regionlarda iqlim fəaliyyətinin genişləndirilməsinə dəstək olmaq yolları müzakirə edilib. Təbii ki, Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən işlərdən, infra-struktur layihələrindən, şəhərlərdə iqlim fəaliyyətlərinin genişləndirilməsi və urbanizasiya probleminin həll olunması yollarından danışılıb.

Məlumdur ki, sənaye müəssisələri adətən şəhərlərdə olur. Bu da regionlara nisbətən şəhərlərdə daha çox karbon qazının atmosferə atılması ilə nəticələnir. Şəhərlər iqlim dəyişməsinin əsas "günahkar"ları hesab olunur. Bunun yumşaldılması üçün Paris Sazişində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. "Paris Sazişi üzrə əldə olunan razılaşmalara əməl edilərsə, qlobal temperaturu 1,5 dərəcə Selsidən aşağıda saxlamaq mümkünləşər" - iştirakçıların yekun sözü bu olub. 

Azərbaycan pavilyonunda isə "Şəhərlərin təsiri: Şəhər iqlim gündəliyini necə sürətləndirə bilər?" adlı sessiya keçirilib.

Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının baş katibi Jan Pier Elonq Mbassi iqlim dəyişikliyinin icmalarına təsirindən narahat olduğunu qeyd edərək  bu dəyişikliyin qitə və şəhərlərə fəlakətli təsirlərini gördüyünü qeyd edib: "Meşə yanğınları, qasırğalar, daşqınlar və quraqlıq kimi daha sürətli, şiddətli və əvvəllər gözlənilməz hadisələr nəticəsində iqlimədavamlı şəhərlər, infrastruktur yenidən işlənməlidir. Enerji və su ilə mühafizə, şəhərlərimizin və strukturlarımızın iqlim hadisələrinə tab gətirə bilməsini təmin etmək üçün daha çox iş görməliyik".

Tədbirdə dünyada şəhərlərin iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün apardıqları səylər müzakirə olunub. Yaşıl sahələrin təkmilləşdirilməsi, istixana qazı emissiyalarının azaldılması və davamlı nəqliyyat seçimlərinin inkişafı kimi əsas ekoloji problemlərə yönəlmiş şəhər rəhbərliyindəki nümunəvi layihələr nümayiş etdirilib.

"COP29 Urban Day inkişaf üçün unikal platforma təqdim edir və şəhər gündəmindəki aktual məsələlər üzrə mənalı və konstruktiv müzakirələrdə iştirak etmək üçün imkanlar açır". Bu sözləri isə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. Onun sözlərinə görə, bu gün əsas məqsəd şəhər gündəminin iqlim gündəliyi ilə birləşdirildiyinə əmin olmaqdır. "COP29-da bütün tərəfləri bir araya gətirməklə Azərbaycan çoxsəviyyəli və birgə fəaliyyətin iqlim problemlərini həll edəcəyi və şəhər məkanlarını dayanıqlı ekosistemlərə çevirəcəyi kimi gələcəyə baxışını nümayiş etdirir. Bugünkü müzakirələrin əsasını qoyan mühüm təşəbbüsləri də etiraf etməliyik. Və onlar kollektiv şəkildə dialoq, əməkdaşlığı gücləndirmək və əsas urbanizasiya problemlərini həll etmək üçün məkan yaratdılar ki, bu da çox güman ki, davamlı və sağlam şəhərlər üçün xəritənin, çoxsahəli fəaliyyət planının yaradılmasının başlanğıcını qoydu", - deyə  o qeyd edib.

Göründüyü kimi, Azərbaycanın bu mövzuda da dediyi və deyəcəyi sözlər az deyil. Təsadüfi deyil ki, BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar qəbul edilib. 

Qeyd  edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkəmizin əhalisinin 54,5 faizi şəhərlərdə, 45,5 faizi kənd yerlərində yaşayır. XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində yaşanan hadisələr, yəni iqtisadiyyatın tənəzzülü və düşmən tərəfindən torpaqlarımızın işğal olunması nəticəsində kəndlərimizdən şəhərlərə böyük axın olmuşdu. Prezident İlham Əliyev keçən il sentyabrın 29-da Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bu məsələyə toxunaraq demişdir: "Bu gün hər kəs urbanizasiyadan danışır. Bizdə də bu mövzu var. Bizim bu problemimiz uzun illərdir yaşanır - insanlar bölgələrdən, kəndlərdən şəhərə can atır. Çünki şəhərdə daha çox iş yerləri, məşğulluq imkanları var və özləri üçün daha yaxşı şərait yaratmaq istəyirlər. Amma bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu isə ilk növbədə Azərbaycan xalqının öz Vətəninə nə dərəcədə bağlı olduğunu göstərir. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər".

Əsasən də dövlət başçısının "yaşıl enerji" zonası elan etdiyi, kəndləri və  şəhərləri yeni konsepsiya ilə qurulan  Qarabağ və Şərqi Zəngəzur  yenidən məskunlaşır. Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə yaşayan  keçmiş məcburi köçkünlər öz   yurd-yuvalarına qayıdırlar.

Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Qarabağa və Şərqi Zəngəzura indiyədək 9000-ə yaxın  keçmiş məcburi köçkün dönüb. Üstəlik, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb.

 Ümumiyyətlə,  bütün ölkə ərazisində sosial-iqtisadi cəhətdən inkişaf edən, abadlaşan, çiçəklənən bölgələrimiz  getdikcə daha çox diqqət çəkir. İndi  insanların  kənddəki evini qoyub şəhərə iş, çörək dalınca gəlməsinə ehtiyac yoxdur. Odur ki, COP29-un urbanizasiya tədbirlərində Azərbaycan təcrübəsindən də geniş bəhs olunur. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:19
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB 

23:12
01 İyul

DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb

22:47
01 İyul

Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib  

22:46
01 İyul

Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb

21:55
01 İyul

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib 

21:45
01 İyul

Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib 

21:04
01 İyul

Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər

21:03
01 İyul

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

20:54
01 İyul

Avropa Komissiyasının Prezidenti: Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq 

20:53
01 İyul

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Ağdam şəhərində “İmarət” Kompleksi ilə tanış olublar  

20:48
01 İyul

Ursula Fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevi təbrik edib 

20:23
01 İyul

Retro həvəskarları üçün yeni fotoapatlar təqdim edilib

20:19
01 İyul

Prezident İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır 

20:16
01 İyul

Qızılın qiyməti ucuzlaşıb

20:12
01 İyul

Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir

20:11
01 İyul

Beyin sağlamlığı üçün ən yaxşı pəhriz araşdırılıb

20:04
01 İyul

Prezident İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür 

20:01
01 İyul

Çində sənaye interneti sahəsində yeni Yol xəritəsi müəyyən edilib

19:56
01 İyul

Prezident: Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır

19:52
01 İyul

AZAL Brüsselə birbaşa müntəzəm reyslərə başlayır

19:49
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!