28 Mart 2024 22:56
221
DÜNYA
A- A+

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin adından ölkənin müxtəlif bölgələrində yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, Azərbaycan, Türkiyə, İran, İraq, Qətər və Türkmənistanın Gürcüstandakı səfirləri, din xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İrakli Kobaxidze çıxışında qarşıdan gələn Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib. O, Ramazan ayının şəfqət, sevgi, yardımsevərliliyi ilə seçilən bir ay olduğunu bildirib.

Qeyd edib ki, tarix boyu Gürcüstanda xristianlar, müsəlmanlar və digər dinlərə mənsub vətəndaşlar birgə qarşılıqlı hörmət, sülh şəraitində və mehriban yaşayıblar. Ənənə bu gün də davam edir və Gürcüstan dövləti gələcəkdə də tarixi adəti gələcək nəsillərdə yaşadacaq.

Hamımız bu ölkənin vətəndaşıyıq və ona görə də ölkəmizin inkişafı istiqamətində əlimizdən gələni əsirgəməməliyik”.

Daha sonra çıxış edən Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Gürcüstanda yaşayan müsəlmanların son illərdəki dini vəziyyəti ilə bağlı məlumat verib. O, dövlətin müsəlmanlara və digər ənənəvi dinlərə diqqət və dəstəyindən danışıb.

Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Qərbi Gürcüstanın müftisi Adəm Şantadze, Şərqi Gürcüstanın müftisi hacı Etibar Eminov da çıxış edərək ölkədə İslam dininə göstərilən diqqət, hörmət və etimada görə hökumət başçısına təşəkkür ediblər.

Onlar Ramazan ayı boyunca ölkənin müsəlmanlar yaşayan bütün bölgələrində dövlət tərəfindən təşkil olunan iftar süfrələrinə görə də Baş nazirə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video