10 May 2025 08:52
436
SİYASƏT
A- A+
Heydər Əliyev üçün səhiyyə sağlam cəmiyyət demək idi

Heydər Əliyev üçün səhiyyə sağlam cəmiyyət demək idi


Müasir Azərbaycanın bütöv bir inkişaf mərhələsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilin iyul ayından başlanan bu şərəfli missiya özündə müasir tariximizin qürur doğuran səhifələrini cəmləşdirmişdir. Sovetlər zamanı Azərbaycanın iqtisadi baxımdan geridə qaldığı illərdə respublikamıza rəhbərliyə başlayan Ulu Öndər xalqımızı aydın gələcəyə, yüksək sosial rifaha aparan və eyni zamanda müstəqilliyimizin iqtisadi bazasını təşkil edəcək tərəqqi yolunun əsasını qoymuşdur. 

Ulu Öndər üçün ən vacib sahələrdən biri də insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, bilikli, peşəkar həkim kadrlarının hazırlanması olub. Böyük rəhbər ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb edib, onların yerli tibb müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışıb. Bununla da respublika səhiyyəsində mövcud olan durğunluq aradan qaldırılıb və bu sahədə inkişafa  müvəffəqiyyətlə nail olunub.

Heydər Əliyev dövlət müstəqilliyimizin ilk illərində də bu missiyanı layiqincə yerinə yetirmişdir. Ulu Öndər bu dəfə həm də müstəqilliyimizi qorumuş, dövlətçiliyimizi itirilməkdən xilas etmişdir. Bu gün müstəqil respublikamızda bütün sahələrdə əldə olunan inkişafın təməli Ümummilli Liderin ikinci dəfə ölkədə rəhbərliyə başladıqdan sonra qoyulmuşdur. Ulu Öndər həm də Azərbaycan səhiyyəsinin yüksəlişinin banisidir. 

Hələ Sovetlər İttifaqında dahi şəxsiyyətin sayəsində respublikamızda səhiyyənin hərtərəfli yenilənməsi üçün bütün mümkün tədbirlər həyata keçirilmiş, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi. 1970-1980-ci illərdə çoxsaylı səhiyyə obyektlərinin inşa edilməsi respublikamızda səhiyyənin inkişafı barədə aydın təsəvvür yaradır. Ulu Öndər o dövrdə səhiyyə ilə bağlı fəaliyyətini belə açıqlamışdır: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım". Tibb işçilərinin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, bilikli, peşəkar həkim kadrlarının hazırlanması olub.

Ümummilli Lider səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlərə kompleks yanaşırdı. Köhnə səhiyyə ocaqlarının yenidən qurulması, təzələrinin tikilməsi və ən müasir avadanlıqla təchiz edilməsi, eləcə də əhalinin kütləvi surətdə dispanser qeydiyyatının keçirilməsi və digər istiqamətdə tədbirlər reallaşdırıldı. Qısa zamanda Azərbaycanda Urologiya Xəstəxanası, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz və başqa tibb müəssisələri yaradıldı, əhalinin istifadəsinə verildi. Milli Onkologiya Mərkəzinin yeni korpusunun və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun yeni kompleksinin tikintisinə başlandı.

Müstəqilliyimizin ilk illərindəki ictimai-siyasi hadisələr, yaşanan böhran əhalinin sağlamlığının ağırlaşmasına səbəb olmuşdur. Demoqrafik göstəricilərin pisləşməsi ilə yanaşı, təhlükəli infeksion xəstəliklər çoxalmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra fərman və sərəncamların imzalanması, tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyənin səmərəsinin intensivləşdirilməsinə baza yaratdı. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il tarixli Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı. Bütün bunlarla yanaşı, bu strateji sahədə beynəlxalq əlaqələrin genişlənməsinə də diqqət ayrıldı. 1994-cü ildən başlayaraq, Respublika Səhiyyə Nazirliyində xarici əməkdaşlıq üzrə əlaqələr genişləndirildi. 1993-2003-cü illərdə bu sahədə bir sıra fundamental qanunlar - "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" və sair qəbul edildi.

