18 Mart 2025 08:05
4023
SİYASƏT
A- A+
Heydər Əliyev qətiyyətinin təntənəsi

Heydər Əliyev qətiyyətinin təntənəsi


Ulu Öndərin prinsipial mövqeyi, dəmir iradəsi və xalqın öz liderinin ətrafında sıx birləşməsi 1995-ci ilin martında dövlətçiliyimizə qarşı yönəlmiş qəsdi puça çıxardı


1995-ci ilin məlum mart hadisələrindən 30 il ötdü. Həmin vaxt antiazərbaycançı qüvvələrin diktəsi ilə dövlət çevrilişinə cəhd edənlər, əslində, müstəqil Azərbaycan dövlətçiliyinə qarşı sui-qəsd yolu tutmuşdular. Azərbaycan Respublikasının Konstitusiya quruluşuna qarşı çıxanlar, hakimiyyətin zorla dəyişdirilməsi niyyəti ilə dövlətə silah tuşlayanlar həmin vaxt həm də xalqa xəyanət etdilər. 


Antiazərbaycançı qüvvələrin bütün bədnam niyyətləri iflasa uğradıldı


1995-ci ilin mart hadisələri Azərbaycanın sabit inkişaf və islahatlar yoluna qədəm qoyduğu dövrə təsadüf edirdi. Məlum olduğu kimi, 1993-cü ildə Heydər Əliyevin xalqın istək və arzusu ilə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızın həyatında və tarixində tamamilə yeni mərhələ başladı. Bu, müstəqilliyimizin qorunmasından tutmuş, cəbhədə həyata keçirilən uğurlu döyüş əməliyyatlarına, ərazilərin işğaldan azad edilməsinə, ölkədə qanunçuluğun möhkəmləndirilməsinə qədər özünü göstərirdi. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyimizin əsaslarını möhkəmləndirmiş, ölkə vətəndaşlarının sabaha olan inamını təmin etmişdi. 1994-cü ilin may ayında cəbhədə atəşkəs elan edilməsi, sentyabr ayında isə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın qədəm qoyduğu inkişaf dövrünün başlanğıcı idi. "Əsrin müqaviləsi" 1995-ci ildə reallaşmağa başlanacaqdı. Xarici investorlarla daha bir iri neft müqaviləsi hazırlanır, ölkənin sosial-iqtisadi inkişafını müəyyənləşdirən perspektivlər nəzərdən keçirilirdi. 1995-ci ilin payızında isə ölkə konstitusiyası qəbul edilməli, yeni parlament seçilməli, bir sözlə, Azərbaycanda hüquqi, demokratik dövlətin inkişafı dönməz xarakter almalı idi.

Bu mənada həmin vaxt baş verənlər respublikamızda dövlət quruculuğunun ilk praktik uğurlarının önünü kəsməyə yönəlmiş cəhd idi. Onu da qeyd edək ki, Azərbaycan dövlətçiliyinə qəsd edənlər öz məkrli planlarını hələ bundan əvvəl, 1994-cü ilin sentyabrında həyata keçirməyə cəhd etmiş, lakin yaddan çıxarmışdılar ki, hakimiyyətdəki AXC-Müsavat cütlüyü yox, böyük siyasətçi, xalqın əzmkar lideri Heydər Əliyevdir. Azərbaycanın müstəqilliyini öz çirkin məqsədlərinə qurban verməyə hazır olan, respublikamızı başqa dövlətlərin himayəsində görmək, hətta onu quberniyalara belə bölmək istəyən cinayətkar ünsürlər bundan dərs götürməyərək 1995-ci ilin martında yenidən antikonstitusion əməllərə əl atdılar. 

Ancaq bu məkrli planı hazırlayanlar və icra edənlər bir neçə məqamı görməzdən gəlmişdilər: Heydər Əliyevin qətiyyətini və şəxsiyyətinin əzəmətini, o cümlədən Azərbaycan xalqının öz rəhbərinə olan sarsılmaz inamını. Bəli, məhz Heydər Əliyevin qətiyyəti və siyasi dühası, xalqımızın öz liderinin ətrafında sıx səfərbər olmasının nəticəsində antiazərbaycançı qüvvələrin bütün bədnam niyyətləri iflasa uğradı. 


