25 Dekabr 2025 13:14
128
CƏMİYYƏT
A- A+
“Hökumə hər kəsə təhlükəsizlik jiletlərini geyməyi tapşırdı...” – Dəhşətli aviaqəzanın sərnişinləri danışır 

“Hökumə hər kəsə təhlükəsizlik jiletlərini geyməyi tapşırdı...” – Dəhşətli aviaqəzanın sərnişinləri danışır 

Bir il əvvəl bu gün Azərbaycan Hava Yollarının J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəza enişi etdi. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğradı. Bu, Azərbaycanın aviasiya tarixində ən dəhşətli təyyarə qəzası hesab olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təyyarədə Qroznı şəhərinə qonaq gedən Balakənin Qullar kənd sakinləri Tofiq və Samir Dərvişovlar da olub. Özlərinin dediyi kimi, ölümün pəncəsindən dönən ata və oğul həmin anları bir daha yada salıb, təyyarə heyətinin qəhrəmanlığını xüsusi qeyd ediblər.

Ailə başçısı Tofiq kişinin dörd övladı var. Böyük oğlu uzun illərdir Qroznı şəhərində yaşayır. Oğlu və nəvəsi onları Yeni il ərəfəsində qonaq dəvət edibmiş. Tofiq kişi deyir ki, oğlunun dəvət təklifini əvvəlcə qəbul etməsə də, son anda nəvəsinin təkidinə yox deyə bilməyib. Beləcə J2–8243 nömrəli reyslə yola düşüblər. 40-45 dəqiqəlik uçuşdan sonra enişə hazırlaşdıqları vaxtda ilk həyəcanlı anlar yaşanıb.

“Partlayış səsi gəldi, təyyarəmiz silkələndi. Salonda əl yükü yerlərinin qapıları açıldı, bir neçə çanta yerə töküldü. Sonra anladıq ki, təyyarə yerə enmir, yenidən havaya yüksəlməyə başlayır. Bir qədər buludların üstünə çıxmışdıq ki, yenidən partlayış oldu. Bu dəfə təyyarə lap möhkəm silkələndi”, - deyən Tofiq Dərvişov həmin anlarda hər kəsin narahat olduğunu, rəhmətlik Hökumənin isə onlara tövsiyələr verdiyini söyləyir.

Tofiq Dərvişov ikinci zərbədən sonra ayağında istilik hiss edib, əli ilə yoxlayanda bir narahatlıq görməsə də, sonradan ayağını basdığı yerdə balaca bir dəlik açıldığının şahidi olub: “Dərhal xəbər verdim və ayağımı həmin yerə bərk-bərk sıxıb öndəki oturacaqdan yapışdım, pəncərədən ətrafa baxmağa başladım. Bu anda təyyarənin qanad hissəsində də dəmir parçasının qopduğunu gördüm”.

Bu yerdə söhbətimizə Samir də qoşulur. “Doğrusu, birinci silkələnmədən çox da narahat olmadım. Lakin ikinci zərbə hamı kimi, məni də bərk qorxutdu. Həmin vaxt rəhmətlik Hökumə tapşırıq verdi ki, hamı hava balonlarından istifadə eləsin. Təyyarəmiz bir qədər də yüksəlməyə başladı və Qroznı aeroportundan uzaqlaşdığımızı hiss etdik. Sonra Hökumə hər kəsə təhlükəsizlik jiletlərini geyməyi tapşırdı. Ola bilərdi ki, dənizə eniş edək”, - deyən Samir ölümlə-dirim arasında yaşananları ifadə edərkən gah səsi qırılır, gah da gözləri dolurdu.

Tofiq Dərvişov təyyarənin yerə çırpıldığı anı belə xatırlayır. “Allah o günləri heç kimə yaşatmasın. Təyyarənin yerə çırpılması… Çox dəhşətli anlar idi. Təyyarəmiz yerə düşdükdən bir neçə dəqiqə sonra özümə gəldim. Aşağı baxdım, hər yer parçalanmış dəmirlə dolu idi. Əlimi atıb kəmərimi çəkdim və açanda üzüaşağı düşdüm, başım dəmirə dəydi. Amma bədənimdə olan ağrıları o vaxt hiss etmirdim. Ayağa qalxanda əvvəl heç nə görmədim. Bir qədər sonra digər insanların da oturacaqlarda sallandığını gördüm”, - deyən Tofiq kişi o anları dilə gətirməkdə çətinlik çəkir…

Oğlu Samir təyyarə yerə çırpılandan sonra bir anlıq özündə olmasa da, atasının səsini eşidən kimi səs verib: “Təyyarəmiz sürətlə aşağı enirdi. Yerə dəyərkən bərk partlayış oldu. Təyyarə torpaqda sürüklənirdi. Doğrusu, həmin anlarda özümdə deyildim. Bir də ayıldım ki, atamın səsi gəlir, məni səsləyir. Çətinliklə də olsa, ona sağ olduğumu dedim. Həmin vaxt qarşımda bir xanımın da sağ olduğunu və yardım istədiyini gördüm. Onun kəmərini açdım və xilasedicilərə yönəltdim”.

