17 İyun 2022 17:11
627
SİYASƏT
A- A+
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 22-ci buraxılışı münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.

Ali Məclisin Sədri kursantları salamlayıb.

Kursantlar orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 22-ci buraxılışı münasibətilə kursant, zabit və müəllimləri, valideynləri və bütün tədbir iştirakçılarını təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun əsasını qoymuş, siyasi fəaliyyətinin bütün dövrlərində bu məsələni diqqətdə saxlamışdır. Sovetlər Birliyi dövründə ilk hərbi məktəbi təsis etməklə bu sahədə kadr hazırlığına başlayan Ulu Öndər 1992-ci ildə Naxçıvanda ilk milli ordu qurumunu yaratmış, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini formalaşdırmışdır. Müstəqillik dövründə ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirləri sırasında Ümummilli Liderimizin Sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yaradılması xüsusi yer tutur. Ulu Öndər 1999-cu ildə hərbi liseydə olarkən demişdir: “Müstəqil Azərbaycan yaşamalıdır, inkişaf etməlidir. Onun çox güclü ordusu bu gün də, gələcəkdə də olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, müstəqil Azərbaycanın özünün də hərbi sərkərdələri olsun”.

Ali Məclisin Sədri deyib: Ötən dövrdə Ümummilli Liderin arzuları reallığa çevrilmiş, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. Hərbi lisey Azərbaycan ordusunun komandan-zabit heyətinin formalaşdırılması işinə öz töhfəsini vermişdir. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 310 kursant təhsil alır. Ötən dövrdə hərbi liseyi 3 mindən artıq kursant bitirmişdir. Liseyin kursantları hərbi xidmət dövründə nizam-intizamı, bilik və bacarığı, hərbi səriştəsi ilə daim seçilmişlər. İkinci Qarabağ müharibəsində də Heydər Əliyev adına Hərbi Liseyin məzunları qəhrəmanlıq göstərmiş, şəhidlik zirvəsinə yüksəlmişlər.

Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirərək demişdir: Ölkəmizdə ordu quruculuğu yeni mərhələdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin yolunu uğurla davam etdirərək ordumuzun döyüş qabiliyyətinin artırılması və peşəkar komandan-zabit heyətinin formalaşdırılması sahəsində ardıcıl tədbirlər görür, hərbi təhsil sistemi təkmilləşdirilir. Eyni zamanda hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, xidməti yaşayış kompleksləri istifadəyə verilir. Bu gün müasir hərbi məktəblərdə təhsil aldığınız kimi, gələcəkdə də hər cür imkanlara malik hərbi hissələrdə xidmət edəcəksiniz. Siz qalib ölkənin qalib ordusunun zabiti adını daşıyacaqsınız. Bu, böyük şərəf və məsuliyyət deməkdir. Ona görə də ali hərbi təhsil illərində hərbi bilikləri və texnologiyaları dərindən mənimsəməli, qarşıya qoyulan döyüş tapşırıqlarının icrasına hər an hazır olmalısınız. Sizdən əvvəlki məzunların xidməti fəaliyyəti hər biriniz üçün nümunə olmalı, bu illər ərzində formalaşmış ənənə davam etdirilməlidir.

“Zabit olmaq üçün təkcə hərbi və fiziki hazırlıq kifayət etmir”,- deyən Ali Məclisin Sədri Ulu Öndərimizin “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir zabit vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır” fikirlərini xatırladaraq bildirib ki, gələcəkdə hansı ali hərbi məktəbdə təhsil almağınızdan asılı olmayaraq çalışmalısınız ki, fiziki və hərbi hazırlıqla yanaşı, həm də peşəkar, vətənpərvər və dövlətçiliyinə bağlı hərbçilər kimi formalaşasınız. Tariximizə, dəyərlərimizə sahib çıxmaq, xidməti borcunuzu şərəflə yerinə yetirmək qarşınızda duran əsas vəzifələrdir.

Ali Məclisin Sədri bu vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə kursantlara uğurlar arzulayıb, onları bir daha buraxılış münasibəti ilə təbrik edib.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov buraxılış mərasimində çıxış edərək deyib: Naxçıvanda fəaliyyət göstərən və Azərbaycan xalqının müdrik oğlunun yadigarı olan hərbi lisey ordumuzun kadr hazırlığı işinə mühüm töhfədir. Hər il hərbi təhsil ocağında məzunlar günündə Ali Məclis Sədrinin iştirakı kollektivdə böyük ruh yüksəkliyi yaradır. Hərbi liseydə kursantların vətənpərvərlik tərbiyəsinə üstünlük verilərək tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılanması daim diqqət mərkəzindədir. Hər bir tədris ilinin ilk günlərindən məzun olanadək kursantlarımızın Vətənimizə, xalqımıza və müstəqil dövlətimizə sədaqətlə və ləyaqətlə xidmət edən zabit və nümunəvi vətəndaş kimi yetişmələri üçün pedaqoji kollektiv bütün bilik və bacarığı, yüksək tələbkarlıq və məsuliyyət hissi ilə çalışır. Bunun nəticəsidir ki, kursantlar il ərzində şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında, “STEAM təhsil festivalı”nda iştirak edərək layiqli yerlər tutublar. Adlarını zəfər tarixinə əbədi həkk etmiş şəhid məzunlarımız bugünkü kursantlarımız üçün nümunədir. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Elşad Həsənov göstərilən diqqət və qayğıya görə hərbi liseyin şəxsi heyəti adından minnətdarlıq edib.

Heydər Əliyev adına Hərbi Liseyin məzunu Cavid Cavadov deyib: “Bu gün kursantların həyatına əlamətdar tarix kimi daxil olur. Ulu Öndərimiz tərəfindən yaradılmış hərbi liseyə qəbul olmuş hər bir yeniyetmə kursant adını daşıdığı üçün fəxr edir və özlərini Vətən müdafiəçisi sayırlar. Biz bu hərbi liseydə təhsil aldığımıza görə fəxr edir və işıqlı gələcəyimizə inanırıq. Məhz Ali Məclis Sədrinin diqqət və qayğısının nəticəsidir ki, geniş və işıqlı, ən müasir tədris avadanlıqları olan siniflərdə müxtəlif fənlər üzrə dərslər keçirik. Hərbi liseyin həm açıq, həm də qapalı idman zallarında, idman şəhərciyində asudə vaxtlarımızda və idman dərslərində fiziki hazırlığımızı təkmilləşdiririk. Heydər Əliyev adına Hərbi Liseyin kursantları olaraq Vətənimizin xoşbəxt gələcəyi və müstəqilliyimizin qorunub saxlanması yolunda var gücümüzlə çalışacaq, ali hərbi məktəblərdə təhsilimizi yüksək səviyyədə davam etdirəcək, istənilən tapşırığı yerinə yetirməyə daim hazır olacağıq. Göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildirir və əmin edirik ki, Heydər Əliyev adına Hərbi Liseyin adını daim uca tutacağıq”.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, onları mükafatlandırıb.

Kursant Rəmzi Bağırov təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.

Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Ali Məclisin Sədri hərbi liseyin yataqxanasında olub, kursantların məişət şəraiti ilə maraqlanıb.

Sonra Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.

Ali Məclisin Sədri valideynlərlə görüşüb, vətənpərvər övladlar yetişdirdikləri üçün onlara təşəkkürünü bildirib, bir daha hərbi liseyin buraxılışı münasibətilə təbriklərini çatdırıb.

Valideynlərdən Ramin Tarverdiyev və Fatma Heydərova yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!