01 May 2024 08:35
212
CƏMİYYƏT
A- A+

Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb

 

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda "91-lər"dən olan Şahlar Əsgərovun "Heydər Əliyevin həyatının unikal səhifələri" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Heydər Əliyev ideyalarının xalqımızın mənəvi sərvəti olduğunu vurğulayıb. O, sözügedən kitabın Ümummilli Liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərinin ictimai diqqətə çatdırılması üçün mühüm mənbə olduğunu qeyd edib.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi mərhələlər dövlətçiliyimizin və xalqımızın intibahında tarixi əhəmiyyət daşıyıb. 
Kitabın müəllifi, YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən olan professor Şahlar Əsgərov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın tərəqqisinə həsr edib. Onun sözlərinə görə, müstəqil Azərbaycan Ulu Öndərimizin şah əsəridir. Ş.Əsgərov kitabda Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin əks olunduğunu diqqətə çatdırıb. Müəllif Heydər Əliyevin milli-mənəvi dəyərlərə daim böyük önəm verdiyini və bütün həyatı boyu bu dəyərləri qoruduğunu vurğulayıb.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırdığını qeyd edib. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, hər zaman tədqiqatlar mövzusu olacaq. Heydər Əliyev yolu Azərbaycanın gələcək inkişafında da mayak rolunu oynayacaq.
Tədbirdə həmçinin AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov, "91-lər"dən olan Novruz Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhs edib, təqdimatı keçirilən kitabın bu irsin öyrənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıblar. Onlar gəncləri Heydər Əliyev irsini dərindən öyrənməyə çağırıblar.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video