10 Oktyabr 2023 15:54
705
Elm və texnika
A- A+
Goranboyun Tatarlı kəndi ərazisindəki nekropolda indiyədək 19 qəbir öyrənilib

Goranboyun Tatarlı kəndi ərazisindəki nekropolda indiyədək 19 qəbir öyrənilib

 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Naftalan şəhərində və Goranboy rayonunda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji ekspedisiyalarının fəaliyyəti ilə birbaşa qazıntı yerlərində tanış olub. Əvvəlcə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində yerləşən qədim Qalaboynu yaşayış yerinə baxış keçirilib.

Bu barədə AMEA-dan bildirilib. Qeyd olunub ki, akademik İsa Həbibbəyli Naftalan şəhəri ərazisində müstəqillik illərində ilk dəfə fəaliyyət göstərən arxeoloji ekspedisiyanın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda da mövcud qala və tarixi abidələrin tədqiqi, arxeoloji qazıntı işlərinin aparılması üçün yeni imkanlar açıldığını vurğulayan İsa Həbibbəyli Qarabağda aparılacaq elmi-tədqiqat işlərinin perspektivləri və bu tədqiqatların mühüm əhəmiyyətə malik olduğunu, bölgədə alternativ turizm imkanlarının yaradılmasına öz töhfəsini verəcəyinə yardım edəcəyini diqqətə çatdırıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və ekspedisiyanın rəhbəri, institutun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov aşkara çıxarılmış yaşayış yeri və maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yerli əhali tərəfindən ərazinin əsrlər boyu Qalaboynu adlandırılması, abidənin quruluşu və aşkar olunan maddi mədəniyyət nümunələrinə əsasən buranın Qala tipli yaşayış yeri olması ehtimalını irəli sürmək olar. Abidənin üst təbəqəsi Orta əsrlər dövrünə, alt təbəqə isə Tunc dövrünə aiddir. Orta əsrlər dövrünə aid mədəni təbəqədən qaya daşından və qırmızı bişmiş kərpicdən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinib. Tunc dövrünə aid təbəqədən çiy kərpicdən inşa olunmuş tikili qalıqları aşkar edilib. Abidə təbii-coğrafi baxımdan çox əlverişli yerdə yerləşir, həmçinin ətəyindən vaxtilə bol sulu çay keçmişdir. Çay yatağının ətrafı Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər olan 6 min illik tarixi özündə əks etdirən yaşayış yerləri və qəbir abidələri ilə zəngindir.

Qaşaltı Qaraqoyunlu kəndi ərazisində Eneolit, Tunc və Orta əsrlər dövrlərinə aid unikal çoxtəbəqəli yaşayış yerində aparılan arxeoloji qazıntı işləri ilə tanışlıq zamanı qazıntılar nəticəsində aşkarlanmış eksponatlar da nümayiş etdirilib.

Akademik İsa Həbibbəyli, həmçinin Goranboy rayonunun Muncuqlutəpə ərazisində ekspedisiyanın işi ilə tanış olub. Ekspedisiyanın rəhbəri və qrup üzvləri ərazidə aparılan arxeoloji qazıntı işləri və aşkara çıxarılmış eksponatlar haqqında mülahizələrini bildiriblər. Qeyd edilib ki, Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən nekropolda arxeoloji qazıntı işləri aparılıb. Son Tunc - Erkən Dəmir dövrünə aid olan nekropolun ərazisi bir hektardan artıqdır. Abidə arxeoloq Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və burada ilkin tədqiqatlardan bu günə qədər fasilələrlə 19 qəbir öyrənilib. Əsasən düzbucaqlı və oval formalarda qazılmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə aşkar edilib. Nekropolda Xocalı-Gədəbəy mədəniyyətinə aid 6 qəbir qazılaraq tədqiq olunub. Diqqəti çəkən məqamlardan biri bəzi qəbirlərdə qoşa dəfnin həyata keçirilməsidir. Tədqiq edilən 19 qəbirdən 2-də qoşa dəfn həyata keçirilib. Qəbirlərdən birində qadın və kişi skeleti, digərində isə təxminən 40-45 yaşlarında qadın və 14-15 yaşlarında uşaq (qadın) skeleti aşkar edilib. Ehtimal ki, birinci qəbir kişi və onun xanımına, ikinci qoşa dəfn isə qadın və onun yeniyetmə qızına aid olub. Qəbirlərdən zəngin maddi mədəniyyət nümunələri - saxsı qablar, tunc və dəmirdən hazırlanmış xəncərlər, bıçaqlar, müxtəlif minerallardan hazırlanmış bəzək əşyaları aşkar edilib. Nekropolda skeletlərin yaxşı vəziyyətdə qalması onlar üzərində antropoloji analizlərin aparılmasını asanlaşdırır. Arxeoloji materialların müqayisəli təhlilinə əsasən qəbirlər e.ə. IX-VIII əsrlərə aid edilir.

AMEA-nın prezidenti Naftalan şəhərində və Goranboy rayonunda aparılan arxeoloji qazıntı işlərinin yeni fəaliyyət istiqamətləri barədə institut rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlarını verib. AMEA rəhbəri yerlərdə fəaliyyət göstərən ekspedisiya qruplarının tərkibində arxeoloqlarla yanaşı, antropoloq və etnoqrafların da cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!