16 Sentyabr 2025 08:55
6492
Elm və texnika
A- A+
Görünməz qoruyucu

Görünməz qoruyucu


Ozon qatının mühafizəsi qlobal məsuliyyətdir


Günəşdən gələn zərərli ultrabənövşəyi şüalardan bizi qoruyan təbii sipər - Ozon qatı getdikcə zədələnir. Atmosferin stratosfer təbəqəsində, 10-50 km hündürlükdə ozon molekulları toplanaraq Günəşin ultrabənövşəyi şüalarını udur ki, bu da ekosistemi qorumaqla zərərləri minumuma endirir. Amma günümüzdə ozon qatı məhv olmaq təhlükəsi ilə üz-üzədir. Sənayenin inkişafı, eyni zamanda, qlobal istiləşmə fonunda soyuducu və kondisionerlərdən geniş istifadə, müharibələr fonunda raket yanacaqları, kimyəvi maddələrin havaya buraxılması, dünya ölkələri arasında gediş-gəlişin əlçatan olması ilə hava nəqliyyatının atmosferə buraxdığı qazlar, meşə yanğınları, bir sözlə, bunların hər biri stratosferdə ozon qatını zədələyir. 

Ozon qatının məhv olması ilə artmaqda olan dəri xərçəngi, göz xəstəlikləri riskləri də yüksəlir. Zərərli təsirlər təkcə insan sağlamlığına mənfi təsir etmir, eyni zamanda ekosistemi də məhv edir. Həmçinin kənd təsərrüfatında məhsuldarlığı azaldır, flora və fauna sisteminə ciddi təsir göstərir. Ona görə bu gün ozon qatının mühafizəsi hər bir ölkənin öhdəliklərinə daxil edilməlidir. Azərbaycan bu istiqamətdə beynəlxalq təşəbbüslərə ötən əsrdən etibarən qoşulub və müəyyən tədbirlər həyata keçirir.

Ölkəmiz 1996-cı ildə "Ozon qatının qorunması haqqında Vyana konvensiyasına qoşulub, daha sonra "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu"nu və bu protokol üzrə düzəlişləri ratifikasiya edib. Xatırladaq ki, Vyana konvensiyası bu ekoloji problemin qarşısının alınması məqsədilə 1985-ci ildə BMT tərəfindən qəbul edilib. Dünya ölkələri bu konvensiyaya qoşularaq üzərlərinə müəyyən öhdəliklər götürüblər. Əsas öhdəlik sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondisionerlərin ODM olmayan daha müasir texnologiyalarla əvəzlənməsindən, "yaşıl iqtisadiyyat"a mərhələli keçidin təmin edilməsindən, ODM-li cihaz və avadanlıqların ölkəyə idxalının ildən-ilə azaldılmasına, son nəticədə isə tamamilə qadağan edilməsinə nail olunmasından ibarətdir.

Bəs hazırda ozon qatının mühafizəsi hansı səviyyədədir, təbəqənin bərpa prosesi necə gedir?


Günvurma hallarının artması həm də ozon təbəqəsinin nazikləşməsi ilə bağlıdır


Ozonun  üçatomlu molekul və dağıdıcı gücə malik olduğunu bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov qəzetimizə açıqlamasında deyib ki, bu təbəqə Günəşdən gələn ultrabənövşəyi şüaların böyük hissəsini udur. 

Alim qeyd edib ki, bu şüaların yalnız 2-3 faizi Yerə gəlib çıxır: "Daha yüksəktezlikli şüalar ozon qatı tərəfindən udulur, zəif hissəsi Yerə çatır. Bu da olmasa, canlılarda müxtəlif xəstəliklər yaranar. Eyni zamanda bu şüaların D vitamininin yaranmasında, fotosintez prosesində böyük rolu var".

Ozon təbəqəsinin dağılmasının təbii və antropogen səbəbləri olduğunu deyən S.Səfərov bildirib ki, təbii amillərə Günəş şüaları və digər bərk zərrəciklər aiddir.  Bu da stratosferdə olan kiçik buz zərrəcikləri şəklində olan sudur. Onlar ozon molekulu ilə toqquşanda ozonu dağıdır. Antropogen təsirlərə isə kondisioner və soyuducularda olan xlor-flor-karbonat birləşmələri aiddir. Bunlar atmosferin yuxarı qatına çatanda ozon təbəqəsinin zəifləməsinə səbəb olaraq, bir hissəsini neytrallaşdırır. 

