08 Dekabr 2023 17:30
1316
Elm və texnika
A- A+
Görmə qabiliyyəti zəif istifadəçilər üçün yeni tətbiq istifadəyə verilib

Görmə qabiliyyəti zəif istifadəçilər üçün yeni tətbiq istifadəyə verilib

 

“Microsoft” şirkəti “Seeing AI” tətbiqinin Android versiyasını istifadəyə verib. Sözügedən tətbiq pulsuz şəkildə təqdim edilir. Onun əsas məqsədi süni zəka əsaslı səsli köməkçi və smartfonun kamerası vasitəsilə görmə qabiliyyəti zəif olan insanlara ətraf mühitdə istiqamətlənməyə kömək etməkdir.
Şirkətdən bildirilib ki, tətbiqin Android versiyası iOS versiyanın bütün funksionallığını özündə birləşdirir. Tətbiqin Android versiyasında reallaşdırılmış yeniliklərdən biri “More info” düyməsidir. Həmin düyməyə klikləyən zaman tətbiq smartfon kamerasının nəzərində olan obyektin təsvirini nitq vasitəsilə təsvir edir.
Digər bir faydalı funksiya isə tətbiq tərəfindən skan edilən hər bir mətn barəsində məlumatın əldə olunmasıdır. İstifadəçi bunun sayəsində qida məhsulları və ya dərman preparatları üzərində yazılmış məlumatları nitq vasitəsilə əldə edə bilər. Tətbiq hətta bəzi dillərdə əl yazısını da təyin edə bilir.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Hava Yollarının heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib

15:26
31 May

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

14:57
31 May

İyunun ilk günündə gözlənilən hava proqnozu açıqlanıb YENİLƏNİB

14:47
31 May

İran son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb

14:29
31 May

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

14:19
31 May

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ 

14:04
31 May

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

12:56
31 May

Şahdağa qar yağıb - Faktiki hava

12:17
31 May

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər  

11:16
31 May

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33-ü yaralanıb

10:37
31 May

Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

10:23
31 May

Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

10:09
31 May

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

09:42
31 May

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

09:26
31 May

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

09:08
31 May

Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb, yaralılar var

08:10
31 May

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!