14 İyul 2023 09:25
542
SİYASƏT
A- A+
Heydər Əliyev sıradan bir təqvim gününü fəaliyyəti ilə tarixə çevirmişdir

Heydər Əliyev sıradan bir təqvim gününü fəaliyyəti ilə tarixə çevirmişdir

 

İnsan cəmiyyəti təşəkkül tapandan bəri yaşam tərzini müəyyənləşdirmək, problemləri həll etmək, dövlət qurmaq, onun ərazisini qoruyub saxlamaq, cəmiyyəti idarə etmək haqqında düşünüb. Bu düşüncələr çərçivəsini müəyyənləşdirən, ona yeni ideya gətirənlər, cəmiyyəti idarə edən liderlər bu və ya digər formada tarixin yaddaşında qalırlar.
Bir çoxları hələ sağlıqlarında fəaliyyətləri  ilə tarix yazırlar. Məhz bu səbəbdən  həmin görkəmli şəxsiyyətlərin adları tarix durduqca yaşayır, hər gələn nəsil onları  öyrənir, qoyub getdikləri irsdən bəhrələnirlər. 
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz  belə tarixi şəxsiyyət, görkəmli dövlət  və siyasi xadimdir. Bu böyük şəxsiyyət birinci dəfə - 1969-cu ildə Azərbaycanın rəhbəri seçiləndə fəaliyyəti, geniş dünyagörüşü və siyasi çəkisinin ağırlığı ilə sübut etdi ki, o nəinki Azərbaycanı, hətta böyük sovetlər ittifaqını idarə etməyə qadirdir. Keçmiş sovet mətbuatını, xüsusilə 40-50 il əvvəlin qəzet-jurnallarını vərəqləməklə bu fikrin təsdiqini tapmaq mümkündür. O dövrün nüfuzlu mətbuat orqanları gənc Azərbaycan rəhbərinin idarəetmə üsullarından, qısa zamanda respublikanın əldə etdiyi  böyük uğurlardan çox yazmışlar. Və yazılanların hamısı da həqiqəti əks etdirmiş, Heydər Əliyevin fəaliyyətinə obyektiv qiymət vermişdir. 
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Elə ona görə də Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü daim xatırlanır, qeyd olunur. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış günüdür. 
1969-cu il iyulun 14-dən başlayaraq Azərbaycan iqtisadiyyatının inkişafı Ulu Öndərin fəaliyyətinin əsasını təşkil etdi. Çünki həmin vaxta qədər respublikamızda iqtisadi vəziyyət acınacaqlı idi. Azərbaycan SSR iqtisadi göstəricilərinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. Baxmayaraq ki, respublikanın imkanları yetərincə idi. Amma təbii sərvətlərimizdən əldə olunan gəlir Moskva tərəfindən digər müttəfiq respublikaların inkişafına yönəldilirdi, Nəticədə ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, respublikada işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu.
Az vaxtda Heydər Əliyev Azərbaycandakı bu tənəzzülə son qoydu. Onun hakimiyyətə gəlişi ilə həyatın bütün sahələrində yüksəliş, milli ruhun və mənəviyyatın oyanış dövrü başladı. Azərbaycan keçmiş SSRİ-də inkişaf tempinə görə ön sırada yer tutdu. Heydər Əliyevin dövlət xadimi və siyasi rəhbər kimi mövqeyi sovetlər birliyində o qədər möhkəmləndi ki, mərkəzi hakimiyyətdə təmsil olunan ermənilərin  yaratdığı bütün maneələrə baxmayaraq, Azərbaycanın böyük oğlu SSRİ-nin rəhbərlərindən biri kimi yüksək vəzifəyə irəli çəkildi. 
ABŞ-nin məşhur dövlət və siyasi xadimi Zbiqnev Bzejinski xatirələrində yazır: "Sovet İttifaqı dövründə Heydər Əliyevlə görüşməmişdim, amma, əlbəttə, onun haqqında eşitmişdim. Mən xüsusilə Ağ evdə çalışarkən sovet sistemi ilə maraqlanırdım və sovet liderləri ilə əlaqələrim var idi. Bilirdim ki, Heydər Əliyev aparıcı rəhbərlərdən biridir və onun adı hansısa məqamda hətta partiyanın baş katibi vəzifəsi üçün hallandırılırdı. Mən bilirdim ki, onun geniş siyasi təcrübəsi var. Heydər Əliyev Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin möhkəmləndirilməsi üçün, şübhəsiz, çox müsbət işlər görmüşdür. Siyasi sabitliyin yaradılması sahəsində gördüyü işin nə qədər səmərəli olduğunu isə hazırda heç kim qiymətləndirə bilməz. Azərbaycanın siyasi sistemi ilkin inkişaf mərhələsində olduğundan bu məsələyə qəti cavab vermək mümkün deyildir, bunu gələcək göstərəcəkdir". 