Şöbə müdiri xatırladıb ki, ozon dəlikləri ilk dəfə olaraq 1985-ci ildə müşahidə  olunub: "Alimlər müşahidə ediblər ki, ozon qatı Yer kürəsinin bəzi yerlərində, xüsusən cənub qütbündə - Antarktidada zəifləyib. Bunu nəzərə alaraq 1987-ci ildə dövlətlər tərəfindən Monreal protokolu imzalanıb. Bununla dövlətlər qarşısında tələb qoyuldu ki, xlor-flor-karbon birləşmələri ilə əlaqədar qazların atmosferə buraxılmasını məhdudlaşdırsınlar. Sonrakı iddialara görə, ozon qatı bu tədbirlərdən sonra bərpa olunub.  Düşünürəm ki, bu bir qədər aldadıcı məlumatdır. Çünki ozon təbəqəsinin təbii olaraq genişlənməsi və ya kiçilməsi stratosferin öz xarakterindən asılıdır. Stratosferin temperaturu aşağı olduğu vaxtlarda ozon qatı zəifləyir, isti olanda isə yenidən bərpa olunur". 

Alim vurğulayıb ki, ozon qatının dağılması böyük fəlakətlərə gətirib çıxara bilər. Zərərli ultrabənövşəyi şüaların yerə gəlib çatması nəticəsində populyasiyanın 90 faizi məhv ola, ancaq bu şüalara az həssas olan canlılar sağ qala bilərlər. Məsələn, insan günəş şüası altında qaldıqda gün vurur, müxtəlif dəri xəstəlikləri yaranır. Ozon qatı nazikləşdikcə bu proses şiddətli gedə bilər. 

S.Səfərov qeyd edib ki, son illərdə günvurma hadisələri genişlənib və adi hal alıb. Bu, həm yerə çatan Günəş şüalarının çoxluğu, həm də ozon təbəqəsinin nazikləşməsi ilə bağlıdır: "Ozon təbəqəsinin zəifləməsi və bərpası keçici prosesdir. O vaxt elə hesab edirdilər ki, öhdəliklər yerinə yetirildisə, artıq  ozon bərpa olundu. Amma sonradan ozon dəliyi yenidən genişlənməyə başladı. Bu, o deməkdir ki, ozon qatının fəaliyyətində antropogen təsirlərlə yanaşı, təbii amillər də böyük rol oynayır. Qlobal istiləşmə birbaşa olmasa da, dolayı yolla ozon təbəqəsinə təsir edir. Həmçinin qlobal istiləşmə nəticəsində kondisioner və soyuduculardan istifadə artır ki, bu da ozon qatına təsirsiz ötüşmür".


Ozon qatı tam bərpa oluna bilməz


Ozon qatına aid olan narahatlıqların 50 ilə yaxındır davam etdiyini deyən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov qəzetimizə açıqlamasında bildirib ki, bu istiqamətdə kifayət qədər işlər görülüb. O qeyd edib ki, Vyana konvensiyası çərçivəsində ozon qatının dağılmasına səbəb olan qazlardan istifadə məhdudlaşdırılıb: "Bu, əsasən Avropa, ABŞ, Yaponiya, Avstraliya kimi ölkələrdə tətbiq olunur və tədricən də digər ölkələrə keçir. Tam qətiyyətlə demək olar ki, ozon qatının məhv olmasının qarşısının alınması  istiqamətində kifayət qədər işlər görülüb. Bir müddət belə fikirlər səslənirdi ki, bu mövzu artıq tədricən müzakirə subyektindən çıxarılmalıdır. Amma görünür ki, yenə problemlər var".

R.Abbasov vurğulayıb ki, rzon qatının tam bərpa olunması mümkün deyil. İlk növbədə ona görə ki, bu, təbii amillərə əsaslanır. Ozon qatı həm də Günəş şüaları tərəfindən parçalanır. 

Beləliklə, deyilənlər də göstərir ki, ozon qatının mühafizəsi bütün bəşəriyyətin üzərinə düşən qlobal bir məsuliyyətdir. Onun zədələnməsi təkcə təbiətə deyil, insan sağlamlığına da ciddi təsir göstərməklə, müxtəlif xəstəliklərin artımına səbəb olur. Buna görə də hər bir dövlət beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə əməl etməli, ozon dağıdıcı qazların təsirini minumuma endirməli, ekoloji siyasəti gücləndirməlidir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!