Goranboyda yüksək balla ali məktəblərə daxil olan məzunlarla görüş keçirilmişdir
Goranboy Rayon İcra Hakimiyyətində bu il ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan gənclərlə və nailiyyətləri ilə fərqlənən qabaqcıl müəllimlərlə görüş keçirilmişdir.
Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək müəllimləri və tələbə adını almış məzunları təbrik etmiş, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müasir Azərbaycan təhsilinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirildiyini, yeni məktəb binalarının inşasının və ya əsaslı təmir-bərpa işlərinin aparıldığını, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının zənginləşdirilməsini, müəllim və tələbələrin sosial təminatlarının daha da yaxşılaşdırılması istiqamətlərində işlərin həyata keçirildiyini qeyd etmişdir.
Görüşdə o da vurğulanmışdır ki, son illər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Goranboyda da bir neçə məktəb binası tikilmiş, eləcə də əsaslı şəkildə təmir edilmişdir. Buna misal olaraq 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli məktəbi misal göstərmək olar. Hazırda 960 şagird yerlik Dəliməmmədli şəhər tam orta məktəbinin tikintisi, Qaraçinar və Tap kənd tam orta məktəblərinin əsaslı təmiri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda isə Qızılhacılı qəsəbə 1 nömrəli və Səfikürd kənd tam orta məktəblərinin əsaslı təmiri nəzərdə tutulmuşdur.
Tədbirin sonunda 29 nəfər qabaqcıl müəllim, 3 nəfər 600-dən çox və 12 nəfər 500-dən çox bal toplayan gəncə, 227 əlaçı şagird və 1 nəfər 1-ci sinfə qədəm qoyan şəhid övladına müxtəlif qiymətli hədiyyələr təqdim olunmuşdur.
S.ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!