12 Dekabr 2021 00:18
2918
SİYASƏT
A- A+
Heydər Əliyev dühası

Heydər Əliyev dühası

 

XX əsr Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Ulu Öndər Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, Azərbaycanı bütün dünyaya tanıtmışdır.

Böyük istedadı və uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ hökumətinin ali hakimiyyət vəzifələrinə qədər yüksəlmiş, türk dünyasının böyük oğlu Heydər Əliyev bu imkanlardan xalqının iqtisadi və sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə edə bilmişdir. O, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərmişdir.

Bu dünyaşöhrətli dahi şəxsiyyət haqqında dünyanın görkəmli elm, mədəniyyət, siyasət, dövlət xadimləri, diplomatları, hökumət başçıları çox yüksək fikirlər söyləmişlər. Həmin fikirlərdə zəmanəmizin bu nadir şəxsiyyətinin dahiliyi, həm də onun 30 ildən artıq bir dövrdə Azərbaycan tarixində oynadığı rol dəqiq göstərilmiş və yüksək qiymətləndirilmişdir. Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin belə bir fikrini xatırlayaq: “Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin yaradılması, asayişin bərpa olunmasıdır. Bu, asan iş deyildi. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşım üçün ən vacib şey müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir. Heydər Əliyev öz həyatını təhlükə altına alaraq Azərbaycandakı qardaş qırğınına son qoymuşdur”.

 İlk dəfə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olmuşdur. 30 ildən artıq müddəti əhatə edən dövrdə Azərbaycan Respublikasının və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş uğurlar Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə sıx bağlı olmuşdur. Qədirbilən xalqımız öz böyük oğlunun millət naminə gördüyü möhtəşəm işlərə qiymət verərək bu dövrü çox haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi dəyərləndirir.

Xalqımızın çətin sınaqlarla qarşılaşdığı həmin dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamış, ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almış, özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.

Vurğulamaq lazımdır ki, Sovetlər İttifaqı dövründə Azərbaycan postsovet məkanında Heydər Əliyevin rəhbərliyi və təşkilatçılıq bacarığı sayəsində misli görünməmiş nailiyyətlər əldə etmiş, həmişə digər respublikalara nümunə olmuşdur. Azərbaycanın sənaye, kənd təsərrüfatı, tikinti, elm, təhsil və səhiyyə sahələrində, sözün əsl mənasında, inqilabi sıçrayışlar baş vermişdir. O illərdə SSRİ-nin birinci şəxsinin söylədiyi “Azərbaycan iri addımlarla irəliləyir” fikri dillər əzbəri idi.

Heydər Əliyevin fəaliyyətinin müəyyən bir dövrü onun Moskva həyatı, Siyasi Bürodakı fəaliyyəti ilə bağlı idi. Moskvada çalışdığı dövrdə o, Azərbaycanı bir an da olsun yaddan çıxarmır, respublikamızın yüksəlişi naminə əlindən gələni əsirgəmirdi.

 Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın hansı vəziyyətə düşməsi və nə kimi təhlükələrlə üzləşdiyi hamımızın yaxşı yadındadır. Həmin dövrdə Azərbaycanın iqtisadiyyatı dağıdılmlş, ölkədə siyasi böhran ən yüksək həddə çatmış, dövlət müstəqilliyinin itirilməsi üçün real təhlükələr yaranmış, vətəndaşların konstitusion hüquqlarının kütləvi şəkildə pozulması adi hala çevrilmişdi.

Məhz Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin “olum, ya ölüm” dilemması qarşısında qaldığı 1993-cü ildə doğma xalqının israrlı tələbi ilə yenidən hakimiyyətə gələrək ölkənin sükanı arxasında dayandı və müstəqilliyimizin qorunub saxlanmasına nail oldu. Ölkə fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi, böyük quruculuq işlərinə başlanıldı.

 Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin inkişafının sosial-iqtisadi istiqamətləri ilə yanaşı, qanunun aliliyini təmin edən dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının real təmini üçün bütün lazımi əsaslar yaradılmış, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutmuşdur.

 Heydər Əliyevin ən böyük xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası idi. Ulu Öndər milli Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, Şərqdə ilk dəfə ölüm cəzasını ləğv etdi. Mətbuat üzərində senzura götürüldü. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı - bələdiyyələr yarandı. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, Bakıda dünya azərbaycanlılarının qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlandırılması, azərbaycançılıq ideyasının, milli özünüdərkin gücləndirilməsi Ümummilli Lider Heydər Əliyev zəkasının bəhrəsidir.

 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının I qurultayı diasporumuzun formalaşması baxımından Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. 36 ölkədən 406 nümayəndə və 63 qonağın qatıldığı bu mötəbər məclisdə Moldovadan diaspor rəhbəri kimi mən də iştirak edirdim. Qurultayda Heydər Əliyevin dediyi bu fikri heç vaxt unutmuram: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birimizin hüquqlarının qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik. Yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerlilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın gələcəyi nədir?!” Ulu Öndər Heydər Əliyevin bu fikirləri dünya azərbaycanlılarının təşkilatlanması prosesinin tarixi zərurət olduğunu təsdiqləyirdi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək inkişaf strategiyasını işləyib hazırladı. Onun mərhələ-mərhələ həyata keçirilməsi yolundakı maneələr aradan qaldırılmaqla “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqavilələrinin imzalanması və Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu sayəsində Ümumdünya Kommunikasiya Proqramının mühüm tərkib hissəsi olan tarixi İpək Yolunun bərpasına başlanması nəticəsində irimiqyaslı xarici investisiyaların respublikamıza axını başladı, hərtərəfli iqtisadi islahatlar keçirilməklə bazar iqtisadiyyatının və azad sahibkarlığın bərqərar olması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası prioritet istiqamətlərə çevrildi

 Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, misilsiz təşkilatçılıq işləri ilə yanaşı, çox zəngin elmi-nəzəri və mənəvi irs yaratmışdır. Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin qızıl fonduna daxil olmuş, milli dövlət quruculuğu prosesində əvəzsiz sərvətə çevrilmişdir.

 Azərbaycan Respublikasının müasir inkişaf mərhələsində Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ edilməsi ölkəmizin bütün vətəndaşlarının, alimlərinin, mütəxəssislərin, o cümlədən dövlətimizin gələcəyi olan gənc nəslin ən əsas vəzifəsidir.

Görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin azərbaycanşünaslığa böyük töhfə kimi qiymətləndirilə biləcək irsi bütövlükdə qədim və müasir tariximizin, milli ideologiyamızın, rəngarəng mədəniyyətimizin və elmimizin müxtəlif sahələrində aparılan sanballı elmi araşdırmaların zəngin metodoloji əsasıdır. Bu, böyük şəxsiyyətin elmi-nəzəri irsi, eyni zamanda müstəqil Azərbaycan dövlətinin qorunması, çiçəklənməsi və daha da inkişaf etdirilməsi üçün elmi baza rolunu oynayır.

 Azərbaycanın gələcək inkişaf perspektivlərinin hazırlanmasında və milli tərəqqi konsepsiyasının müəyyənləşdirilməsində Heydər Əliyevin irsi çox zəngin mənəvi sərvətdir. Çünki bu, zamanın diktəsi ilə hazırlanmışdır və xalqımızın müasir tarixinin təcəssümü kimi əvəzsiz dəyərə malikdir.

Ulu Öndər Heydər Əliyev bütün səy və bacarığı ilə dövlətçiliyimizi, müstəqilliyimizi qoruyub saxlamağı bacardı. Azərbaycanın beynəlxalq aləmdəki imicini yüksəltdi. Nəticədə respublikaya külli miqdarda xarici investisiyalar gətirildi və bu, ölkənin inkişafına böyük təkan verdi.

