25 Dekabr 2025 13:43
160
CƏMİYYƏT
A- A+
Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirir  

Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirir  


Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu təsdiqləyib.

Səkkiz maddədən ibarət sənədə əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birilərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birilərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və müvafiq milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Sənədə uyğun olaraq, tərəflər öz milli qanunvericiliklərinə əsasən, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat üzrə əməkdaşlığı gücləndirəcək, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları bir-biri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə biləcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş Prokurorluq mediada cinayət işinin guya yoxa çıxması ilə bağlı yayılan məlumatlara dair açıqlama yayıb  

16:07
25 Dekabr

Yerli mütəxəssislərin yaratdığı “Micro-SCADA” sistemi ilk dəfə “Xankəndi-1” yarımstansiyasında tətbiq olunub  

16:04
25 Dekabr

Kərkicahan qəsəbəsinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər  

16:03
25 Dekabr

Kərkicahanda bu ilin sonunadək 40, gələn il isə 280 ev təmir olunacaq  

16:01
25 Dekabr

Tarixi ədalətin və Qələbənin rəmzi - Xankəndi Zəfər parkı 

16:00
25 Dekabr

“Tərəqqi” medalı ilə təltif olunan alpinist: Vətən müharibəsindəki Zəfər mənə Everest yolunda ilham verdi  

15:48
25 Dekabr

Səfir: Bu il Çindən 57 mindən çox turist Azərbaycanı ziyarət edib  

15:47
25 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan  

15:44
25 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda biznesə dövlət dəstəyi sahibkarlığın inkişafına əlverişli şərait yaradır  

14:55
25 Dekabr

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiridən  

14:54
25 Dekabr

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan  

14:53
25 Dekabr

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerarddan  

14:52
25 Dekabr

Belçika-Niderland Koordinasiya Şurasının nəzdində fəaliyyət göstərən təşkilatlardan  

14:51
25 Dekabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Masallıda vətəndaşlarla görüşüb  

14:50
25 Dekabr

Baş nazir Əli Əsədov AZAL təyyarəsinin qəzasının birinci ildönümündə həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib

14:43
25 Dekabr

Xocalının daha iki kəndinə 133 nəfər qayıdıb  

14:42
25 Dekabr

Ağdam şəhərində 1-ci və 3-cü yaşayış komplekslərində söküntü və şaquli planlaşdırma işləri başa çatıb  

14:41
25 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində daha bir təqsirləndirilən şəxs son söz çıxışını yekunlaşdırıb  

14:27
25 Dekabr

Məmmədbəyli kəndində daha 29 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:26
25 Dekabr

Qırımızı bazarda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:25
25 Dekabr

Ağdamda yeni müəssisə inşa olunur - ildə 4 min dəst mebel və 6 min metal mebel aksesuarı  

14:23
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!