Gürcüstan azərbaycanlıları Fransa parlamentinin rüsvayçı qanununu pisləyirlər
Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin məsul əməkdaşı Savalan Mirzəyev Fransa parlamenti aşağı palatasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi qanuna münasibət bildirmişdir. S.Mirzəyev demişdir ki, Gürcüstan azərbaycanlıları Fransanın aşağı qanunverici orqanı olan Milli Assambleyanın qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi rüsvayçı qanunu qətiyyətlə pisləyirlər. O bildirmişdir ki, belə bir qanunun qəbul edilməsi Gürcüstanın hakimiyyət nümayəndələri arasında təəccüb və təəssüf hissi doğurmuşdur.
Gürcüstan ictimaiyyətinin fikrincə, demokratiyadan dəm vuran Fransa bir əsr əvvəl, özü də belə bir hadisənin olub-olmamasını araşdırmadan ədalətsiz qanun qəbul etməkdənsə, öz əcdadlarının törətdiyi hadisələrə, axıtdığı günahsız insan qanına münasibət bildirib siyasi qiymət versəydi, yaxud da Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olduğu üçün ermənilərin Azərbaycanda törətdikləri separatizm və terror hadisələrinə, dəhşətli Xocalı soyqırımına münasibət bildirsəydi, daha yaxşı olardı.
Savalan Mirzəyev vurğulamışdır ki, Türkiyə kimi tolerant bir dövlətə qarşı belə haqsız ittiham Gürcüstan azərbaycanlılarını da çox qəzəbləndirmişdir. Biz həmin qanunu pisləyirik.
İslam ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!