28 Noyabr 2025 08:35
948
İQTİSADİYYAT
A- A+
İlham Əliyevin logistika siyasəti real nəticələrə hesablanır

İlham Əliyevin logistika siyasəti real nəticələrə hesablanır


Zəngəzur dəhlizi əlavə 15 milyon ton yük daşınmasına imkan yaradacaq


Bu gün dünyada baş verən qlobal geosiyasi proseslər fonunda mühüm ticarət marşrutlarına nəzarət uğrunda ciddi mübarizə gedir. Çünki müasir dünyanın iqtisadi proseslərində istehsal və ixracın sabit olması başlıca şərtdir. Bunu təmin edən əsas şərt isə təhlükəsiz ticarət dəhlizlərinin olmasıdır. 

Amma bu gün məlum səbəblərdən dünyanın üç əsas ticarət marşrutundan ikisi tam fəaliyyət göstərə bilmir. Qırmızı dəniz-Süveyş kanalı marşrutunda ticarət Yəməndəki silahlı husilərin hücumları nəticəsində məhdudlaşıb. Buradan ancaq husilərin icazə verdikləri dövlətlərin bayrağı altında üzən gəmilər keçə bilir. Rusiya-Ukrayna müharibəsi isə təkcə iki ölkəyə ziyan vurmur. Bu savaş həmçinin Trans-Sibir nəqliyyat marşrutu üzərindən Asiya ilə Avropa arasında aparılan ticarətə də ciddi maneə törədir.  O üzdən Asiya ilə Avropa arasında təhlükəsiz və iqtisadi cəhətdən səmərəli marşrutun formalaşmasına ehtiyac yaranıb. 

İndi aydın görünür ki, illər öncə Prezident İlham Əliyev tərəfindən aparılan logistika siyasəti təkcə ölkəmiz deyil, bütün dünya üçün əhəmiyyətli bir siyasi gedişdir. Bakı-Tbilisi-Qars dəmir yolu çəkiləndə hələ dünya indiki kimi gərgin deyildi. Amma dövlətimizin başçısı hər zaman olduğu kimi, bu layihədə də gələcəkdə baş verəcək siyasi prosesləri düzgün qiymətləndirməyi bacardı. Həmin uzaqgörən siyasət sayəsində Azərbaycan bu gün dünya logistikasında ən əhəmiyyətli ölkəyə çevrilib. Bunu dostlarımız da, düşmənlərimiz də görür və etiraf edirlər.

Sözsüz ki, bu məsələdə Azərbaycanın coğrafi mövqeyi önəmli rol oynayır. Lakin əsas məsələ buna öncədən hazır olmağımızdır. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, biz bununla bağlı nəhəng infrastruktur layihələri icra etmişik, baxmayaraq ki, buna mane olmaq istəyən beynəlxalq güclər olmuşdur. Məsələn, həmin qüvvələr Bakı-Tbilisi-Qars marşrutunun transmilli banklar vasitəsilə maliyyələşməsinə imkan vermirdi. Belə olan halda Azərbaycanla Türkiyə ərazilərindəki dəmir yollarının yenidən qurulmasını öz vəsaitləri hesabına maliyyələşdirməyə qərar verdilər. Gürcüstanın isə belə bir imkanı olmadığından Prezident İlham Əliyev qətiyyət göstərərək layihəyə mane olmaq istəyən qüvvələrin müqavimətini qıraraq dəmir yolunun Gürcüstan ərazisindən keçən hissəsinin maliyyələşdirilməsi üçün 1 milyard dollara yaxın vəsait ayıraraq məsələni həll etdi.    

Ardınca Prezident İlham Əliyev Orta dəhlizin dünyanın bir nömrəli ticarət marşrutuna çevrilməsi üçün logistika diplomatiyasına başladı. Çinlə, Mərkəzi Asiya ölkələri ilə səmərəli danışıqlar apardı və onları vahid maraqlar ətrafında birləşdirdi. Bununla yanaşı, Türkiyə və Gürcüstanla da mühüm razılaşmalar əldə etdi. Ən vacibi  isə yeni marşrut axtarışında olan Avropanı inandıra bildi. Bunun nəticəsi olaraq Avropa İttifaqı Orta dəhlizin imkanlarının genişlənməsi üçün 10 milyard avro həcmində kredit ayırdı. 

Prezident İlham Əliyevin apardığı xarici siyasəti izlədikdə aydın görünür ki, dövlətimizin başçısı Azərbaycanın dəstək verdiyi layihələrə qarşı çıxan ölkələri birgə maraqlar çərçivəsində birləşdirməyi bacardı. Məsələn, hər vəchlə Orta dəhlizə və Zəngəzur dəhlizinə (TRIPP) qarşı çıxan İran və Rusiya  bu gün layihənin bir parçasına çevriliblər. Prezident qətiyyətlə, səbirlə danışıqlar apararaq buna nail olub. Beynəlxalq müstəvidə də dövlətimizin başçısının bu siyasi məharəti yüksək qiymətləndirilir. 