O vaxtlar SSRİ səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan məşhur onkoloq alim akademik N.N.Bloxin çıxışlarından birində demişdir: "Heydər Əliyev səhiyyənin problemlərini və onların həlli yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və elə bu səbəbdən, eləcə də digər səbəblərdən də ona böyük hörmət və ehtiramla yanaşıram".

Heydər Əliyev Sovetlər İttifaqı miqyasında, eləcə də beynəlxalq aləmdə səhiyyənin və tibb elminin bütün istiqamətlərində fəaliyyət göstərən aparıcı mütəxəssislərlə sıx əlaqələr saxlayır, onların diqqətini Azərbaycana cəlb edir, bununla da respublikanın səhiyyə sisteminin inkişafına yeni töhfələr verirdi.

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində erməni təcavüzkarları Azərbaycan torpaqlarının 20 faizini işğal etdikdən sonra bütün sahələrdə olduğu kimi, ölkəmizin səhiyyə sistemində də tənəzzül yaranmışdı. İllərlə Ulu Öndər tərəfindən çətinliklə yaradılan tibb müəssisələri baxımsızlıq üzündən dağılır, maddi-texniki bazalar yararsız hala düşürdü. Xoşbəxtlikdən bu uzun sürmədi və 1993-cü il iyunun 15-də Ümummilli Liderin ölkəmizdə yenidən hakimiyyətə qayıdışı bu dağıntıların qarşısını ala bildi. Heydər Əliyev Azərbaycanın özü ilə birlikdə onun səhiyyə sisteminin də xilaskarına çevrildi. 

Səhiyyə sistemini yenidən canlandırmaq üçün Azərbaycan iqtisadiyyatının dirçəldilməsinə böyük ehtiyac yaranmışdı. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq uğrunda yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. 1994-cü il mayın 14-də imzalanan atəşkəs rejimi və həmin ilin sentyabr ayının 20-də imzalanan "Əsrin müqaviləsi" tarixə düşdü. Bundan sonra müstəqil Azərbaycan Respublikasında həm siyasi, həm də iqtisadi durum yüksələn xətt üzrə irəliləməyə başladı. Bu, dərhal ölkəmizin bütün digər sahələrində olduğu kimi bütövlükdə Azərbaycan səhiyyə sisteminin, tibb elmi və tibb təhsili sistemlərinin hərtərəfli inkişafı və tərəqqisində, maddi-texniki bazaların möhkəmləndirilməsində də özünü büruzə verdi.

Dünyaşöhrətli siyasətçi olan Heydər Əliyevin şəxsi nüfuzu sayəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələr yarandı. Bunun nəticəsində ölkəmizdə baş qaldıran bir sıra infeksion xəstəliklərin daha geniş ərazilərə yayılmaması üçün qabaqlayıcı tədbirlər görüldü. Yenidoğulmuşlarda və erkən uşaqlıq yaşı dövrünə aid körpələr arasında artmaqda olan uşaq ölümünün qarşısı alındı. Peyvənd çatışmazlığına son qoyuldu. 

Ümummilli Lider XX əsrin 90-cı illərinin ortalarında Rusiya Onkoloji Elmi Mərkəzinin baş direktoru akademik N.N.Trapeznikovu Bakıya dəvət etdi, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevin və Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanovun birgə iştirakı ilə Azərbaycanda onkoloji xəstəliklərin profilaktikası, müayinə və müalicəsi problemlərinin müzakirəsi aparıldı, bu sahənin və səhiyyənin digər sahələrinin hərtərəfli inkişafına xüsusi diqqət yetirildi.

Bu gün Azərbaycan səhiyyəsi Ulu Öndərin yürütdüyü siyasət nəticəsində dinamik inkişaf yolundadır. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.

Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti indi Ulu Öndərin siyasi kursuna əsaslanaraq qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi şəxsiyyətə məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir.


Mirhaşim CALALOV,

tibb üzrə fəlsəfə doktoru, Vətən müharibəsi iştirakçısı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!