Gələcəyin təməli məktəbdə qoyulur
Bəlkə də onlar həyatlarının ən xoşbəxt, qayğısız dövrünü yaşadıqlarının fərqində deyillər. Lakin illər sonra bu günləri - məktəb zamanını sevə-sevə xatırlayacaq, xiffətini çəkəcəklər. İndi isə dəftər-kitaba sarılmaqla qarşıdakı uzun, kəşməkəşli həyat yolunun hazırlığını görürlər…
Amalya Orucovanın sinif rəhbəri olduğu 11a-da təhsil alan 16 nəfər şagirdin hər birinin arzusu tələbə olmaqdır. Bu şagirdlər təhsildə fərqlənmələri ilə yanaşı, mədəni-kütləvi, idman tədbirlərində də fəal iştirak edir, uğurlu nəticələr göstərirlər.
Ziya Abdullayev “Qardaş regionların vətənpərvər şagirdlərinin dünya azərbaycanlılarına töhfəsi” layihəsinin sertifikatını alıb. Nadir Ağabəyov “Erudit” intellekt festivalında I yer tutub, həmçinin “Uşaq hüquqları üzrə pilləli tədris” kursunun sertifikatına layiq görülüb. Leyla Orucova da bu kursun sertifikatını qazanıb. O, “Şimal regionu gənclərinin intellektual birinciliyi”ndə I yerə çıxıb. Teymur Hüseynov “Cəsurlar”ların respublika birinciliyinin fərqlənmə diplomunu alıb. Teymur müxtəlif cüdo yarışlarında göstərdiyi nəticələrə görə də dəfələrlə medal və hədiyyələrlə mükafatlandırılıb. Firuzə Ağayeva “Ana dilimizi sevək və sevdirək” devizi ilə Azərbaycan dili fənni üzrə keçirilən rayon olimpiadasında I yerə çıxıb.
Əminik ki, bu sinfin şagirdləri gələcəkdə ölkəmizə daha çox töhfə verəcək, Azərbaycanın çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər. Uşaqlar gələcəyimizdir - deyirik. Gələcəyin isə təməli məktəbdə qoyulur. Deməli, təhsilə, məktəbə qayğı hər bir kəsin müqəddəs borcu, vəzifəsidir.
Dilara ŞAXVERDİYEVA,
Qusar rayon sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
ABŞ Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını vurub
29 Aprel
Azərbaycan taekvondoçuları Prezident Kubokunda 12 medal qazanıblar
29 Aprel
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!