19 Oktyabr 2026 11:19
206
CƏMİYYƏT
A- A+
Gəncədə mülki şəhidlərin xatirəsi yad edilib  

Gəncədə mülki şəhidlərin xatirəsi yad edilib  


Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti raket hücumuna məruz qalmasından 6 il ötür. Bununla əlaqədar Gəncə Memorial Kompleksində anım mərasimi təşkil olunmuşdur.

  Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Əvvəlcə mərasim iştirakçıları memorial lövhənin önünə tər çiçəklər düzmüş, şəhidlərin ruhuna ehtiramlarını bildirmişlər. Qeyd olunmuşdur ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə Vətən müharibəsi dövründə müxtəlif vaxtlarda dəfələrlə raket atəşinə məruz qalmışdır. Bu hücumlar nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həyatını itirmiş, 175 dinc sakin yaralanmışdır.

Mülki şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Prezident İlham Əliyevin tapşırığı ilə Gəncədə xüsusi Memorial Kompleks inşa edilmiş və 2026-cı il sentyabrın 27-də – Anım Günündə dövlət başçısının iştirakı ilə onun açılışı olmuşdur.

Orijinal memarlıq həlli ilə seçilən kompleks spiralvari forması ilə raketin yerdə yaratdığı vəziyyəti simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb. Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir. 


Sabir ƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alimlər xərçənglə mübarizədə immun hüceyrələrinin gücünü artırmağın yolunu tapıblar  

12:10
19 Oktyabr

Üç rübdə ixrac edilən xam neft və neft məhsullarının dəyəri 13 faiz artıb  

11:32
19 Oktyabr

Neftçalada “Şəhərsalma və Memarlıq İli” şərçivəsində ictimai maarifləndirmə tədbiri keçirilib  

11:31
19 Oktyabr

Gəncədə YAP-ın VIII qurultayında Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə olunub  

11:30
19 Oktyabr

Gəncədə mülki şəhidlərin xatirəsi yad edilib  

11:19
19 Oktyabr

Ötən həftənin iqtisadi icmalı  

11:12
19 Oktyabr

Körfəzdən neft daşınması gündəlik 8,5 milyon barelə enib

11:10
19 Oktyabr

Bu il ixraca göndərilən neft məhsullarının həcmi 52 faizdən çox artıb  

11:08
19 Oktyabr

Bu il Azərbaycandan Ermənistana ixrac olunan malın dəyəri 23 milyon dolları ötüb  

11:07
19 Oktyabr

İrpen şəhəri raketlə vurulub, dağıntılar var

11:07
19 Oktyabr

Makron: “Heç kim cəzasız qalmayacaq!”

10:59
19 Oktyabr

Azərbaycandan ixrac olunan təbii qazın həcmi açıqlanıb

10:26
19 Oktyabr

Kiyev şəhəri ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:55
19 Oktyabr

Hərbi prokuror Bəhruz Əhmədov Laçın rayonunda hərbi qulluqçularla görüşüb  

09:48
19 Oktyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:23
18 Oktyabr

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub  

21:11
18 Oktyabr

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

19:55
18 Oktyabr

Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib

19:27
18 Oktyabr

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

19:07
18 Oktyabr

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

18:34
18 Oktyabr

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

18:03
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!