Qazaxıstanlı xilasedicilərin qəza yerinə qısa müddətdə çatdığını, təyyarənin tüstü-dumanı çəkilmədən, yanğın və partlayış olma ehtimalına rəğmən onlara ilkin tibbi yardım göstərdiklərini, xəstəxananın qarşısına xeyli yerli sakinin və soydaşlarımızın gəldiklərini söyləyən Dərvişovlar bildirirlər ki, qan vermək üçün gələnlərin də sayı-hesabı yox idi. Əlavə edirlər ki, öz xəstələri üçün gətirdikləri yeməkləri təyyarə qəzasına düşənlərə verənlər də var idi.

Dərvişovlar Bakıya gətirildikdən sonra da onlara xüsusi diqqət və qayğı göstərilib, ciddi həkim nəzarətində saxlanılıblar. “Bakıya gələndən, palataya yerləşdirildikdən sonra AZAL-dan gəldilər. Dedilər ki, Azərbaycan dövlətinin sizə ayırdığı vəsait kartlarınıza köçürülüb və həmin kartları bizə payladılar. Sığorta ilə təmin olunduq, hər köməyi göstərdilər. Prezidentimiz sağ olsun. Hətta 6 ay ərzində bizə maddi yardımlar edildi. Çox sağ olsunlar”, - deyən ailə başçısı bildirib ki, onun xahişindən sonra AZAL Qroznıda yaşayan oğlunun ailəsi birlikdə rayona quru yolu ilə gəlməsini də təşkil edib.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi edib. Göyərtədəki 67 nəfərdən 38-i həlak olub, pilotların peşəkarlığı nəticəsində isə 29 nəfərin həyatı xilas edilib. Qəzanın araşdırılması ilə bağlı Qazaxıstanda, eləcə də Rusiya və Azərbaycanda istintaq hərəkətləri aparılır.

Qəzaya uğrayan təyyarənin çox çətin şəraitdə yerə endirilməsi dünya mətbuatında geniş işıqlandırılıb, uçuş heyətinin peşəkarlığı xüsusi vurğulanıb.

Prezident İlham Əliyev Sərəncamı ilə ekipajın üç üzvü - iki pilot və bir bələdçi “Milli Qəhrəman” adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ və Şərqi Zəngəzurda biznesə dövlət dəstəyi sahibkarlığın inkişafına əlverişli şərait yaradır  

14:55
25 Dekabr

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiridən  

14:54
25 Dekabr

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan  

14:53
25 Dekabr

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerarddan  

14:52
25 Dekabr

Belçika-Niderland Koordinasiya Şurasının nəzdində fəaliyyət göstərən təşkilatlardan  

14:51
25 Dekabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Masallıda vətəndaşlarla görüşüb  

14:50
25 Dekabr

Baş nazir Əli Əsədov AZAL təyyarəsinin qəzasının birinci ildönümündə həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib

14:43
25 Dekabr

Xocalının daha iki kəndinə 133 nəfər qayıdıb  

14:42
25 Dekabr

Ağdam şəhərində 1-ci və 3-cü yaşayış komplekslərində söküntü və şaquli planlaşdırma işləri başa çatıb  

14:41
25 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində daha bir təqsirləndirilən şəxs son söz çıxışını yekunlaşdırıb  

14:27
25 Dekabr

Məmmədbəyli kəndində daha 29 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:26
25 Dekabr

Qırımızı bazarda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:25
25 Dekabr

Ağdamda yeni müəssisə inşa olunur - ildə 4 min dəst mebel və 6 min metal mebel aksesuarı  

14:23
25 Dekabr

Bərdə və Ağdamda silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa ediliblər  

14:22
25 Dekabr

Çövkən üzrə Prezident Kubokunun qalibi məlum olub  

14:21
25 Dekabr

Ağdamdakı metal elektrik dirəklərinin istehsalı müəssisəsinin məhsulları həm də ixrac olunacaq 

13:55
25 Dekabr

Azərbaycan yeni beynəlxalq sazişə qoşulur  

13:53
25 Dekabr

Azərbaycan və Qazaxıstan Baş nazirləri AZAL-ın təyyarəsinin qəzasının birinci ildönümündə bir-birilərinə başsağlığı veriblər  

13:52
25 Dekabr

Bu ay Ağdam şəhərinə 104 ailə köçürüləcək  

13:45
25 Dekabr

Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirir  

13:43
25 Dekabr

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb  

13:39
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!