İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısının açılış mərasimi keçirilib
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu Nazirlər Toplantısının rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada baş qaldıran İslamafobiyanın ifadə azadlığı adı altında gizlədildiyini deyib.
İsrail-Fələstin qarşıdurmasına toxunan Ərdoğan bölgəni sülhə aparan yolun bu münaqişənin sülh yolu ilə həllindən keçdiyini bildirib.
Quruma daxil ölkələr arasında iqtisadi əməkdaşlıqların artırılması istiqamətində çatışmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayan Türkiyə Prezidenti e-ticarətin inkişafı və rəqəmsal transformasiyanın iqtisadiyyat sahəsinə yeni imkanlar yaratdığını qeyd edib.
Dekabrın 2-dən 5-dək davam edən tədbirdə COMCEC-ə üzv ölkələr arasında ticarət, maliyyə, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması, rəqəmsal transformasiya sahələrində əməkdaşlığın təkmilləşdirilməsi səyləri ilə bağlı müzakirələr aparılır. “Halal sertifikatlarının qlobal səviyyədə tanınması” və “Qlobal mübahisələrin alternativ həlli” mövzularında panel iclaslar keçirilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kənd turizmi insanlar üçün çox sərfəlidir
27 Iyul
Azərbaycana gələn turistlərin sayı artır
27 Iyul
Səyyar görüş keçirilmişdir
27 Iyul
Səyyahlar Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırırlar
27 Iyul
Ukraynalı səyyah: "Çox şadam ki, Azərbaycan öz torpaqlarını azad edib və indi onlar bərpa olunur"...
27 Iyul
Ötən altı ayda Mingəçevirdə genişmiqyaslı işlər görülüb
27 Iyul
Dünya Azərbaycan həqiqətləri ilə tanış olur
27 Iyul
Azərbaycanın strateji coğrafi mövqeyi onu Çin-Avropa yük qatarı üçün əsas nəqliyyat qovşağına çeviri...
27 Iyul
“29 İqlim Söhbəti: COP29-a gedən yol"da hər kəs “dəyişməlidir"
27 Iyul
Ermənistan Avropa İttifaqının əlində alətə çevrilib
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!