Heyva və onun faydaları barədə nə bilirik?
Heyva xalq təbabətində heç də az istifadə olunmayan məşhur meyvələrdən biridir. Bəzi İslam mənbələrində heyvanın üç xüsusiyyəti göstərilir: Ürəyə aramlılıq (sakitlik) və şadlıq verir, paxılın əliaçıqlığına səbəb olur, qorxağı cəsarətli edir. Mənbələrdə deyilir ki, hər kim bir dənə heyva yeyərsə, Allah 40 gün hikməti onun dilindən axıdar. Qədim yunan qızları heyva yeyərlərmiş ki, gözəl olsunlar.
Bəs, il uzunu istifadə etdiyimiz heyva barədə, onun faydaları və faydalı xüsusiyyətləri barədə nə bilirik? Bu sualı cavablandıran Azərbaycan Tibb Universitetinin məzunu, peşəkar əczaçı Fəxrəddin İsayev AZƏRTAC-ın bölgə müxbirinə heyvanın vitaminlərlə, üzvü turşularla zəngin olmasından, bir sıra xəstəliklərdə müalicəvi əhəmiyyətindən danışaraq deyib: “Qızılgülçiçəklilər fəsiləsinə daxil olan heyvada insan üçün bir çox faydalı və müalicəvi maddələr var. Onlardan 4-5 faizə qədər şəkər, 2 faizə qədər üzvü turşular (alma, limon turşuları), karotin və C vitamini, aşı maddələri, efir yağı, dəmir duzları və sairi göstərmək olar. Heyva toxumlarında 14-18 faiz selikli maddələr, 10-20 faiz yağ, 1-2 faiz qətran və çoxlu miqdarda zülal var”.
Əczaçı bildirib ki, xalq təbabətində heyvanın yarpaqları qurudulub çay kimi dəmlənərək ürək ağrısında sakitləşdirici dərman kimi içilir. Heyvanın mürəbbəsi ürək zəifliyində qüvvətləndirici kimi, eləcə də həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir. Heyva mürəbbəsi qan azlığına da yaxşı təsir göstərir.
Heyvanın çubuqlarını dəmləyib içdikdə, yuxarı qan təzyiqini normallaşdırır. İç toxumlarını (cecəyini) dəmləyib (dəmləmə 1 saat davam edir) içdikdə, bəlğəmgətirici kimi təsir göstərir. Xalq təbabətində meyvələrini inək yağında bişirib nəfəs yolları xəstəliklərində işlədirlər. “Heyva faydalı xüsusiyyətləri ilə çox zəngindir. Heyvanın bütün növləri, xüsusilə şirin heyva insanı gümrahlaşdırır, o cümlədən baş ağrısını sakitləşdirir, qaraciyərə yaxşı təsir göstərir, ağızdan gələn pis qoxunu yox edir”, - deyə mütəxəssis söyləyib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Şeytanın kometası" sürətlə planetimizə yaxınlaşır
23 Aprel
Ən böyük qara dəlik aşkar edilib
23 Aprel
“Nothing” yeni smartfonunu təqdim edəcək
23 Aprel
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilməri...
23 Aprel
Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə...
23 Aprel
Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib
23 Aprel
Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir
23 Aprel
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb
23 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı...
23 Aprel
Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!