Bu, doğrudan da, belədir. Ulu Öndər Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarçısını alan xilaskardır. Bu xilaskarlığın tarixi Azərbaycan Respublikasının  SSRİ adlanan imperiyanın tərkibində olduğu  vaxtlara gedib çıxır. Ümummilli Lider 1969-1982-ci illərdə Azərbaycan üçün əlindən gələni əsirgəməmiş, onun inkişaf etməsi, çiçəklənməsi, ən qabaqcıl respublikalar sırasına çıxması yolunda bütün qüvvə və bacarığını sərf etmişdir. Azərbaycanı keçmiş  müttəfiq respublikalar sırasında önə çıxaran Heydər Əliyev həmin dövrdə respublikamızda yüzlərlə sənaye və kənd təsərrüfatı obyektləri tikdirmiş, Bakıda, eləcə də digər şəhər və rayonlarda çoxlu sayda yaşayış massivləri inşa etdirmiş, yollar və körpülər saldırmış, ucqar kəndlərə belə  elektrik və qaz xətləri çəkdirmişdir.
Heydər Əliyev dövrünün ən parlaq simalardan biri kimi Sovet İttifaqının rəhbərliyinə yüksələn ilk azərbaycanlı idi. Elə həqiqətlər var ki, onu  mütləq demək  lazımdır. Ulu Öndər keçmiş SSRİ-də rəhbər postlardan birinə yiyələnməklə yanaşı, Sov.İKP Siyasi Bürosu üzvləri arasında sovet rejiminin çökəcəyinin labüdlüyünü hamıdan tez hiss edən bir şəxsiyyət olmuşdur. Bununla bağlı  2001-ci ildə Ulu Öndər Rusiya telekanallarından  birinin "SSRİ niyə dağıldı?" sualına belə cavab vermişdi: "SSRİ-nin dağılması təsadüfi hadisə deyildi. SSRİ bütün bu illər ərzində bu süquta doğru gedirdi. Dağılması isə qanunauyğun yekun idi.  Bu, SSRİ-də və dünyada baş verən ictimai-siyasi proseslərin nəticəsi idi. Mən Moskvada işləmişəm, Siyasi Büronun üzvü olmuşam. O zamandan artıq hiss olunurdu ki, bu quruluşun perspektivi yoxdur. Sovet quruluşu  qapalı sistem üçün nəzərdə tutulmuşdu. Sonra ölkə yavaş-yavaş açıldıqca sovet ölkəsi ilə digər ölkələr arasında həyat səviyyəsi arasındakı fərq hiss olunmağa başladı. Bu fərq ildırım sürəti ilə olmasa da, tədricən insanlara təsir etməyə başladı".
Sovet imperiyası dağıldıqdan sonra Ümummilli Liderin hakimiyyətə qayıdışı dövlətimizin beynəlxalq təqdimatında böyük hadisə oldu. Onu dünya, sadəcə, təkcə kiçik bir ölkənin başçısı kimi yox, həm də vaxtilə dünyanın altıda bir hissəsinə malik və fövqəldövlət olan SSRİ-nin rəhbərlərindən biri kimi qəbul etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı həm də bütün dünyaya ismarış idi. Həmin ismarışın mahiyyəti belə idi: indi Azərbaycan rəhbərliyinə təcrübəli  və məşhur siyasətçi gəlib. İkinci dəfə rəhbərlik etdiyi 10 ildə o, Azərbaycanı dünyaya tamamilə başqa formada, xalqının və dövlətinin layiq olduğu şəkildə təqdim etdi. Ölkəmizin dünyaya inteqrasiya etməsi üçün ən zəruri addımları atdı.
Azərbaycan xalqının yaddaşına Ulu Öndərin adı ilə düşən 1969-cu ilin 14 iyulu respublikamızın tarixində dönüş günü, xalqımızın yaddaşında əlamətdar gün kimi qalır. Dövlətimizin mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında və Azərbaycan tarixinə 44 günlük savaşın akkordunu şərəflə yazan Böyük Zəfərdə də  həmin günün payı əvəzsizdir.

Züleyxa  ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!