20 Mart 2015 01:03
114
CƏMİYYƏT
A- A+
Gəncənin Novruz ovqatı

Gəncənin Novruz ovqatı

 

Havaların soyuq keçməsi yazın gəlişinə köklənmiş insan sevincinə xələl gətirə bilmir. Çünki bahar əvvəlcə ürəkləri, sonra isə havanı isidir. Ürəklərin isinməsi isə biri-birinə əl uzatmaqdan, sevinci bölüşməkdən, bayram sovqatından, ən nəhayət Novruz şənliklərindən başlayır. Novruzun gəlişi həmişə insanlara sevinc, ruh yüksəkliyi, əmək coşqunluğu gətirir, torpağa, insana məhəbbət hissi aşılayır. 

Qədim Gəncə Novruz bayramını özünəməxsus çalarlarla qeyd edir. Adətdir, bayramda xoş anlardan, qazanılan uğurlardan danışarlar. Prezident İlham Əliyevin ötən il ərzində bu qədim şəhərə 3 tarixi səfərinin yaratdığı təəssürat gəncəlilərin yeni uğurlar qazanmasına stimul oldu. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin dediyi kimi, Gəncənin yüksəlişini, gələcək müqəddəratını Prezident İlham Əliyevin qəbul etdiyi sərəncamlar, verdiyi tapşırıqlar müəyyən və təmin etmiş oldu. Gəncənin uşaqdan böyüyə hər bir sakini sevimli şəhərinə dövlət başçısının səmimi münasibətini, qayğısını duyur və yüksək qiymətləndirir. Prezidentin söylədiyi “Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilmişdir. Bu diqqət daimidir. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkişaf gedir” sözləri son illər Gəncədə görülən işlərə verilən yüksək qiymətdir.
Gəncə təkcə genişmiqyaslı abadlıq və quruculuğu ilə deyil, həm də hər bir sakinə göstərilən yüksək qayğı ilə nümunə göstərir. Novruz bayramı ərəfəsində - martın 17-də şəhərdə təşkil olunmuş bayram yarmarkası çeşidlərinin zənginliyi, satışa çıxarılan məhsulların keyfiyyəti ilə diqqətəlayiq idi. Şəhərin Baş meydanında təşkil olunmuş yarmarkadakı ərzaq məhsullarının qiyməti bazardakı satış qiymətlərindən yarıbayarı aşağı idi.
Gəncədəki “N” saylı hərbi hissədə keçirilən Novruz şənliyi əsgərlərə bir dünya sevinc bəxş etdi. Çünki onlarla bayramlaşmağa şəhər rəhbərliyi, ziyalılar, musiqi kollektivləri gəlmişdilər.
Gündən-günə böyüyüb gözəlləşən ulu Gəncə hər il olduğu kimi, bu il də Novruzu böyuk coşqu və sevinclə qarşıladı. Bayram şənliyi Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş və Gəncənin simasına xüsusi yaraşıq verən Məhsəti Gəncəvi Mərkəzinin önündən başladı.
El şənliyində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları Musa Quliyev, Xanlar Fətiyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, əcnəbi qonaqlar iştirak edirdilər. Tədbir iştirakçıları öncə Baş meydanda ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə hörmət və ehtiram ifadəsi olaraq təravətli gül-çiçəklər qoymuşlar.
Novruz şənliyi sonra Gəncənin Cavad xan küçəsində davam etdi. Burada carçı və zurnaçılar bütün el-obanı Novruz şənliklərinə qoşulmağa səsləyirdilər. Dədə Qorqud, Novruzun atributları olan Keçəl və Kosa, əlində şərbət olan Bahar qız izdihamın önünə gələrək bahar təbriklərini çatdırdılar. İştirakçılar xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa etdilər.
Novruz bayramından öncə qeyd edilən su, od, yel və torpaq çərşənbələrinə həsr olunan meydan tamaşaları, şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifa edilən təranələr şənlik iştirakçıları tərəfindən maraqla qarşılandı.
Dəvə karvanı və atlıların keçidi, bəzədilmiş faytonlar, milli geyimli gənclər tədbirə bir özgə ovqat bəxş etdilər. Gəncənin rəssamlıq və incəsənət məktəblərinin kollektivləri tərəfindən hazırlanmış sərgi isə Novruz bayramını, yazın gəlişini əks etdirən rəsmlərin nümayişi ilə yadda qaldı.
El şənliyində dirədöymə, kəndirdartma, torbadaşıma və digər qədim oyunlar da unudulmamışdı. Daha sonra şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və digər iştirakçılar bayram süfrəsi arxasında əyləşərək milli mətbəximizin ləziz təamlarına qonaq oldular.
