İlham Əliyevin qətiyyətli islahatlar kursu Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin edir
Azərbaycanın BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması ölkə mediasının əsas mövzularından birinə çevrilmişdir. Aparıcı mütəxəssislər, tanınmış ekspertlər bunu ətraflı şərh edir, nailiyyətlərin mahiyyətini açıqlayır, vacib məqamlara aydınlıq gətirirlər.
Diqqəti çəkən məqam ondan ibarətdir ki, 54-cü pillədə qərarlaşmaqla "Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderə çevrilə bilmiş və əhatəsindəki bütün dövlətləri geridə qoymuşdur. BMT-nin hesabatında qonşularımızdan Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədirlər.
Ekspertlər Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə - səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət kimi güclü institutlar istiqamətində irəliləyişlər etdiyini vurğulayırlar. Azərbaycan sözügedən indeksin mümkün 100 balından 72,6 bal toplamaqla, Şərqi Avropa və Mərkəzi Asiya regionunda 70,9 ballıq orta göstəricini də ötüb. Ekspertlərin diqqətindən yayınmayan maraqlı məqamlardan biri də odur ki, hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmamışdır. Ölkəmizdə həmçinin hər 100 min nəfərə düşən ana və körpə ölümü kimi göstəricilərdə də yaxşılaşma müşahidə olunur.
Mütəxəssislərin diqqətini çəkən ən vacib faktlardan biri də sənəddə bərabərsizliyi ifadə edən Cini əmsalının Azərbaycanda 38,6 olmasıdır. Bu isə o deməkdir ki, biz dünyada ən yaxşı göstəricilərdən birinə nail olan ölkəyik.
Əlbəttə, bütün bu uğurların qayəsini Azərbaycan Prezidenti İlham Əliyevin dönməz islahatçı ruhuna və qətiyyətli, iradəli lider keyfiyyətlərinə sahib olması təşkil edir. Məhz onun həyata keçirdiyi davamlı islahatlar sayəsində Azərbaycanın müasir iqtisadi və sosial infrastrukturunu formalaşdırmaq mümkün olmuş, iqtisadiyyatın sürətli inkişafı və onun rəqabətqabiliyyətliyi təmin edilmişdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycanda həyata keçirilən sosial siyasət məzmunu, dərinliyi və əhatə dairəsinə görə nümunəvi xarakter daşıyır. Son iki ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərməklə yanaşı, xalq-iqtidar münasibətlərini də yeni səviyyəyə qaldırmış, sıravi vətəndaşların, sosial müdafiəyə ehtiyacı olanların qayğılarına xüsusi həssaslıqla yanaşılmışdır. Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli suya tələbatının səmərəli həll edilməsi, eləcə də ölkənin enerji təhlükəsizliyinin təmin olunması prioritet məsələlər sırasındadır.
Eyni zamanda milli həmrəyliyin güclənməsi, ölkədə mövcud olan təhlükəsizlik, siyasi sabitlik, gələcəyə əminlik Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılmasını bir daha təsdiq edir. Ən vacibi isə odur ki, qazanılan uğurlar hər il bir neçə dəfə beynəlxalq səviyyədə dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən təsdiq olunaraq yüksək qiymətləndirilir.
Azərbaycanın bu beynəlxalq uğuru Prezident İlham Əliyevin pandemiyaya dair BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Bu, belə qənaətə gəlməyə imkan verir ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzu yüksəldikcə, ona ayrılan diqqət də bu inkişafa mütənasib olaraq artır. Və biz yeni uğurlara imza atdıqca beynəlxalq aləmdə daha sanballı mövqeyi, daha kəsərli sözü olan dövlətə çevrilirik.
Dəfələrlə ən mötəbər beynəlxalq tədbirlərdə, konfranslarda Azərbaycanın öz mövqeyini sərt və birmənalı şəkildə ortaya qoymasının şahidi olmuşuq. Bu baxımdan Prezident İlham Əliyevin beynəlxalq konfranslardakı qətiyyətli çıxışları, erməni faşizminin ifşası istiqamətindəki barışmaz bəyanatları və işğalçı Ermənistanın "demokratik” lideri Paşınyanı siyasi opponent kimi dəfələrlə məğlub etməsi Azərbaycan diplomatiyası tarixinin uğurlu səhifələridir. Artıq Azərbaycan qazandığı uğurların zəminində Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkəyə çevrilmişdir.
Bahadur İMANQULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!