29 Noyabr 2021 16:57
2049
CƏMİYYƏT
A- A+

Göbələklə qidalanmaq soyuqdəymə və qripdən qoruyur

 

Payızda yağış yağması göbələyin mövsümü hesab olunur. Göbələkdən adətən sup, salatlar və qızartma yeməklərdə istifadə edilir. Göbələk xərçəng xəstəliyinin qarşısını alır və qan damarlarına elastiklik bəxş edir. Tərkibində 80-90 faiz su var, ona görə də kalorisi çox azdır. Artıq çəkidən xilas olmaq istəyənlər üçün münasib qidadır.

Dünyada 38 mindən artıq, Azərbaycanda isə 500 növdə göbələk var. Əsasən yaz və payız aylarında bitən bu göbələklərdən 40 növü xüsusilə zəhərli sayılır.

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-a deyib: “Yol kənarından göbələk yığılması, xarab və köhnə göbələklərdən bişirilən yeməklərin yeyilməsi zəhərlənməyə səbəb ola bilər. Zəhərlənmə zamanı 2 saatdan sonra baş ağrısı, başgicəllənmə, nəbzin sürətinin artması, ürəkbulanma, qusma, ishal kimi simptomlar müşahidə olunur. Təzə göbələk soyuducuda 3 gün, qablaşmış şəkildə olanda isə bir həftə saxlanıla bilər”.

Göbələk hüceyrələri qoruyan antioksidantla zəngin selen mənbəyidir. Mövsümündə onu qida rasionuna daxil etməklə soyuqdəymə və qripdən qorunmaq olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video