Şənlikdə sərgilənən qədim məişət alətləri içərisində kənd təsərrüfatına, əkinçiliyə aid olan əşyalar üstünlük təşkil edirdi. Bu isə Novruzun həm də torpaq bayramı olmasından xəbər verir. Torpağın məhz baharda uzun qış yuxusundan oyanıb əkib-becərilmə dövrünə qədəm qoyduğuna işarədir. Xalq inanclarında olduğu kimi, Novruzu, baharı nə qədər hörmət-izzətlə qarşılasan, torpaq da səni öz bərəkəti ilə bir o qədər sevindirər.
Küçə boyu həmçinin milli geyimli sənətkarlar - papaqçı, araqçın ustası, naxışçı, keramika ustası, səbət toxuyan, ağac üzərində oyma, zərgər, dulusçu, misgər və başqaları öz əl işlərini və hazırlanma texnologiyasını nümayiş etdirirdilər.
Tədbir şəhərin nəhəng səmənilərlə, boyadılmış yumurtalarla, gəlinciklərlə, çadırlarla bəzədilmiş Baş meydanında davam etdi. Burada möhtəşəm Novruz tonqalı çatıldı, rəqs kollektivləri tonqal ətrafında dövrə vuraraq “Yallı” rəqsini ifa etdilər. Kosa və Keçəlin duzlu-məzəli çıxışları isə şənliyə xüsusi rəng qatdı. Gəncə Dövlət Filarmoniyasının, “Göygöl” xalq çalğı alətləri ansamblının, Musiqi Kollecinin xor kollektivinin, Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupunun, Uşaq İncəsənət Məktəbinin rəqs ansamblının, Gəncə Dövlət Dram Teatrı və Kukla Teatrı aktyorlarının çıxışları alqışlarla qarşılandı. Rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xan obrazları gəncəliləri Novruz bayramı münasibətilə təbrik etdi.
Bir neçə gün əvvəl Gəncədə Azərbaycanın Litvadakı səfirliyinin və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində keçirilmiş “Gəncə dünən və bu gün” fotosərgisinin müəllifi fotoqraf Vytautas Daraskeviçiusun musiqi sədaları altında rəqs etməsi də hər kəsə maraqlı anlar yaşatdı. Şəhərimizin qonağı olan məşhur fotoqraf öz təəssüratını həvəslə dilə gətirdi: “Uzun illər öncə Gəncədə olmuşdum. Elə həmin dövrdə də bu qədim şəhər diqqətimi özünəməxsusluğu ilə cəlb etmişdi. Lakin bu gün şəhərin başqa bir hüsnü var. Şəhər öz keçmişini və qədimliyini qorumaqla möcüzəli şəkildə inkişaf edib, gözəlləşib, müasirləşib. Növbəti sərgimi məhz Gəncənin bugünkü inkişaf və tərəqqisinə həsr edəcəyəm”.
Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklaları meydanda öz əzəməti ilə diqqəti cəlb edirdi. Novruzu vəsf edən musiqi sədaları hər kəsə xoş ovqat bəxş edirdi. Şənlik nəhəng monitorla nümayiş etdirilirdi.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mikrofon önünə keçərək gəncəliləri təbrik etdi: “Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində xalqımız keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyini qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışdır. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq bu bayram tarixi mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir. Novruz bayramının muğam və aşıq sənəti ilə yanaşı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilməsi əslində hər bir azərbaycanlının nailiyyətidir. Xalqımızın bu baharı da öz gəlişi ilə hər evə, hər ocağa bol ruzi-bərəkət və firavanlıq gətirsin”, - deyərək sakinlərə xoş arzularını bildirdi.
Böyük coşqu və ruh yüksəkliyi ilə davam edən şənliyi Novruz tonqalı bir az da zinətləndirdi. İcra başçısı Elmar Vəliyev Ozan baba və Bahar qız tərəfindən bayram tonqalını alovlandırmağa dəvət edildi. Alov dilləri iştirakçıların gözünə, könlünə daha böyük hərarət bəxş etdi.
Əmin-amanlıq və barış rəmzi olaraq sülh göyərçinləri səmaya buraxıldı.
Gəncə Novruz bayramını tarixini saxlamaqla yanaşı, yaratdığı yeni, müasir siması ilə alnıaçıq, üzüağ qarşıladı. Şəhərdə gedən sürətli abadlıq-quruculuq işləri Azərbaycanla birlikdə Gəncənin də əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir.
Bayram şənliyi möhtəşəm konsert proqramı ilə başa çatdı.

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!