Həyatının və siyasi fəaliyyətinin amalı, qayəsi olan doğma Azərbaycanın tərəqqisi və çiçəklənməsi Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi, böyük zəhməti, fitri istedadı sayəsində mümkün olmuşdur. Onun yaratdığı idarəetmə mexanizmi xalqımızın hələ bundan sonra uzun dövr üçün yaxşı yaşamasını, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcəkdir.

 Ümummilli Lider Heydər Əliyev istər 70-80-ci illərdə,istərsə də müstəqillik illərində ölkənin energetika sahəsinə xüsusi qayğı və diqqət göstərmişdir. Bu gün paytaxtımızda və eləcə də regionlarımızda energetika sektorunda müsbət dəyişikliklər baş verir. 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan artıq onun ixracatçısına çevrilib.

Mən bir alim, bir Azərbaycan vətəndaşı kimi qürur hissi keşirirəm ki, işıqlı düha sahibi, bənzərsiz insan, türk dünyasının sevimlisi, iftixarı Heydər Əliyevlə şəxsi görüşüm olub. 1997-ci ilin noyabrında mən Moldovada çalışarkən bu ölkənin Prezidenti Petru Lucinschi ilə birlikdə nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmişdim. Cənab Petru Lucinschiyə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi ilə bağlı keçirilən mərasimdə Heydər Əliyevlə ikilikdə görüşüb söhbət etdik. Ulu Öndər qürbətdə yaşayan bir azərbaycanlı kimi məni çox mehribanlıqla qarşıladı, gələcək fəaliyyətimdə, xüsusilə milli diasporumuzun təşəkkül tapması sahəsində mənə öz tövsiyələrini verdi. Bu tarixi görüş mənim ömür yolumu işıqlandırdı, bundan sonra Vətənə, xalqa, doğma Azərbaycana daha sıx tellərlə bağlandım.

Heydər Əliyev qətiyyət və böyük şəxsiyyət deməkdir. O, Azərbaycan xalqını syasi, iqtisadi, mədəni və mənəvi cəhətdən daha yüksəkliyə qaldırdı.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı idarəçilik məktəbi dövlətimizin davamlı inkişafının qarantıdır və onun gələcək yüksəlişinin işıqlı olacağına heç bir şübhə yeri qoymur. Azərbaycan işıqlı ölkəyə çevrilib. Ulu Öndər Heydər Əliyevin idarəçilik məktəbinin ən layiqli yetişdirməsi olan möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda bərqərar olan siyasi, iqtisadi və sosial inkişaf siyasətini  uğurla davam etdirməsi hamımızda böyük nikbinlik, gələcəyimizin daha da möhtəşəm olacağına daxili inam hissi yaratmışdır. Azərbaycanın bütün sahələr üzrə beynəlxalq aləmə inteqrasiyası ölkəmizin xoş gələcəyindən, Cənubi Qafqazda liderliyini qoruyub saxlayacağından xəbər verir. Azərbaycan Respublikasının vaxtilə qarşısında duran işsizlik probleminin aradan qaldırılması istiqamətində Prezident cənab İlham Əliyevin apardığı titanik işlər əminlik yaradır ki, yaxın bir neçə il ərzində bu problem də tamamilə həllini tapacaq, insanların həyat tərzi daha da yaxşılaşacaqdır.

Bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu dünyəvi və demokratik Azərbaycan dövləti öz tarixinin coşqun yüksəlişi ilə müşayiət olan şərəfli bir dövrünü yaşayır. Bugünkü müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Böyük iftixar hissi ilə qeyd etməliyik ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərimizin dövləti idarəetmə ənənələri uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqının parlaq gələcəyinə inamı daha da artırır.

 

Tanrıverdi MUSTAFAYEV,

“Azərişıq” ASC sədrinin müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!