07 Oktyabr 2023 09:00
1412
SİYASƏT
A- A+
Hesab verməyin zamanı çatdı

Hesab verməyin zamanı çatdı

 

Dövlətimizə və xalqımıza qarşı cinayətlər törətmiş canilərin hər biri Azərbaycan qanunları ilə layiq olduqları cəzalarını alacaqlar

 

Ötən ay həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağdakı qondarma respublikanın mövcudluğuna birdəfəlik son qoyuldu. Artıq Azərbaycan torpaqlarında separatçı rejim və "boz zona" yoxdur. Ermənistanın və dünya erməniliyinin torpaqlarımızda  ikinci erməni dövləti yaratmaq xülyası tarixin zibilliyinə atılıb.

 

Qətiyyətin və siyasi iradənin təcəssümü

 

Bütün uğurlar Prezident İlham Əliyevin qətiyyətinin, güclü siyasi iradəsinin sayəsində əldə olunub. Qarabağ üzərində suverenliyimizin təmin olunması, dövlətimizin qüdrətinin, nüfuzunun təcəssümüdür. Təsadüfi deyil ki, başda Fransa olmaqla erməni təəssübkeşləri nə qədər hay-həşir salsalar da, Azərbaycan dövlətinin yaratdığı yeni reallıqlara təsir etmək gücündə deyillər. Təsadüfi deyil ki, Azərbaycana qarşı sanksiyaların mənasız olacağını birmənalı şəkildə ermənilərin yanında yer alan Fransanın prezidenti E.Makron da etiraf etdi. Avropa Parlamentinin oktyabrın 5-də qəbul etdiyi qətnamə isə əvvəlkilər kimi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil.
Azərbaycan dövləti yalnız torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası ilə kifayətlənmədi. Belə ki, dövlətimiz həm də onilliklər boyu torpaqlarımızda separatçılıqla məşğul olanları, müharibə cinayətləri törədənləri, hərbi caniləri də tapıb həbs edərək, ədalət mühakiməsinə çıxarır.
Hələ bir neçə ay əvvəl Vaqif Xaçatryan adlı müharibə canisinin həbs olunması, əslində, ondan xəbər verirdi ki, əli xalqımızın qanına bulaşan, Xocalıda cəlladlıq edən, separatizmə dəstək verən, Azərbaycanı təhdid edən qondarma rejimin bütün ünsürləri gec-tez Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar. Bu ilin mayında Prezident İlham Əliyev Laçından separatçılara xəbərdarlıq edərək demişdi: "Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər". 

 

Onları qandallayan güclü Azərbaycan dövlətidir 

 

Prezident İlham Əliyev dedi və etdi. Xəbərdarlıqlardan nəticə çıxarmayan, dövlətimizi təhdid edən, müharibə cinayətləri törədən,  separatçılığı maliyyələşdirən Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan kimi ünsürlər indi Azərbaycan qanunları qarşısında cavab verirlər. Bu həmin  Ruben Vardanyandır ki, Xankəndidə oturub terrorçuluğu maliyyələşdirir, Azərbaycana qarşı hədyanlar söyləyirdi. 
Arayik Harutyunyan isə 2000-ci ildə qondarma respublikanın "prezidenti" kimi "andiçməsini" Şuşada keçirmiş, "vəzifəsinə" başladığı ilk gündən bizi əsassız iddialarla hədələmək yolu tutmuşdu. Vətən müharibəsində isə bu cani Gəncənin raket atəşinə tutulması üçün əmr verdiyi ilə qürurlanmışdı.
Ayrı-ayrı vaxtlarda separatçı rejimə rəhbərlik etmiş Arkadi Qukasyan və Bako Sahakyan da əlləri xalqımızın qanına bulaşmış canilərdir. Bu ünsürlər yəqin ki, nə vaxtsa həbs olunacaqlarına inanmaq istəməzdilər. Lakin bu baş verdi və bir vaxtlar torpaqlarımızı işğal etmələri ilə qürurlanan, Azərbaycanı yeni ərazilərin işğalı ilə təhdid edən, Şuşada yallı gedən bu ünsürlərin artıq əlləri qandallanıb. Onları qandallayan isə güclü Azərbaycan dövlətidir. 
Bəli, haqq-hesabın vaxtı çatdı. Vaxtilə Qarabağda mülki azərbaycanlı əhaliyə qarşı cinayətlər həyata keçirmiş, Xocalı soyqırımını  törətmiş, dövlətimizə və xalqımıza qarşı terrorçuluqla məşğul olmuş canilərin hər biri Azərbaycan qanunları ilə layiqli cəzalarını alacaqlar.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!