17 Aprel 2026 16:59
136
SİYASƏT
A- A+
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 148-ci kitabı çapdan çıxıb  

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 148-ci kitabı çapdan çıxıb  


Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.

Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.

Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 148-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2025-ci il sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında söyləyib.

Çoxcildliyin bu kitabında toplanmış materiallar 2025-ci ilin sentyabr-noyabr aylarını əhatə edir.

Bu nəşrə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına işgüzar səfərinə, yüksəksəviyyəli müzakirələrdə iştirakına, keçirdiyi görüşlərə dair materiallar daxil edilib.

Oxucular yeni kitabda Azərbaycan Respublikası Prezidentinin Danimarkaya işgüzar səfəri, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilmiş 7-ci Zirvə Toplantısının açılış mərasimində, həmin toplantının plenar sessiyasında iştirakı, həmçinin keçirdiyi görüşlər haqqında informasiyalarla tanış ola bilərlər.

Azərbaycan Prezidenti 2025-ci ilin oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistanda, Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misir Ərəb Respublikasında səfərdə olub. Prezident İlham Əliyev oktyabr ayında, həmçinin Qazaxıstana dövlət səfəri edib, Astanada “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimat mərasimində iştirak edib, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edib. Səfər ərəfəsində isə dövlətimizin başçısı “Kazimform”a eksklüziv müsahibə verib. Bütün bunlar haqqında materiallar 148-ci kitabda yer alıb.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşünə dair informasiya, Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılış mərasimində çıxışının mətni də verilib.

Oxucular bu kitabda Azərbaycan Prezidentinin Yevlax və Gəncə şəhərlərinə səfərləri, Gəncədə III MDB oyunlarının təntənəli açılış mərasimində iştirakı haqqında informasiyalar, dövlətimizin başçısının Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışının mətni ilə də tanış ola bilərlər.

Azərbaycan Prezidenti, həmçinin Cəbrayıla və Zəngilana səfərlər edib, Cəbrayıl rayonu Horovlu kəndinin sakinlərinə mənzillərin açarlarını təqdim edib, Cəbrayıl şəhər məscidinin, bu şəhərdə ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub. Dövlətimizin başçısı Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılış mərasimlərində iştirak edib, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub, Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb. Bütün bunlar haqqında informasiyalar yeni kitabda toplanıb.

Bu kitaba Azərbaycan Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışının mətni də daxil edilib.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

 “YouTube”dan yeni funksiya

18:29
17 Aprel

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihəsinin inkişafı nəzərdən keçirilib  

18:25
17 Aprel

“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub  

18:23
17 Aprel

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

18:22
17 Aprel

Azərbaycanda bərpaolunan enerji mənbələrinin payı genişlənib

18:21
17 Aprel

Vüqar Süleymanov: İşğaldan azad edilmiş ərazilərdə 248 mindən çox mina və partlayıcı sursat aşkarlanıb YENİLƏNİB 

18:20
17 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib  

18:17
17 Aprel

Hörmüz boğazının açılması fonunda neft qiymətləri 10 faizdən çox ucuzlaşıb  

18:16
17 Aprel

Tramp: Hörmüz boğazı tamamilə açıqdır, amma dəniz blokadası davam edəcək  

18:14
17 Aprel

Türk politoloq: Türkiyə və Azərbaycan regional təsir imkanlarını qlobal səviyyəyə daşıya biləcək gücə malikdir  

18:13
17 Aprel

"Azərbaycan Dəmir Yolları" sərnişin xidmətini ölkə üzrə genişləndirir  

18:13
17 Aprel

ABŞ-Vatikan qarşıdurması davam edir: Papa XIV Leo "dünyanı dağıdan tiranları" qınayıb

18:06
17 Aprel

Azərbaycanda birinci rübdə bitki yağı istehsalı artıb, kərə yağı azalıb

17:57
17 Aprel

Rəcəb Tayyib Ərdoğan: Parlament diplomatiyası daha ədalətli dünya üçün əsasdır

17:42
17 Aprel

Prezident Ərdoğan: Ermənistanla normallaşma prosesini Azərbaycanla əlaqəli şəkildə davam etdiririk  

17:41
17 Aprel

Sahibkarlar qablaşdırma sənayesi üzrə mənfəət vergisi yükünün optimallaşdırılmasını istəyirlər  

17:40
17 Aprel

Azərbaycan və Əlcəzair arasında əlaqələrin daha da inkişafı üçün əlverişli imkanlar mövcuddur  

17:39
17 Aprel

Buğda qiymətləri qlobal ərzaq təhlükəsizliyi ilə bağlı təhdidlər fonunda artır

17:39
17 Aprel

Hidayət Heydərov Avropa çempionatında gümüş medal qazanıb

17:38
17 Aprel

Avropada yeraltı qaz anbarlarının doluluq nisbəti 30 faizə yaxınlaşır

17:37
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!