22 Yanvar 2022 13:01
379
DÜNYA
A- A+

Gürcüstanda koronavirusa sutkalıq yoluxanlarin sayı ilk dəfədir 11 mini keçib  

Gürcüstanda koronavirusa yoluxma sayında yeni antirekord qeydə alınıb. Son sutkada ölkədə daha 11 039 nəfər koronavirusa yoluxub, 42 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, bu ölkədə yoluxma sayında yüksək artım yanvarın 19-dam qeydə alınır. Həmin gün pandemiya dövrünün ən yüksək sutkalıq yoluxma göstəricisi qeydə alınmışdı - 8 728 hal. Dünən isə bu göstərici 8 767 idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 041 749-a, sagalanların sayı 956 627-yə, bu virusdan ölənlərin sayı isə 14 673-ə çatıb.

Qeyd edək ki, ölkədə "omikron"ştammına yoluxanların sayı da artaraq 1400-ü keçib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video