06 Aprel 2024 09:25
3230
Səhiyyə
A- A+

Həkimlik ruh sənətidir

"Ruhu sağlam olmayan həkim ona müraciət edən xəstələrlə münasibət qurub inam yarada bilməz. Mənəviyyatı sağlam olmayan həkimin fiziki cəhətdən xəstə olan adamı müalicə etmək həvəsinə düşməsi absurddur. Əsl həkim xəstəsinin ürəyini görməyi, onunla ruhən təmas qurmağı bacarmalıdır. Həkimin ruhunda, düşüncəsində özünü görməyən, doğmalığı hiss etməyən xəstənin inamı itir. Həkim-xəstə münasibətində  inam, etibar olduqca çox vacibdir, çünki bu, çox dərdin dərmanıdır"...
Gənc həkim-radioloq Şeyla Əhmədova bizimlə söhbətində həkim-xəstə münasibətləri haqqında düşüncələrini bölüşür. Şeyla xanım deyir ki, həkim xəstəsi ilə ünsiyyət yaradıb danışmağı bacarmalıdır. İlk baxış, həkimin xəstəyə yanaşması bəzən ağır bir xəstənin həyata qayıtmasına, yaşamasına səbəb olur.  
Şeyla Samir qızı Əhmədova 1989-cu il martın 19-da Bakı şəhərində anadan olub. 2006-cı ildə Respublika İncəsənət Gimnaziyasını fəqrqlənmə ilə bitirib. Elə həmin il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub. Maraqlıdır ki, gimnaziyanın fortepiano şöbəsində təhsil alan Şeyla incəsənət, musiqi sahəsini deyil, həkimliyi peşə olaraq seçib.
Şeyla xanım özü bu barədə fikrini belə izah edir. Deyərdim ki, həkimlik də  incəsənətin bir qoludur. Burada da yaradıcı düşüncəyə sahib olmalısan.
2012-ci ildə Tibb Universitetini  fərqlənmə ilə başa vuran Şeyla Əhmədova elə həmin il təhsilini davam etdirmək məqsədilə rezidenturaya  imtahan verir. Yüksək nəticə əldə edir. Bir il  Təhsil Terapevtik Klinikada  oxuduqdan sonra Türkiyənin Ankara şəhərində Hacettepe, Qazi, Ankara Universitetlərinin Tibb fakültəsinin radioloji anabilim şöbəsində təhsilini  davam etdirir. 2017-ci ildə rezidenturanı müvəffəqiyyətlə bitirən həkim Ş.Əhmədova Respublika Talassemiya Mərkəzində işə başlayır. Ailə həyatı, üç oğlan uşağının dünyaya gəlişi bir müddət onu doğma kollektivdən ayırır. Şeyla xanım deyir ki, Tanrı xanımı yaradarkən ona dünyaya övlad gətirmək kimi müqəddəs bir funksiya verib. Şükürlər olsun ki, bu borcumu da verə bildim. İnanıram ki, oğlanlarım Ramizi, Şəmsi və Cavidanı vətənimizə, xalqımıza layiq vətəndaş kimi böyüdə biləcəyəm.
Şeyla Əhmədova  2022-ci ildən Bakı Sağlamlıq Mərkəzində radioloq həkim kimi fəaliyyət göstərir. Gənc həkim deyir ki, əhvalımdan asılı olmayaraq çalışıram ki, xəstələrimi doğmalarım kimi qarşılaya bilim. Hesab edirəm ki, başlıca vəzifəm  həkim-radioloq kimi bizə müraciət edənlərin dərdlərini səhvsiz öyrənməkdir. Xəstəliyin səbəbini biləndən sonra müsbət nəticə əldə etmək asan olur. Çalışıram  ki, sağlamlığını bizdə axtaranlar naümid geri dönməsinlər...
İnsanı yaşadan onun  arzularıdır. Gənc həkimin ürəyi arzularla doludur. Təhsilin bütün sahələrini fərqlənmə ilə başa vuran Şeyla Əhmədovanın arzusu tibb sahəsində elmi axtarışları davam etdirmək, insanlara sağlamlıq bəxş etmək üçün daha çox həkimliyin sirlərinə vaqif olmaqdır.    

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video