Azərbaycan dövlətçiliyi amansız bir sınaqdan alnıaçıq çıxdı


30 il əvvəl, 1995-ci ilin martında hakimiyyət dəyişikliyi cəhdinin qarşısının qətiyyətlə alınması Azərbaycan dövlətçiliyini ciddiyə almayaraq öz məkrli niyyətlərini həyata keçirmək istəyənlərə birdəfəlik və sərt cavab oldu. Mart hadisələri Azərbaycan dövlətçiliyinin möhkəm, qüdrətli olduğunu göstərdi, ona qarşı zor işlətməyin mənasızlığını sübut etdi. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirdi.

Beləliklə, 1993-cü ildə siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın müstəqilliyini xilas etdi. 1995-ci ilin martında isə Heydər Əliyev müstəqil dövlətçiliyimizi qorudu, antiazərbaycançı qüvvələrin məkrli planlarının qarşısını aldı.  Məhz Ulu Öndərin sayəsində Azərbaycan amansız bir sınaqdan alnıaçıq çıxdı. Heydər Əliyevin prinsipial mövqeyi, dəmir iradəsi, qətiyyəti və xalqın öz liderinin müdafiəsinə qalxması dövlətçiliyimizə yönəlmiş qəsdi puça çıxardı.  Antimilli şəbəkənin planlarının iflasa uğradılması Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin, milli maraqlarının qorunmasının və gücləndirilməsinin möhkəm əllərdə olduğunu göstərdi. Bununla həm də silahlı yolla hakimiyyətə gəlmək ənənəsinin qarşısı bərdəfəlik alındı, hərbi müxalifət anlayışına birdəfəlik son qoyuldu.  Hadisələrin təşkilatçıları və iştirakçıları isə layiqli cəzalarını aldılar.

1995-ci ildə Azərbaycanda sabitlik tam təmin olundu, yeni Konstitusiyanın layihəsi hazırlandı, Milli Məclisə ilk seçkilər keçirildi, inkişafa gedən yolların etibarlı təməlləri yaradıldı. Bu mənada Azərbaycanın yüksəlişinin təməlində Ulu Öndər Heydər Əliyevin həmin gərgin dönəmlərdə nümayiş etdirdiyi qətiyyət dayanır. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftə 191 mina və 1661 partlamamış hərbi sursat zərərsizləşdirilib

12:43
13 Aprel

Ekspertlər neft qiymətlərinin 140-150 dollara yüksələ biləcəyi barədə xəbərdarlıq edirlər  

12:36
13 Aprel

Sabah Bakı, Sumqayıt və Abşeronda bu ayın pensiyaları ödəniləcək

12:26
13 Aprel

Xınalıq yolundakı “qar divarları” - FOTOLENT

12:16
13 Aprel

Dövlət vəsaitlərinin bərpası istiqamətində 93,9 milyon manat icra olunub  

12:06
13 Aprel

Hesabat: Sudanda milyonlarla insan gündə bir dəfə qidalanaraq həyatda qalır

12:03
13 Aprel

Bu ilin I rübündə ölkədə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

11:55
13 Aprel

Hesablama Palatası ötən il aşkarladığı maliyyə uyğunsuzluqlarının məbləğini açıqlayıb

11:49
13 Aprel

“Könüllülər Yurdu – Azərbaycan” layihəsi başa çatıb

11:47
13 Aprel

Avstraliyada ordu komandanı təyin edilən ilk qadın  

11:33
13 Aprel

“Atəşkəs” sona çatdı: Rusiya Ukraynaya dron zərbələri endirib

11:28
13 Aprel

Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar  

11:13
13 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

11:08
13 Aprel

COVID-19-un ağciyər xərçəngi riskinə mümkün təsiri araşdırılıb

11:01
13 Aprel

Türkiyə 119 ölkədən 2700-dən çox FETÖ terrorçusunun ekstradisiyasını gözləyir

10:54
13 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:43
13 Aprel

Bəzi yerlərdə yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensivdir – FAKTİKİ HAVA

10:38
13 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:32
13 Aprel

Brüssel Macarıstandakı seçkilərin nəticələrini müsbət qiymətləndirib

10:26
13 Aprel

İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və “yaşıl kart”ı ləğv edilib

09:54
13 Aprel

Tramp: ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır  

09:49
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!