24 May 2022 01:52
881
ELANLAR
A- A+
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs "Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin" satın alınması üzrə açıq tender elan edir

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs "Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin" satın alınması üzrə açıq tender elan edir

 

Malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Bakı şəhəri Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanından (Əlaqələndirici şəxs: Cavid Əliyev, telefon: +99412 310 07 70 (daxili: 2027), E-mail: [email protected]) ala  bilərlər.

Tender 1 LOT üzrə keçirilir:

LOT-1. Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin satın alınması.

İştirak haqqı:   LOT-1. 2500.00 (iki min beş yüz) manat;

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs

VÖEN: 1701911851

Hesab: AZ52AIIB38090019440013375105

Bank: Kapital Bank ASC Səbail filialı

Bankın VÖEN-i: 9900003611

Kod: 200059

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

S.W.I.F.T.BIK - AIIBAZ2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;   

5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

7. İddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra 60 (altmış) bank günü qüvvədə olmalıdır.

8. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank  günü çox olmalıdır);

9. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

10. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib edilməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 17.06.2022-ci il saat 15:00-a qədər, tender təklifi və tender təklifinin bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.06.2022-ci il saat 15:00-a qədər Bakı şəhəri Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklifləri 29.06.2022-ci il saat 15:00-da Bakı şəhəri Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında yerləşən "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsində açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

18:51
28 May

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

18:43
28 May

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

18:41
28 May

Küveyt raket və PUA hücumuna məruz qalıb

17:37
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

16:54
28 May

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

16:34
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

15:32
28 May

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

15:24
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!