25 Dekabr 2025 14:55
129
CƏMİYYƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurda biznesə dövlət dəstəyi sahibkarlığın inkişafına əlverişli şərait yaradır  

Qarabağ və Şərqi Zəngəzurda biznesə dövlət dəstəyi sahibkarlığın inkişafına əlverişli şərait yaradır  

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl sektor üçün dövlət tərəfindən tətbiq edilən dəstək və güzəştlər paketi bölgədə əlverişli işgüzar mühit formalaşdırıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, regionda fəaliyyət göstərən rezidentlərə 1 yanvar 2033-cü ilədək mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tam azadolma tətbiq olunur. Həmçinin müvafiq iqtisadi fəaliyyət sahələri üzrə avadanlıq və xammalın idxalına görə ƏDV və gömrük rüsumları ödənilmir, habelə dividendlərdən əldə edilən gəlirlərə görə vergi tutulmur.

İstehsal sahəsində fəaliyyət göstərən rezidentlər üçün kommunal xidmətlər üzrə də mühüm dəstək mövcuddur. 1 yanvar 2033-cü ilədək hər ay istehlak edilən kommunal xidmətlərə görə ödənişlərin 20 faizi dövlət tərəfindən geri qaytarılır.

Fiziki şəxslərin mehmanxana və hotel xidmətlərinə görə ödədiyi ƏDV-nin geri qaytarılması da stimullaşdırıcı mexanizmlərdən biridir: nağdsız ödənişlərdə 30 faiz, nağd ödənişlərdə isə 5 faiz geri qaytarılır.

Bölgədəki sənaye parklarının rezidentləri isə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən tam azaddır. Eyni zamanda, idxal olunan texnika və avadanlıqlar üçün ƏDV və gömrük rüsumu tətbiq edilmir ki, bu da müəssisələrin ilkin investisiya xərclərini əhəmiyyətli dərəcədə azaldır və layihələrin daha operativ şəkildə reallaşmasına şərait yaradır.

Qeyd edilənlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə sosial sığorta, kommunal xidmətlər və əmək münasibətləri ilə bağlı müvafiq güzəştlər tətbiq olunur.

Dövlətin təqdim etdiyi dəstək və güzəştlər Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə güclü stimul verir. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə rezident statusu alan sahibkarlıq subyektlərinin sayı ildən-ilə artır, yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayır, istehsal olunmuş məhsullar artıq ixrac edilir. Bu da bölgədə real sektorun formalaşmasına və dayanıqlı iqtisadi təməllərin qurulmasına şərait yaradır.

Bu stimullar məşğulluğun artırılmasına da mühüm töhfə verir. Yeni müəssisələrin fəaliyyətə başlaması yerli əhalinin əmək bazarına reinteqrasiyasını, ixtisaslı kadrların bölgəyə cəlb olunmasını sürətləndirir.

Ümumilikdə dövlətin təqdim etdiyi bu geniş dəstək və güzəşt mexanizmləri Qarabağ və Şərqi Zəngəzurun müasir, innovativ və rəqabətqabiliyyətli iqtisadi məkan kimi formalaşmasına xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş Prokurorluq mediada cinayət işinin guya yoxa çıxması ilə bağlı yayılan məlumatlara dair açıqlama yayıb  

16:07
25 Dekabr

Yerli mütəxəssislərin yaratdığı “Micro-SCADA” sistemi ilk dəfə “Xankəndi-1” yarımstansiyasında tətbiq olunub  

16:04
25 Dekabr

Kərkicahan qəsəbəsinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər  

16:03
25 Dekabr

Kərkicahanda bu ilin sonunadək 40, gələn il isə 280 ev təmir olunacaq  

16:01
25 Dekabr

Tarixi ədalətin və Qələbənin rəmzi - Xankəndi Zəfər parkı 

16:00
25 Dekabr

“Tərəqqi” medalı ilə təltif olunan alpinist: Vətən müharibəsindəki Zəfər mənə Everest yolunda ilham verdi  

15:48
25 Dekabr

Səfir: Bu il Çindən 57 mindən çox turist Azərbaycanı ziyarət edib  

15:47
25 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan  

15:44
25 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda biznesə dövlət dəstəyi sahibkarlığın inkişafına əlverişli şərait yaradır  

14:55
25 Dekabr

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiridən  

14:54
25 Dekabr

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan  

14:53
25 Dekabr

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerarddan  

14:52
25 Dekabr

Belçika-Niderland Koordinasiya Şurasının nəzdində fəaliyyət göstərən təşkilatlardan  

14:51
25 Dekabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Masallıda vətəndaşlarla görüşüb  

14:50
25 Dekabr

Baş nazir Əli Əsədov AZAL təyyarəsinin qəzasının birinci ildönümündə həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib

14:43
25 Dekabr

Xocalının daha iki kəndinə 133 nəfər qayıdıb  

14:42
25 Dekabr

Ağdam şəhərində 1-ci və 3-cü yaşayış komplekslərində söküntü və şaquli planlaşdırma işləri başa çatıb  

14:41
25 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində daha bir təqsirləndirilən şəxs son söz çıxışını yekunlaşdırıb  

14:27
25 Dekabr

Məmmədbəyli kəndində daha 29 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:26
25 Dekabr

Qırımızı bazarda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:25
25 Dekabr

Ağdamda yeni müəssisə inşa olunur - ildə 4 min dəst mebel və 6 min metal mebel aksesuarı  

14:23
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!