23 İyun 2025 19:46
680
CƏMİYYƏT
A- A+
“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil olunub

“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə iyunun 23-də “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil edilib.

AZƏRTAC xəbər verir ki, məzun günü 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı iştirakçılarının məzun olması, eləcə də onların əzmkarlığını, nailiyyətlərini qeyd etmək məqsədilə keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar və ictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.

Tədbir zamanı layihəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, bu təşəbbüs sosial və maddi çətinliklərlə üzləşən gənc qızlara reallığı göstərmək, onların həyatına işıq salmaq və gələcəklərinə inam yaratmaq məqsədindən irəli gəlir. Bu cəsarətli addım təhsilin gücünə və qadının inkişafına inamın bariz nümunəsidir. Təhsil alan gənc qızların qazandığı uğurlar gələcək nəsillərə nümunədir. Bu gün onların qazandığı uğurlar sabahın cəmiyyətini formalaşdıracaq. Bu yolda gələcəyimiz onların əlindədir.

Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, qızların, qadınların təhsilə cəlb olunması əhəmiyyətli məsələdir: “Müxtəlif tədqiqatların nəticələri anaların təhsilli olmasının gələcək nəslin daha savadlı, hazırlıqlı və sosial cəhətdən fəal formalaşmasında mühüm rol oynadığını təsdiqləyir. Qadınların təhsil sisteminin bütün pillələrində geniş təmsil olunması yalnız gender bərabərliyinə deyil, ümumilikdə cəmiyyətin intellektual və sosial inkişafına xidmət edir. Bu baxımdan, gənc qızların təhsilinə yönəlik layihələrin və təqaüd proqramlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır”.

Nazir, həmçinin vurğulayıb ki, belə təşəbbüslər xeyriyyəçilik ənənələrinin müasir dövrdə yenidən canlandırılmasına və cəmiyyətin sosial məsuliyyət hissinin güclənməsinə şərait yaradır. Cəmiyyətin inkişaf səviyyəsi onun qadın üzvlərinin intellektual və sosial inkişafından birbaşa asılıdır. Güclü qadınların mövcudluğu kişilərin zəifliyi deyil, əksinə, bütövlükdə cəmiyyətin güclənməsi deməkdir. Bu baxımdan, həm dövlət, həm də özəl sektorun əməkdaşlıq çərçivəsində təhsilə dəstək göstərməsi vacibdir.

Əlavə olaraq, nazir bu kimi layihələrin regionlarda yaşayan qızların təhsilə çıxış imkanlarını artırmaqla sosial bərabərsizliyin aradan qaldırılmasına da töhfə verəcəyini bildirib. O, təhsil sahəsində inklüzivliyin təmin olunmasının uzunmüddətli milli inkişaf strategiyasının əsas sütunlarından biri olduğunu qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib ki, Fondun təşkilatçılığı ilə reallaşdırılan “Gənc qızların təhsilinə dəstək” proqramı artıq dörd ildir ki, icra olunmaqdadır: “Bu müddət ərzində layihə çərçivəsində təxminən 350 sosial həssas qrupdan olan gənc qız ali təhsil müəssisələrində təhsil alma imkanı əldə edib. Əsas məqsəd sosial bərabərliyi təşviq etmək və aztəminatlı ailələrdən olan qızların ali təhsilə çıxışını genişləndirməkdir. Bu təşəbbüs gənc qadınların cəmiyyətə inteqrasiyasını və peşəkar inkişafını dəstəkləyir. Eyni zamanda, Fondun həyata keçirdiyi digər bir təşəbbüs – “Parla” təqaüd və inkişaf proqramına 2023–2025-ci illəri əhatə edən dövrdə ümumilikdə 1465 müraciət daxil olub, onlardan yalnız 100 nəfər proqramdan faydalanmaq imkanı qazanıb. Seçilənlər arasında 5 nəfər şəhid ailəsi üzvü, şəhid yoldaşıdır. Hazırda 14 nəfər proqram məzunu var və onlardan 4-ü artıq işlə təmin olunub”.

E.Nəsibov, həmçinin vurğulayıb ki, Fondun icra etdiyi bu cür sosialyönümlü təşəbbüslərdə özəl sektorun dəstəyi mühüm rol oynayır.

Sonra şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova çıxış edərək “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının məzunu olduğunu vurğulayaraq göstərilən dəstəyə görə Dövlət Komitəsinə, həmçinin Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib.

Tədbirdə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində məzun olan qızlar mükafatlandırılıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

M.Y.Zabelinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:44
19 Mart

Küveytdə qabaqlayıcı tədbirlər: İş saatları azaldılır, məsafədən təhsil tətbiq edilir  

00:56
19 Mart

Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb  

23:35
18 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib VİDEO  

23:04
18 Mart

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib  

21:28
18 Mart

Tərtər rayonunun Kəngərli kəndində 200-ə yaxın ailəyə texniki su xətti çəkilib  

20:46
18 Mart

Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib  

20:31
18 Mart

Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş sisteminin tətbiqi gündəmdədir  

19:55
18 Mart

Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir 

19:27
18 Mart

Məsud Pezeşkian İranın kəşfiyyat nazirinin həlak olması xəbərini təsdiqləyib  

19:08
18 Mart

Gürcüstanın yeni Katolikos-Patriarxı məlum olub

19:01
18 Mart

Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub YENİLƏNİB

18:55
18 Mart

Əhalinin gəlirləri açıqlanıb

18:43
18 Mart

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb

18:41
18 Mart

Çin şirkəti Azərbaycanla yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlıdır  

18:31
18 Mart

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub  

18:23
18 Mart

DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur

18:16
18 Mart

Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib  

18:09
18 Mart

İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

17:53
18 Mart

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz artıb

17:49
18 Mart

Yanvar-fevral ayları ərzində Azərbaycanda hər bir istehlakçı ayda 635 manat xərcləyib  

17:41
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!