Gənclər üçün “Yay məktəbi” başladı
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə gənclərin istirahətinin səmərəli təşkili məqsədilə Quba rayonunda “Yay məktəbi” fəaliyyətə başlayıb.
“Yay məktəbi”nin təşkilində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək tədbirlər planının müvafiq bəndlərinin icrası, gənclərdə milli-vətənpərvərlik hissinin aşılanması, ölkəmizin bölgələrinin tanınması və asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir.
“Yay məktəbi”nin ilk turuna Sumqayıt və Qubadlı rayon gənclər və idman idarələrinin birgə təşkilatçılığı ilə start verilib. N.Nərimanov adına Mədəniyyət Evində “Yay məktəbi”nin açılış mərasimində hər iki idarənin rəhbərləri, valideynlər, məktəblilər çıxış edərək ölkə başçısının gənclərimizə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar. Daha sonra təşkilatçılar “Yay məktəbi”nin məqsəd və vəzifələri, təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat verərək layihənin gənclərin bilik və bacarıqlarının artırılmasına, təcrübə mübadiləsinə, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd ediblər.
“Yay məktəbi”nin ilk turunda şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər, 2017/2018-ci tədris ilində 700 bal toplayaraq ali məktəblərə qəbul olan (Sumqayıt və Qubadlı üzrə) tələbələr, fənn olimpiadası, müxtəlif yarış, müsabiqə, festival qalibləri və “Şahin” hərbi idman oyunu üzrə respublika çempionu adına layiq görülmüş komanda iştirak edib.
Əsrarəngiz təbiətə malik olan Qubada təşkil olunan “Yay məktəbi”nin iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Düşərgədə gənclər arasında intellektual, əyləncəli oyunlar, təbiətlə tanışlıq, yemək və çay süfrəsi təşkil edilib. “Yay məktəbi” çərçivəsində gənclər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, Qubanın tarixi və mədəniyyəti ilə də yaxından tanış olacaqlar.
Akif ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!