Məlum olduğu kimi, Türkmənistanın özünəməxsus xarici siyasəti var və bu Mərkəzi Asiya ölkəsi çox məsələlərdə neytrallıq göstərir və həmin səbəbdən bir sıra layihələrdən kənarda durmağa üstünlük verir. Ancaq Prezident İlham Əliyev bu ölkənin də Orta dəhlizlə bağlı dünya səhnəsinə çıxmasında yardımçı oldu. Dövlətimizin başçısı bu uğura təkcə diplomatik vasitələrdən istifadə etməklə deyil, tarixdən gələn qardaşlıq bağları və milli kimliyimiz hesabına imza atdı. Prezidentin belə münasibəti təbii ki, Türkmənistanda da yüksək dəyərləndirildi. Bunun nəticəsidir ki, qardaş ölkənin Türkmənbaşı limanı Orta dəhlizin mühüm seqmentinə çevriləcək. Üstəlik, bu ölkə gələcəkdə öz enerji resurslarını Azərbaycan üzərindən Türkiyə və Avropa bazarına çıxaracaq.

Hər bir qlobal ticarət marşrutunun əhəmiyyəti onun iqtisadi cəhətdən səmərəli və təhlükəsiz olmasıdır. Bu istiqamətdə Azərbaycanın apardığı siyasət Çin və Avropada yüksək qiymətləndirilir. Belə ki, Prezident İlham Əliyev Orta dəhlizi rəqəmsallaşdırmaqla bürokratik əngəlləri aradan qaldırmaq üçün uğurlu siyasət aparır. Azərbaycan, Qazaxıstan, Gürcüstan bununla bağlı razılaşıb, yaxın vaxtlarda Türkiyənin də buna qoşulacağı bildirilir. Bununla yanaşı, bütün dəhlizlər üçün vahid tarif anlaşması istiqamətində də ölkəmiz aktiv siyasət aparır və müəyyən razılaşmalar da əldə olunub. Bu da Orta dəhlizin işlək marşrut kimi əhəmiyyətini artırır.      

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər təkcə region üçün deyil, dünya üçün də yeni bir reallıq yaradıb. Bu qələbə təkcə regional səviyyədə yox, həm də qlobal səviyyədə yeni siyasi və iqtisadi yanaşmaların meydana gəlməsinə səbəb olub. Avqustun 8-də Vaşinqtonda ABŞ liderinin şahidliyi ilə Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı anlaşmanın imzalanması, ölkəmizin (C5+1) layihəsinə qoşulması qələbəmizin yaratdığı yeni tarixi reallıqlardır. Azərbaycan tarixi torpaqlarını erməni işğalından azad etməklə ölkəmizin qlobal geosiyasi proseslərdəki rolunu artırıb. O üzdən istər regionda, istərsə də bir çox transmilli layihənin həllində ölkəmiz söz sahibidir. 

Azərbaycan qələbədən sonrakı yeni vəziyyətin qlobal əhəmiyyətini yaxşı dərk etdiyi üçün dərhal Zəngəzur dəhlizinin (TRIPP) açılmasını gündəmə gətirdi, baxmayaraq ki, həmin dövrdə Ermənistan dəhlizin açılmaması üçün siyasət aparırdı. Buna rəğmən, Azərbaycanla Türkiyə Zəngəzur dəhlizinin (TRIPP) açılmasına olan böyük inamdan irəli gələrək öz ərazilərində yol çəkilişinə başladılar. Hazırda Zəngəzur dəhlizinin (TRIPP) fəaliyyəti üçün Azərbaycan ərazisində çəkilən dəmir və avtomobil yollarında işlərin çox hissəsi görülüb və gələn ilin ortalarında işlər tam yekunlaşacaq. Paralel olaraq Naxçıvan Muxtar Respublikasında yeni avtomobil və dəmir yollarının çəkilməsi istiqamətində işlərə start verilib. Həmin işlərin də vaxtında yekunlaşacağı şübhəsizdir. 

Zəngəzur dəhlizinin (TRIPP) əhəmiyyəti barədə çox danışılıb, çox yazılıb. Öncə onu vurğulayaq ki, bu dəhlizin fəaliyyətə başlaması Orta dəhlizlə ildə təxminən əlavə olaraq 15 milyon ton yük daşımaq imkanı qazanılacaq. Digər tərəfdən, o, Orta dəhlizin texniki imkanlarını genişləndirəcək, yükləri qısa yolla Türkiyəyə və bu ölkənin üzərindən körfəz ölkələrinə daşınmasına şərait yaradacaq. Bir sözlə, Zəngəzur dəhlizi (TRIPP) Orta dəhlizin dünyanın yeni bir bazarına çıxışını təmin edəcək. Ondan həm ölkəmiz, həm tərəfdaşlarımız, həm də bu marşrutdan istifadə edən ticarət partnyorlarımız qazanacaq, dünyaya iqtisadi rifah və sülh gələcək. Bu qlobal layihənin müəllifi isə Azərbaycan və onun lideri İlham Əliyevdir.

 

Rüstəm KAMAL,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!